Məhkəmə qərarları › İş №2-1(103)-1470/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1470/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1470/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10286/2024 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ xx.xx.1992- cil tarixindən 1993-cü ilin mart ayının 15-dək erməni işğalçılarına qarşı respublika ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməyi nəzərə alınaraq ona müharibə veteranı adının və vəsiqəsinin” verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə getmiş və həmin vaxt Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci ıl tarixli, 154 nömrəli əmrinə əsasən 4-cü rotaya və batalyona üzx qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 167 nömrəli əmrinə əsasən 4cü rotanın tərkibindən azad edilərək 7-ci rotanın tərkibinə keçirilmişdir (sonradan batalyonu N saylı hərbi hissənin tərkibinə vermişlər).1993-cü ilin mart ayının 15-dək N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak etmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə ordu sıralarından təxris olunmuşdur. Təxris onduqdan sonra, hərbi biletini Füzuli rayon hərbi komisarlığa vermiş, bundan bir müddət sonra hərbi komisarlığa müraciət edən zaman ona bildirmişdirlər ki, hərbi bileti məhv olmuşdur. Sonradan müraciəti əsasında xx.xx.2023-cü il tarixdə ona Sərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli şöbəsi tərəfindən 17921 saylı hərbi bilet əvəzi arayışı verilmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/6256 saylı məktubunda göstərilmişdir ki, onun 1270 nömrəli məktubunda adı göstərilən X2, 1310 nömrəli məktubunda adı göstərilən İddiaçı və 143" saylı məktubunda adı göstərilən X1 barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi aşkar olunmamışdır. Yuxarıda göstərdiklər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 4/2- 5525 nömrəli xx.xx.2022-ci il tarixli arayışı və AR Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun 16/6256 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə də tam təsdiqini tapmışdır. Bundan sonra, cavabdehə müraciət edərək veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq 28 .04.2023-cü il tarixli məktubu ilə ona "Müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina edilmişdir....” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilən normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il N sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-5525 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10286/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmənin qərarı əsassız, qanunsuzdur və ədalətsizdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Miidafıə nazirinin Katibliyi Mərkəxi Arxivin xx.xx.202023-cii il tarixli 4/2-5525 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N No-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 154 №-li əmrilə 4-cii rotaya və batalyona iizv qəbııl edilmiş, hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 167No-li əmrilə 4-cii rotanın tərkibindən azad edilərək 7-ci rotanın tərkibinə keçirilmişdir. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 17921 nömrəli hərbi bilet əvəzi arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2006-cı il tarixli 01/36 nömrəli Əmri ilə Füzuli Hərbi prokurorunun 16/6256 nömrəli 08.1 1.2022-ci il tarixli məktubuna əsasən hərbi uçota götürülmüşdür . Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/6256 saylı məktubunda göstərilmişdir ki, İddiaçı barəsində həmin prokurorluqda təqsirləndirici material və ya cinayət işi aşkar olunmamışdır. Məhkəmə işin araşdırılmasını təmin etmək məqsədi ilə inzibati orqanlara miivafıq sorğular vermiş, xx.xx.2023-cii il tarixli sorğusuna cavab olaraq, Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin xx.xx.2023-cti il tarixli 5-43-5/2-1358/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, onun 1992-1993-cü illərdə N saylı hərbi hissənin tərkibində erməni birləşmələrinə qarsı gedən döyüşlərdə iştirak edib-etməməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətində hec bir məlumat yoxdur. -Bununla bağlı bildirir ki, iddiaçının 1992-1993-cü illərdə N saylı hərbi hissənin tərkibində erməni birləşmələrinə qarsı gedən döyüşlərdə iştirak edib-etməməsinin Füzuli Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi olmadığı halda məhkəmə Füzuli Rayon İcra Hakimiyyəti başçısına sorğu etmiş və həmin sorğunun cavabından iddiaçının əleyhinə istifadə etmişdir. Məhkəmənin xx.xx.2023-cii il tarixli sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin xx.xx.2023-cii il tarixli 4/2-3254 nömrəli məktubunda qeyd edilmişdir ki, 814No-li hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 154 №-li əmrilə X5 4-cii rotaya və batalyona iizv qəbul edilmiş həmin hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 167 №-li əmrilə 4-cii rotanın tərkibindən azad edilərək 7-ci rotanın tərkibinə keçirilmişdir. Məhkəmə iddiaçının xeyrinə olan hissəni nəzərə almadan digər kim tərəfindən məhkəməyə təqdim olunduğunu belə göstərmədən qətnamədə N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır kimi göstərərək sanki iddiaçıya kömək etməli, düzgün istiqamət verməli olduğu halda məhkəmə iddiaçının əleyhinə materiallar toplamışdır. Məhkəmənin qərara əlavə etdiyi Hərbi Səfərbərlik İdarəsinin arxiv məlumatları göstərir ki, iddiaçının 1992-ci ildə həbi əməliyyata cəlb olunması var, hərbi hissədə xidmədə olması və hətta h/h komandirinin bir rotadan digərinə keçirilməsi barədə məlamatlar olduğu halda, məhkəmənin niyə iddaçının əleyhinə əlavə sənədlər tələb etməsi sual doğurur. -Məhkəmənin xx.xx.2023-ci il tarixli sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2023-cii il tarixli 3- 43-19/2-618/2023 nömrəli məktubunda bildirilmişdir ki, şöbəsdə mövcud olan səfərbərliklə həqiqi hərbi xidmətə göndərilən hərbi vəzifəlilərin qeydiyyat kitabında onun N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Qeydiyyat kartası şöbədə mövcud olmadığından sənədin surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Məhkəmə qərar çıxararkən “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanun 3-cii madəsində düzgün olraq istinad edərək göstərilir ki, aşağıdakılar müharibə veteranları sayılırlar:Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Göründüyü kimi, Qarabağ müharibəsinə getmiş və həmin vaxt Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 154 nömrəli Əmrinə əsasən 4-cıi rotaya və batalyona üzv qəbul edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 167 nömrəli Əmrinə əsasən 4-cü rotanın tərkibindən azad edilərək 7-ci rotanın tərkibinə keçirilmişdir 1993-cü ilin mart ayının 15-dək N saylı hərbi-hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak etməsi sənədlərlə də tam təqdiq olunur. Təxris onduqdan sonra hərbi biletimi Füzuli rayon hərbi komisarlığa vermiş, bundan bir müddət sonra hərbi komisarlığa müraciət edən zaman mənə bildirdilər ki, hərbi biletimin məhv olmuşdur. Sonradan onun müraciəti əsasında xx.xx.2023-cii il tarixdə ona Səfərbərlik və Flərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Füzuli şöbəsi tərəfindən 17921 saylı hərbi bilet əvəzi arayışı verilmişdir. Hesab edir ki, yuxarıda göstərdiyi hallar tam, hərtərəfli və dəqiqliyi ilə araşdırılmalı, işə düzgün hüquqi qiymət verilməli və məhkəmə tərəfindən çıxarılmış ədalətsiz qərarı ləğv edilməlidir…» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adı – birincisi şahid ifadələrinə görə deyil, konkret sənədlərə əsasında verilir. İkincisi, hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar və hərbi biletlər o halda müharibə vetiranı adının verilməsi üçün əsas ola bilər ki, hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmiş olsun. İddia ərizəsində, habelə apellyasiya şikaytində iddiaçı tərəfindən mübahisələndirilir ki, onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi şöbəsi səfərbərliklə N nömrəli hərbi hissəyə göndərilmiş, həmin vaxt Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 154 nömrəli Əmrinə əsasən 4-cıi rotaya və batalyona üzv qəbul edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 167 nömrəli Əmrinə əsasən 4-cü rotanın tərkibindən azad edilərək 7-ci rotanın tərkibinə keçirilmiş və 1993-cü ilin mart ayının 15-dək N saylı hərbi-hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak etmiş və həmin hərbi hissənin xx.xx.1993-cü il tarixli əmri ilə ordu sıralarından təxris olunmuşdur. Qeyd olunanlar hərbi sənədlərlə tam təsdiq olunduğu və barəsində Fizuli rayon prokurorluğunda icnayət işi aşkar olunmadığı nəzərə alınmaqla ona müharibə vetiranı adı və vəsiqəsi verilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, iddiaçının istinad etdiyi, sənədlərin hər hansı birində onun erməni müllətçilərinə qarşı döyüşlərdə fəal iştirak etməsi barədə məlumatların və belə məlumatları ehtiva edən sözlərin mövcudluğu müəyyən edilmir. İkincisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyi Mərkəxi Arxivin işə əlavə olunmuş xx.xx.202023-cü il tarixli 4/2-5525 nömrəli arxiv arayışında onun xx.xx.1992-ci il tarixdə N №-li hərbi hissəyə 4-cü rotaya və batalyona üzv qəbul edilən iddiaçının N gündən sonra, həmin hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli il 7-ci rotanın tərkibinə keçirildiyi qeyd olunsa da, onun N №-li hərbi hissə komandirinin Arxivdə olan, nizami hissə üzrə xx.xx.1992-xx.xx.1993-cü il tarixli əmrlərində xidməti barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Başqa sözlə, səfərbərliklə hərbi xidmətə çağırılmış iddiaçının qanuni əsaslarla həmin səfərbərlikdən ehtiyata buraxıldığı öz təsdiqini tapmır. Üçüncüsü, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 yanvar 1997-ci il tarixli “hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin 7 yanvar 1997-ci il tarixli əmrində isə deyilirdi: “1993-cü il iyulun 1-dək müddətli həqiqi hərbi xidmətə çağırılmış, eləcə də, 1997-ci il fevralın 15-dək iki il və daha çox xidmət etmiş ali təhsilli əsgər, matros və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və qanunvericiliklə nəzərdə tutulmuş digər qoşun bölmələrindən 1997-ci il fevralın 15-dək ehtiyata buraxılsınlar.” Dördüncüsü, qeyd olunanlar baxımından, Füzuli Hərbi Prokurorluğunda iddiaçı barəsində təqsirləndirici material və ya cinayət işi aşkar olunmaması onun heç də döyüş əməliyyatlarında iştirakını və ya qanuni əsaslarla ehtayta buraxıldığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin qərardan verdiyi apellyasiya şikayətinin həmin qərarın əsassız, qanunsuz və ədalətsiz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10286/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10286/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar