Məhkəmə qərarları › İş №2-1(103)-1470/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1470/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1470/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9054/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təsdiqlənməyən 12 il 2 ay 08 gün əmək stajının nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Qanununa əsasən yeni hesablanmış əmək pensiyasına müvafiq olaraq əlavələrin pensiya təyin olunduğu dövrdən bu günə kimi yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9054/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Xüsusitəmirtikinti” Trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Qaradağ üzvlük materialları” kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının pensiya təyin olunduğu tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əssaslandırlmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı barəsində xx.xx.2022-ci il **********3 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini tərəfindən xx.xx.2022-ci il tarixli 2/301 nömrəli məktubla bildirilmişdir ki, rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar hər beş ildən bir Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı şəhər filialına təhvil verildiyindən Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış “Xüsusitəmirtikinti” Trestinin və “X2” ASC-yə aid sənədləri əldə etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı şəhər filialına müraciət edilməsi tövsiyə olunur. İddiaçı İT-1 № ******* nömrəli əmək kitabçasında iddiaçının işlədiyini iddia etdiyi həm “Xüsusitəmirtikinti” Trestindən xx.xx.1999-cu il tarixdə işdən azad edilmə qeydində əmrin nömrəsi və əmrin tarixi, həm də eyni zamanda iddiaçının işlədiyini iddia etdiyi “X2” ASC-dən xx.xx.2003-cü il tarixdə işdən azad edilmə qeydində əmrin nömrəsi qeyd edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə ərizə ərizə təqdim edərək iddiaçının iddia tələbinin təmin edildiyini və bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. İddiaçı iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının sözügedən dövrlərdə qanuni əsaslarla həmin müəssisələrdə işləməsinin məhkəmə araşdırması zamanı da, işin digər halları ilə bir daha öz təsdiqini tapmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Xüsusitəmirtikinti” Trestində, “Qaradağ üzvlük materialları” kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması, yeni hesablanmış əmək pensiyası məbləğinin müvafiq olaraq əvvəlki illərin pensiya təyin olunduğu dövrdən bugünə kimi yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı barəsində “əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı, həmçinin vəsatət təqdim edərək iddiaçıya artıq müvafiq pensiyanın təyin olunduğunu və buna görə də iddiaçının tələbi təmin olunduğu üçün tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ona cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyası təyin olunduğu üçün artıq cavabdehə qarşı iddia tələbinin olmadığını və buna görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar