Məhkəmə qərarları › İş №2-1(103)-1467/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1467/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1467/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, iddiaçının və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1486/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmənin sorğusunun cavablandırılması barədə 14 aprel 2023-cü il tarixli məktubunda göstərilən hesablamalarla əlaqədar bildirilir ki, hesablanmış 25 il 8 ay 9 gün siğorta stajı və həmin dövr üçün hesablanmış 70,45 manat pensiyanın sığorta hissəsi mübahisələndirilmir. Lakin məktubda göstərilən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə istnadən xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsi səhv hesablanmışdır. Belə ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli, e- 2(112)1486/2023 nömrəli sorğusuna cavab olaraq cavabdehin 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilmişdir ki, 2007-ci il -2013-cü il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat təşkil edir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2006-cı ilxx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3983,24 manat - (18,7x 9 =168,3) manat = 3814,94 manat təşkil edir...” Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd ollunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “ iddiaçının 01 01.2006-cı il tarixinədək 25 il 8 ay 9 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 4367,58 manat təşkil edir: 25+(8+9/30 ay)/12ay x 170 manat=4367,58 manat. Həmin kapitalın xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 7719,15 manat. Onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək 2477,29 manat (xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. xx.xx.2012-ci il tarixində əmək pensiyasının məbləği 178,06 manat hesablanmışdır. xx.xx.2020-ci il tarixində VÖEN-i bağlandığından pensiyası yenidən hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 207,37 manat(xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalına uyğun olaraq 1,57 manat sığorta hissə hesablanmışdır. xx.xx.2021- 286,17+286,17x11,4%=318,79 xx.xx.2022-318,79+318,79x 3,4% =329,63...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1486/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə cavabdehə və digər əlaqəli təşkilatlara sorgular göndərərək obyektiv qərar qəbul edilməsi üçün kifayət qədər subutlar toplasa da , iş materiallarını təhlil edib subutlara və işin hallarına düzgün qiymət verə bilməmişdir. Məhkəmə iş üzrə gəldiyi qənaıtini belə əsaslandırılıb ki, ”İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsidir. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün ödənilmiş pensiya kapitalı 3814,94 manat təşkil edir.... İddiaçının qeyd etdiyi 3814,94 manat isə mübahisələndirdiyi 2477,29 manat məbləğin hazırkı tarixə (yəni noyabr 2023-cü ilə) indeksləşdirilmiş məbləğidir, 2477,29 manat isə xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləğdir.” Birincisi, istinad edilən “3814,94 manatın” xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün qazanlımış pensiya kapitalnın məbləği olması heç də “iddiaçının gümanı olmayıb”, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi UÇOT üzrə Mərkəzi Filialının 31 avqust tarixli, 3-17-1/2-199889/2023 saylı məktubunda göstərilən faktdır ! İkincisi Sosial Sığorta və Fərdi UÇOT üzrə Mərkəzi Filialı “3814,94 manat məbləğin indekslədirilərək pensiyanın yenidən hesablanmasına münacibət bildirilməsi üçün” aidiyyəti üzrə cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və bu barədə məhkəməyə məlumat vermişdir. Cavabdeh ötən iki ay ərzində işin düzgün həll edilməsində vacib olan bu məsələyə münasibət bildirməmişdir, məhkəmə cavabdehdən buna izah cavab tələb etməmiş, biləbilə iş üzrə əsassız və qanunsuz qərar çıxarmışdır. Məhkəmə sorğusuna Sosial Sığorta və Fərdi UÇOT üzrə Mərkəzi Filialından verilən cavaba əsasən, pensiyanın düzgün hesablanmadığı, bu məsələdə iddiaçının haqlı olması təsdiq edilsə də məhkəmə faktları düzgün dəyərləndirmək iqtidarında olmamış və işi düzgün həll etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehin məhkəmə kollegiyasının iclaında iştirak edən nümayəndəsi Ə.Bağırlı və mütəxəssis nümayəndəsi T.İsmayılov iddiaçının əmək pensyasının hesablanmasına dair xidməti məruzə məktublarını məhkəməyə təqdim edərək iddiaçının pensiyasının Əmək pensiyaları haqqında qanunvericiliyin tələblərə uyğun hesablandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 13-cü maddəsinin 1 iyul 2017-ci il taixədək qüvvədə olan redaksiyasına əsasən: 13.1 Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH+SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin maddənin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 27.1-ci maddəsinə əsasən 27.1-ci sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının iş materiallarına əlavə edilmiş pensiya işinin materiallarına əsasən müəyyən olunur ki, - DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 54 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlilliyinə görə 167,45 (baza hissəsi 85+ sığorta hissəsi 68,10 +yığım hissəsi 14,35) manat məbləğində əmək pensiyası təyin edilmiş, daha sonra, onun əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 17 gün sığorta stajı xx.xx.2007-xx.xx.2013-cü illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8272,7 manat pensiya kapitalı əsasında İİ qrup əlilliyə görə əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği xx.xx.2019-cu il tarixdən 241,69 manat müəyyən edilmişdir. Daha sonra, xx.xx.2006-cı il-xx.xx.2012-ci il dövrü üçün 2477,29 manat indeksləşdirilmiş pensiya kapitalı və onun əsasında hesablanmış 22,61 manat pensiyanın sığorta hissəsi səhv hesablanmış, həmin dövr üzrə pensiya kapitalı 3983,24 manat - (18,7x 9 =168,3) manat = 3814,94 manat təşkil edir...” İddiaçının pensiya işinə dair sənədlərə, eləcə də, hazırkı mərəhələdə məhkəməyə təqdim olunmuş xidməti məruzələrdən və cavabdehin apellyasiya şikayətinə etirazınadan aydın olur ki, qeyd edilən 3814,94 manat onun səhv hesablandığı qeyd edilən pensiya kapitalı xx.xx.2012-ci il tarixə indeksləşdirilmiş 2477,29 manat məbləğin hazırkı tarixə olan indeksləşdirilmiş məbləğidir. Sonradan, Filial tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixli 3-17-1/2-81290/2023 saylı məktubu ilə qəbul edilən stajının 25 il 8 ay 9 gün təşkil etmiş, həmin staj nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək hesablanan pensiya kapitalı 4367,58 (25+(=9)/30)12X170) təşkil edir ki, həmin məbləğin də xx.xx.2012-ci il tarixinə indeksləşdirilən məbləği 7719,15 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbinə əsasən 0sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının sayının 184-ə olan nisbəti nəzərə alınmaqla hesablama aparılmış və iddiaçının xx.xx.2012-ci il tarixdə iddiaçının 50 yaşında əlilliyə görə pensiya təyin edilməsi üçün 140 (5-15)x4) ay tələb olunur . Belə olan halda sığorta davamiyyti əmsalı K = 0,76(140:184), xx.xx.2006-cı ilədək pensiyanın sığorta hissə (SH) 7719,15)144x0,76)=70,45 manat təşkil edir.xx.xx.2006xx.xx.2012 dövrü üzrə fərdi hesabında qeyd alınmış pensiya kaptalının sığorta hssəsi xx.xx.2012-ci il tarixin kimi indeksləşdirilmiş 2477,29 manat nəzərə alınmaqla, şatğıdakı kimi hesablanmışdır: SH= 2477,29(144x0,76)=22,61 manat. Nəticədə iddiaçının xx.xx.2012-ci il tarixində əmək pensiyasının məbləği 178,06 manat (70,45+22,61)+85(baza hissə). Həmin pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi nəzərə alınmaqla, xx.xx.2013-cü ildən etibarən aşağıdakı kimi indeksləşdirilmişdir: xx.xx.2013 - 93,06+93,06x1,1%+100 (baza hissə)=194,08 xx.xx.2014 - 94,08+94,08x2,4%+100 (baza hissə)=196,34 xx.xx.2015 - 96,34+96,34x1,4% +100 (baza hissə)=197,69 xx.xx.2016 - 97,69+97,69x4%+100 (baza hissə)=201,60 xx.xx.2016 - 101,60+110 (baza hissə)=211,60 xx.xx.2017- 101,60+101,60x12,4%+110 (baza hissə)=224,20 xx.xx.2018 - 224,20+224,20x5,7%=236,98 xx.xx.2019 - 236,98+236,98x3%=244,08 xx.xx.2019 - 200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 - 244,08+16,6%=284,60 İddiaçının xx.xx.2020-ci il tarixində VÖEN bağlandığından pensiyası yenidən hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 207,37 manat (xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalına uyğun olaraq 1,57 manat sığorta hissə hesablanmışdır. xx.xx.2021 - 286,17+286,17x11,4%=318,79 xx.xx.2022 - 318,79+318,79x3,4%=329,63 Beləliklə, tədqiq ounan sübutlara əsasən müəyən olunur ki, cavabdeh orqan tərəfindən 2012-ci ildə iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 12, 13, 27 və 29-cu maddələrinin tələblərinə uyğun surətdə yenidən hesablanması aparılmaqla, xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlilliyinə görə təyin edilən 167,45 manat məbəlğində əmək pensiyasının yenidən hesablanaraq 329,63 manat qədər yüksəlmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının cavabdehə qarşı «pensiyanın yenidən hesablanması barədə» iddia tələbi haqlı olduğu sübuta yetirilmir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1486 /2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1486 /2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar