Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1468/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nizami rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2743/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2743/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nizami rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə iddiaçının tələbi həm cavabdeh, həm də məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə sanki cavabdehin hazırladığı imtina cavabının təsir dairəsindən kənara çıxa bilməmişdir. Onu əsas götürmüşdür ki, guya iddiaçının müraciətinə həmin qanun normalarının tətbiq edilməsi mümkün deyildir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın qeyd edilən müvafiq maddələri məhkəmə iclasında məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq, o, bu bəndlərin tələbinə məhəl qoymadan sanki DSMF-nin Nizami rayon şöbəsinin maraqlarına xidmət edərək ədalətsiz və qeyri-obyektiv bir qərar qəbul etmişdir. Apelyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 27.1, Azərbaycan Respublikası Konstitusiyasının 38, 71.2, 149.7-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldiyindən Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 63 yaşının tamam olması ilə əlaqədar 2014-cü ildən əmək pensiyasına çıxmışdır. İddiaçı pensiya kapitalının 80% artırılmaqla yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanması həmin tarixdə qüvvədə olan qanunvericiliyin şərtləri əsasında, xx.xx.2006-cı ilədək olan 32 il 6 ay əmək stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınan 14823,43 manat pensiya kapitalı əsasında aparılmışdır. Bu hesablama ilə iddiaçının pensiyası 283,43 manat təşkil etmişdir. (BH-100,00 + BHƏ-10,00 (müharibə iştirakçılarına verilən əlavə) + SH-70,20 + PSK-102,94 = P-283,14 manat). xx xxxx 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə həmin Qanunun 26.1-ci maddəsi əsasında xx xxxx 2017-ci ilədək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 27.1-ci maddəsində sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsi əsasında iddiaçının pensiyasının baza və sığorta hissəsi cəmi məbləğ dəyişdirilmədən sığorta hissəyə şərti çevrilməsi aparılmışdır. Eyni zamanda, həmin Qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması xx xxxx 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edilir. Çünki Qanunda istifadə edilməmiş sığorta kapitalı artırılır. 2014-cü il tarixdə əmək pensiyası təyin olunduğu üçün həmin tarixədək olan sığorta kapitalından istifadə edildiyi üçün yenidən həmin tarixədək olan kapitalını 80% sığorta kapitalını artırmaqla hesablanılması qanunvericiliklə mümkün deyildir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış (illik indeksasiyalar nəzərə alınmaqla) 14 823,43 manat miqdarında olan pensiya kapitalını 80% artırmaqla pensiyasının yenidən hesablanmaqla 2017-ci il 01 iyul tarixindən hazırki iş üzrə qəbul olunacaq qərar icra edildiyi günə qədər olan fərqin və növbəti aylarda həmin fərqə uyğun olaraq pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 27.1-ci maddəsində bu normanın həmin tarixdən əvvəl əmək pensiyası təyin olunmuş şəxslərə tətbiq olunmasının istisna olunduğu nəzərdə tutulmuşdur. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdə olan sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatına əsasən “Azneft” İstehsalat Birliyində neft sahəsində xx.xx.1975-ci il tarixdən müxtəlif vəzifələrdə işləmişdir, əmək kitabçası ilə 38 il 6 ay 6 gün stajı, digər sənədlər üzrə 40 il 6 ay 6 gün stajının olduğu qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 həqiqətən də 1973-cü il tarixdən 1975-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət keçmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı 2014-cü ildən yaşa görə əmək pensiyaçısıdır. Hazırki tələbində iddiaçı fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla yenidən hesablanmasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən, işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir (maddə 29.1). 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə görə əmək pensiyasına əlavələr yenidən hesablanır (maddə 29.2). Əmək pensiyasının indeksləşdirilməsi bu 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə oiaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (maddə 29.3). Qeyd edilən normalara əsasən Kollegiya hesab edir ki, iddiaçıya 2014-cü il tarixdə əmək pensiyası təyin olunduğundan həmin tarixədək olan sığorta kapitalından istifadə etdiyindən, eləcə də qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması xx xxxx 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edildiyindən cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2743/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xumar Mərdanova Hakim: Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1468/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1468/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver