Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1467/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X28 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X10 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi üçün təsis edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2- 1(112)-1012/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə şəhid ailəsi üçün ödənilməli olan 300 manat məbləğin 01.01.2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Məmməd İsmayılov “20 Yanvar” hadisəsi zamanı şəhid olmuşdur. Bu barədə iddiaçıya 03 iyun 1996cı il tarixdə Azərbaycan Respublikası 20 Yanvar Fondu tərəfindən arayış verilmişdir. İddiaçı şəhid ailəsi olmağına baxmayaraq şəhid ailələrinə edilən heç bir güzəştdən yararlanmamışdır. İddiaçı 15.06.1996-cı il tarixdən İsrail dövlətinə köçərək Təl-Əviv şəhərində yaşamışdır. Şəhid ailələrinə ödənilən məbləğin ona verilməsi ilə əlaqədar iddiaçı tərəfindən DSMF-nin Bakı şəhər Nərimanov rayon şöbəsinə müraciət edilmiş, cavab olaraq ona bildirilmişdir ki, 20 Yanvar X1 ikinci nikahı olub-olmaması barədə məlumat olmadığı və əcnəbi vətəndaş olaraq xarici ölkədə yaşadığı üçün təqaüdün təyin olunması ilə bağlı rəsmi müraciət etmədiyini nəzərə alaraq ona təqaüd təyin edilməmişdir. Şəhidin birinci nikahından olan X3 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X11 ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hal-hazıradək ödənilmişdir. Göründüyü kimi ödənilməli olan məbləğ X7 qəyyumu X3 ödənilmişdir. İddiaçıya görə, halbuki həmin məbləğ, həmçinin, ona da 2006-cı il tarixdən başlayaraq ödənilməlidir. Qeyd olunan həmin məbləğ bütünlüklə X3 ödənilmişdir. İddiaçı 2011-2012-ci illərdə, həmçinin, 2019-cu ildə dəfələrlə ərizələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin bütün müraciətləri cavabsız qalmışdır. İddiaçıya sonuncu dəfə DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən 18 fevral 2020-ci ildə rəsmi qaydada cavab verilmişdir. İddiaçı da şəhidin həyat yoldaşıdır və qanuna müvafıq olaraq şəhid ailəsi hesab edilir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadı ilə məhkəmənin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4739/2020 saylı qərardadının icrası ilə əlaqədar İddiaçı Mixayılovnaya “20 Yanvar” şəhidinin ailəsi kimi 02 fevral 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənildiyindən həmin hissədə iş üzrə icraata hissəvi xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadı ilə İddiaçı Mixayılovnanın “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə şəhid ailəsi üçün ödənilməli olan 150 manat məbləğin 01.01.2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı cavabdehə müraciət etdiyi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “20 yanvar şəhidi” mərhum şəhid X14 ilə X16 arasında 20.07.1968-ci ildə nikah bağlanmış və bu nikahdan 05 iyul 1969-cu ildə anadangəlmə lal-kar 2-ci qrup ömürlük əlil X8 anadan olmuşdur. Bundan sonra şəhid M.N.İsmayılov həlak olduqdan sonra arvadı H.A.Rəhimova müvafiq nikah şəhadətnaməsinin əsli və digər zəruri sənədləri Fondun müvafiq şöbəsinə təqdim edərək “20 Yanvar şəhidi” üçün təsis edilmiş Prezident təqaüdü almasına nail olmuşdur. 31 yanvar 2020-ci il tarixədək üçüncü şəxslərin hər hansı iddia və tələbi olmadan mütəmadi olaraq dövlətin sosial sistemindən yararlanaraq aylıq Prezident təqaüdünü almışdır. 02 fevral 2020-ci il tarixdə İddiaçı müvafiq şöbəyə müraciət etməklə həyat yoldaşı M.N.İsmayılovun şəhid olması səbəbindən təsis edilmiş Prezident təqaüdü almaq üçün müraciət etmişdir. Cavabdeh orqan tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, şəhid M.N İsmayılov ilə H.A.Rəhimova arasında olan nikah münasibətlərinə 16.01.1975-ci ildə xitam verilmişdir. Bundan sonra M.N.İsmayılov ilə İddiaçı 23 noyabr 1978-ci ildə nikaha daxil olmuşdur. 28 noyabr 1978-ci il tarixdə M.N.İsmayılov ilə İddiaçı nikaha daxil olmasına, mərhumun 20 yanvar 1990-cı ildə şəhid olmasına baxmayaraq, İddiaçı 2020-ci ilin yanvar ayına kimi müvafiq orqana sözügedən Prezident təqaüdünün alınmasına dair müraciət etməmişdir. Nəticədə, hazırda iş materiallarına əsasən M.İddiaçı hüququ olan şəxs olması məlum olsa da, iddiaçı bu hüququndan istifadə etməmişdir. Bunun əvəzinə şəhidin birinci arvadı 01 yanvar 2006-cı ildən əlil övladına münasibətdə Prezident təqaüdü almasına nail olmuşdur. Bununla da, inzibati orqanın timsalında dövlət üzərinə düşən sosial vəzifəsini layiqincə icra etmiş və H.A.Rəhimovanın hüququ olmasa belə onların birgə nikahından olan ikinci qrup əlil övladı olmasına görə dövlət şəhid əlil övladına haqlı olaraq müavinəti ödəmişdir. Beləliklə, cavabdeh inzibati orqan H.A.Rəhimovanın təqdim etdiyi hüquqi cəhətdən hər hansı şübhə doğurmayan sənəd olmasını nəzərə almaqla süründürməçilik və vətəndaşın narazıçılığının qarşısını almaq məqsədilə öhdəliyini vicdanlı formada tam şəkildə icra etmişdir. Qeyd olunanlar əsas götürülməklə iddiaçının iddia tələbi əsassızdır. İddiaçı öz səhvi ucbatından hüququnu həyata keçirməmiş, bunun əvəzində şəhidinin birinci həyat yoldaşı müvafiq sosial təminat sistemindən yararlanmışdır. Bununla da, aydın olur ki, iddiaçıya Prezident təqaüdünün əvvəlki 3 il nəzərə alınmaqla ödənilməsi dövlətin maliyyə vəsaitləri, büdcə planı, sosial ödənişləri və digər zəruri məsrəfləri nəzərə alınmaqla mütənasiblik prinsipinə uyğun olaraq iki qat yükə çevrilə bilməz. İsrail vətəndaşı İddiaçı 20 Yanvar şəhidi X9 görə geri tarixə 1500 manat və dekabr ayı üçün 150 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçıya 29 dekabr 2020-ci il tarixində ümumilikdə 1650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda şəhid X5 ailə üzvlərinə verilməli olan təqaüd onların sayına, 2-yə bölünməklə ödənilir. Yəni iddiaçının şəhid arvadı kimi həmin təqaüdün yalnız yarısını almaq hüququ vardır. Buna görə də iddiaçının şəhidin digər ailə üzvü olan qızı X3 (qəyyumu X17) çatmalı olan təqaüdün yarı hissəsi üzərində subyektiv hüququ yaranmamışdır. Məhkəmənin istinad etdiyi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və təyin edilməsi anlayışları fərqləndirilmişdir. Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər “müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir” müddası əsassızdır. Ona görə ki, təqaüd sosial müavinətin bir növü olmadığına görə Prezident təqaüdü təyin edilərkən müraciət etməzdən əvvəlki 3 il nəzərə alınmamalıdır. İddiaçı Mikayılovnaya müraciət etdiyi tarixdən Prezident təqaüdünün yarısı təyin edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki 3 il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından hazırkı halda iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün prezident təqaüdü almaq hüququnun olması istisna edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)- 1012/2021 saylı qərarı mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının “20 Yanvar” Fondunun 03 iyun 1996-cı il tarixli 01-129 saylı arayışından görünür ki, İddiaçı 1990- cu ilin 20 Yanvar faciəsində şəhid olmuş X5 arvadıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24.06.2020-ci il tarixli, 05/2-2629/13 saylı məktubda bildirilmişdir ki, İsmayılova (Kabribova) Asya Mixaylovna 01.03.1967-ci ildə Səadət Sarayında (Bakı nikah evi) 1937-ci il təvəllüdlü Sudiyarto ilə nikaha daxil olmuş və qeyd edilən nikah 24.07.1974-cü ildə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində pozulmuşdur. İsmayılova (Kabribova) Asya Mixaylovna daha sonra 23.11.1978-ci ildə Xətai rayon qeydiyyat şöbəsində 21.03.1946-cı il təvəllüdlü X14 ilə nikaha daxil olmuşdur. Evlənmək haqqında АЗ seriyalı 119055 saylı şəhadətnamədən görünür ki, X14 ilə X16 arasında 20.07.1968-ci ildə nikah bağlanmışdır. АЗ seriyalı ******* saylı doğum haqqında 01.08.1969-cu il tarixli şəhadətnamədən görünür ki, X2 atası X14, anası X12 olmaqla 05 iyul 1969-cu il tarixdə doğulmuşdur. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 07 saylı 12 yanvar 2006-cı il tarixli Sərəncamından görünür ki, X15 05.07.1969-cu il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan qızı X6 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1425/2005 saylı 11 oktyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, 05.07.1969-cu il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 20.09.2006-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 08.02.1990-cı il tarixdə kəskin qan itirmə səbəbindən ölmüşdür. X11 məxsus 024778 saylı vəsiqədən görünür ki, o, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3.09.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüquqa malikdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş X3 aid pensiya işində olan sənədlərdən məlum olur ki, iddiaçı Prezident təqaüdünün təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə 18 fevral 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 fevral 2020-ci il tarixli 206-306-70914 saylı məktubdan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (03.09.1993-cü il № 697) 1-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar şəhid ailəsinin üzvləri hesab edilirlər. 20 Yanvar X1 ikinci nikahının olub-olmaması barədə məlumat olmadığı və iddiaçının əcnəbi vətəndaş olaraq xarici ölkədə yaşadığı üçün təqaüdün təyin olunması ilə bağlı rəsmi müraciət etmədiyini nəzərə alaraq ona təqaüd təyin edilməmişdir. Şəhidin birinci nikahından olan övladı X3 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X11 ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və hal-hazıradək ödənilmişdir. Əcnəbi vətəndaşlara Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə əlaqədar ƏƏSMN-i yanında DSMF-na müraciət etməyi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi üçün təsis edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə 30 (otuz) gün müddət təyin edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar İddiaçı Mixayılovnaya 20 Yanvar şəhidinin ailəsi kimi 02 fevral 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 29 yanvar 2021-ci il tarixli **********4 saylı məktubun və ona əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı geri tarixə 1500 manat və dekabr ayı üçün 150 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçıya 29 dekabr 2020-ci il tarixində ümumilikdə 1650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehə müraciət etdiyi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər, arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 saylı Fərmanının 30 dekabr 2020-ci il tarixə olan redaksiyasının 1-ci bəndinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (üç yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.01.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin qaydaların 7-ci bəndinə görə, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Hazırda İddiaçı Mikayılovnanın 2020-ci ilin yanvar ayına kimi cavabdeh inzibati orqana “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün alınmasına dair müraciətinin olması müəyyən edilmir. X3 aid pensiya işində olan sənədlərdən məlum olur ki, iddiaçı Prezident təqaüdünün təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə 18 fevral 2020-ci il tarixdə müraciət etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi əvvəllər müraciətlərinin olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 saylı Fərmanı ilə həmin təqaüdün şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi üçün təsis edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə 30 (otuz) gün müddət təyin edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar İddiaçı Mixayılovnaya 20 Yanvar şəhidinin ailəsi kimi 02 fevral 2020-ci il tarixdən hər ay 150 (yüz əlli) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 18 fevral 2020-ci ildən əvvəlki tarixə müraciəti müəyyən edilməmiş, əksinə şəhidin birinci nikahından olan övladı X3 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X7 müraciəti əsasında 01.01.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçı 18 fevral 2020-ci il tarixdən əvvəlki tarixə rəsmi müraciət etmədiyindən cavabdeh inzibati orqanın ona təqaüd təyin edilməsindən imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz olmamışdır. Odur ki, şəhidin birinci nikahından olan övladı X3 Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəyyum təyin edilmiş anası X11 ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixdən 300 manat məbləğində 20 Yanvar Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənildiyindən, iddiaçının 18 fevral 2020-ci il tarixdən əvvəlki tarixə rəsmi müraciəti müəyyən edilmədiyindən, müraciət vaxtından isə ona hüququnun yaradığı şəhid ailəsi üzvünə çatacaq təqaüdün yarısı (150 manat) təyin edilərək, 1500 manat və dekabr ayı üçün 150 manat məbləğində pul vəsaiti köçürüldüyündən İddiaçı müraciət etdiyi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi tələbi təmin edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə istinad edərək iddiaçıya şəhid ailəsi üzvü kimi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi nəticəsinə gəlsə də, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsini hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində aylıq müavinətlər sadalanmış və Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2006-cı il tarixli, 493 nömrəli Fərmanı ilə təsis edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində sadalanan aylıq müavinətlərə aid olmadığından, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təqaüdün müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərarı mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində - İddiaçı cavabdehə müraciət etdiyi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1012/2021 saylı qərarı mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində - İddiaçı cavabdehə müraciət etdiyi 01.02.2020-ci il tarixdən əvvəlki 3 illik dövr üçün 20 Yanvar şəhid ailəsi üçün təsis edilmiş 150 manat məbləğində təqaüdün ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1467/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1467/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver