Məhkəmə qərarları › İş №2-1(103)-147/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-147/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-147/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 371/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair cavabdeh X7 adına torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olmuş A№ 414860 saylı xx.xx.2019-cu il tarixli reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1995-ci ildən Bakı şəhərində yaşayır. ATU-da oxuyarkən dolanmaq məqsədilə Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləmiş, həmin illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylanıldıgından iddiaçıya da Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sonra torpaq sahəsinin bir hissəsinə daş hasar çəkdirmiş və tanışı Müşviq adlı şəxsə oraya nəzarət etməsini xahiş etmişdir. Bu yaxınlarda Müşviq iddiaçıya zəng edərək onun torpaq sahəsinə kimlərinsə gələrək iş görmək istəmələrini bildirmişdir. İddiaçı qardaşı ilə birlikdə torpaq sahəsinə gəlmiş, adı sonradan ona məlum olan Qalib adlı şəxs həmin sahənin ona məxsus olduğunu bildirmişdir. İddiaçı onlara öz iradlarını bildirərək torpağın ona məxsus və istifadəsində olduğunu başa salmışdır. Bir müddət sonra həmin şəxs iddiaçıdan Xəzər rayon Polis idarəsinə şikayət etmiş, Polis İdarəsində iddiaçının və onların da izahatları alınmış və iş mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polis İdarəsində iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi X7 adına rəsmiləşdirilmiş və ona Hövsan südçülük sovxozu ərazindən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 28 saylı əmr verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Torpağın iddiaçının istifadəsində olmasını həmin ərazidə yaşayan qonşular təsdiq edə bilərlər. Bundan sonra iddiaçı Xəzər rayon məhkəməsinə torpağın plan və ölçüsünün ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə müraciət etmiş, lakin işə baxılan zaman məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və həmin torpaq sahəsinə çıxarış da almışdır. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X7 adına tərtib edilmiş A№ 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********00 saylı, xx.xx.2021- ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, sözügedən torpaq sahəsi iki hissəyə bölünərək 0.04 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə, 0.072 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə X7 hüquqları qeydiyyata alınmışdır. Həmçinin, hər iki torpaq sahəsi üzərində Bakı səhəri Xəzər rayon Məhkəməsinin 2(0031-4431/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs mövcuddur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X7 adına tərtib edilmiş A№414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədi ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Qərardan həmçinin üçüncü şəxs X9 da apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə işin bu faktiki hallarını araşdırarkən istinad etdiyi sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını sadalasa da gəldiyi nəticə həmin normalarla ziddiyyət təşkil etmişdir. Belə ki, iddiaçı öz iddia tələblərini əsaslandırmaq və sübut etmək üçün heç bi mötəbər sənədə və sübuta əsaslanmamışdır. İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması üçün Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 No-li əmrindən çıxarışda adının 139- cu sırada qeyd edilməsi əsaslı şübhələr yaradır. Məhkəmə əslində özündə heç bir hüquqmüəyyənedici əhəmiyyəti ehtiva etməyən bu sənədə istinad edərək cavabdeh X7 müvafiq icra hakimiyyəti orqanları tərəfindən tanınan və təsdiqini tapan sənədləri və mötəbər sübutları heçə saymışdır. Bununla da məhkəmə ədalətli məhkəmə araşdırmasi prinsiplərini pozmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışdan görünür ki, X4 ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 11.). - Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 139.). - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi ilə onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha sahəsinə dair cavabdeh X7 adına verilmiş AN 414860 saylı, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpağa dair X7 adına xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəsi ilə qeydiyyatın ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 7757/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003) 496/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmışdır. İddia tələbi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməmişdir. - Abşeron rayon Hövsan südçülük sovxozunun həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, islahat komissiyasının xx.xx.1997-ci il tarixli 03 №-li protokoluna əsasən X8 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra ona təhvil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AN 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən və X7 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları və döngələri əks edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********55 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1120,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. X 1. 424831.600, 2. 424825.150 3. 424870.530 4.424877.670, Y 1.4474822.600, 2. 4474844.190 3. 4474867.410 4. 4474847.170. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 400,0 kv.m hissəsi **********88 reyestr nömrəsi və 720,0 kv.m hissəsi isə **********77 reyestr nömrəsi ilə X7 adına qeydiyyata alınmışdır. Sözügedən 1120,0 kv.m olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Faktiki olaraq göstərilən torpaq sahəsi keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Əlavə olaraq bildiririk ki, İddiaçı adına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “işdə olan sənədlərdən göründüyü kimi həm iddiaçı, həm üçüncü şəxsin eyni tarixli, eyni saylı hüquqmüəyyənedici sənədə malik olması onlardan hər-hansı birinə üstünlük verilməsinə əsas ola bilməz. Belə ki, eyni torpaq sahəsinə hər biri hüquqmüəyyənedici sənədinə malik olmaqla hüquqlarını həyata keçirərkən bərabər status əldə etmiş olurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X7 adına A№ 414860 saylı xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi eyni hüquqmüəyyənedici sənədə malik olan iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatımüvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İş materiallarından müəyyən edilir ki, Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışa əsasən X4 ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 11.). Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən çıxarış hazırda qüvvədə olmaqla, onun mötəbərliliyini şübhə altına alan sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddianın əsası qismində göstərilmiş hallarla işin faktiki halları arasında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda muzdlu fəhlə kimi işlədiyini və həmin illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylanıldığından ona da Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılmasını bildirmişdir. Lakin işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıdan Hövsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləməsini təsdiq edən əmək kitabçasının əslinin (və ya təsdiq edilmiş surətinin) təqdim edilməsi təklif edilsə də, göstərilən sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsinin ayrılmasının əsası qismində çıxış edən Hövsan südçülük sovxozunda işləməsi faktını sübut edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində üçüncü şəxs X7 adına A№ 414860 saylı xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsinin onun qanunla qorunan hüquqlarını pozduğunu iddia etsə də, hazırkı tələbinin əsaslandıran sübutları (hüquqmüəyyənedici sənədləri) məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023ci il tarixli **********55 saylı məktubuna əsasən verilmiş mütəxəssis rəyindən görünür ki, faktiki olaraq göstərilən torpaq sahəsinə dair İddiaçı adına aid heç bir hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi göstərilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 No-li əmrindən çıxarışdan görünür ki, X3 ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin əmrdə X7 adı siyahıda 11-ci sırada qeyd edilmişdir. Lakin, Hövsan südçülük sovxozunun 25 dekabr 1998-ci il tarixli 28 No-li əmrindən çıxarışdan görünür ki, İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır və həmin əmrdə iş üzrə İddiaçı adı 139-cu sırada qeyd edilmişdir. Göründüyü kimi 25 dekabr 1998-ci il tarixli 28 No-li əmrindən çıxarışda iddiaçının adının 139-cu sırada qeyd edilməsi də həmin sənədin mötəbərliliyinə şübhə yaradır. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə üçüncü şəxsin adına verilmiş mübahisələndirilən plan və ölçünün ləğv edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 371/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X7 apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X7 adına tərtib edilmiş A№ 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar