Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1470/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri X4 və “X8 Pearl” MMC-nin rəhbəri X6) iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "X8 Pearl" MMC arasında xx.xx.2023-cü il tarixli 001 saylı xidmət müqaviləsi bağlanmışdır.
2. xx.xx.2024-cü il tarixdə "X8 Pearl" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir.
3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 73.262,24 manat əlavə vergi hesablanmışdır.
4. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 bildirmişdir ki, bu işlərlə bağlı tam məlumatlıdır. “X8 Pearl" MMC ilə rəsmi qaydada müqavilə bağlanmışdır. İcraçı sifariş əsasında təmir-bərpa işlərini icra etmiş, 2023-cü ildə işlər yekunlaşmışdır. Bütün maliyyə əməliyyatları 2023-cü ildə həyata keçirilmiş, 2024-cü ildə əməliyyat olmamışdır. Müqavilədəki, təhvil-təslim aktlarındakı imzalar ona, möhür isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətə aiddir. Bəzi təhvil-təslim aktlarındakı imza onun icazəsi əsasında Cəmiyyətin baş mühasibi tərəfindən imzalanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinin kameral hesablama barədə **********519700 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 may 2023-cü il tarixdə İddiaçı QSC (Sifarişçi) ilə “X8 Pearl” (İcraçı) MMC arasında 001 saylı ximət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” təmir-tikinti işlərini “İcraçı”-ya tapşırır, “İcraçı” isə “Sifarişçi”-nin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda, sifarişləri yerinə yetirməyi öhdəsinə götürür. 2024-cü ilin mayında Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İddiaçı QSC-yə xəbərdarlıq məktubu ünvanlayaraq bildirmişdir ki, “X8 Pearl” MMC xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaimə-fakturalar əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün Verginin əvəzləşdirilməsinə əsas vermir.” Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubuna cavab olaraq, 2023-cü ilin iyun ayından dekabr ayinədək “X8 Pearl” MMC ilə qarşılıqlı əməkdaşlıq edən zaman həmin şirkətin riskli vergi ödəyicisi olmadığı barədə məlumat verilmiş və aparılan əməliyyatların etibarsız hesab edilməsinin yanlış olduğunu bildirmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Vergi orqanı 2023-2024-cü illərdə “X8 Pearl” MMC-yə köçürülən və əvəzləşməyə salınan 73262.25 manat ƏDV məbləğini həmin şirkətin riskli vergi ödəyicisi hesab edilməsi və riskli əməliyyatlar çərçivəsində əldə edilən gəlir olması ilə əlaqədar əvəzləşdirməmişdir. X9 Xidməti tərəfindən vergi, sığorta və ya cari vergi ödəmələri üzrə borcların Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə ödəməməsi ilə əlaqədar, vergi ödəyicisindən əsassız olaraq faizlər tutulmuşdur. Aşağıdakı faktlara görə hesab edirlir ki, Dövlət Vergi Xidmətinin gəldiyi nəticə əsassızdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Əməliyyat riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparılmışdır. Halbuki, əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alğısatqı əməliyyatı aparıla bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Yəni, başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyinin yaranmasının əsası qismində çıxış edə bilməz Cəmiyyətin həqiqətən “X11”-nin və “Dövlət Sosial Müdafiə Fondu”- nun təmir-bərpa işlərinə cəlb edilməsi layihələrə baxış zamanıda müəyyən edilə bilər. Mülki Məcəllədə alğı-satqı əməliyyatlarının həyata keçirilməsi, xidmətlərin göstərilməsi tələbləri mövcuddur. Bu tələblərdən biri də tərəflər arasında münasibətlərin tərəflərin iradə ifadəsinə əsaslanaraq müqavilə əsasında qurulmasıdır. Göründüyü kimi “X8 Pearl” MMC ilə qarşılıqlı münasibətlər müqavilə əsasında qurulmuşdur və görülmüş təmirtikinti işləri hal hazırda binaya baxış zaman müəyyən edilə bilər. Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs, mallar, işlər və xidmətlər tərəflər arasındakı təhvil-təslim aktına uyğun olaraq elektron qaimə-fakturanı təqdim (tərtib) edir. Ödəniş müqavilədə müyyən olunan qaydada tərəflər arasında razılaşdırılmış şərtlərlə həyata keçirilir. 2023-cü ilin 1 iyundan - 2023-cü ilin dekabrın 26-dək “X8 Pearl” (İcraçı) MMC tərəfindən İddiaçı QSC-yə (Sifarişçi) göstərilən xidmətlərə görə sifarişçi tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Maddə 175.1-ə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1-ə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Lakin Vergi orqanı tərəfindən əvəzləşdirilmiş vergi məbləği əsassız olaraq riskli hesab edilərək, qəbul edilməmişdir. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.1.10-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün tədbirlər görməyə borcludur. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı QSC (VÖEN:**********) uçot-baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “qeyri-yaşayış binalarının o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı QSC tərəfindən xx.xx.2024- cü il tarixdə 2024-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar “Tərəfinizdən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar (EBDW seriyalı 005235 nömrəli, EBDV seriyalı 516336 nömrəli, EBDU seriyalı 787231 nömrəli, EBDU seriyalı 000428 nömrəli, EBDT seriyalı 674612 nömrəli, EBDİ seriyalı 516956 nömrəli, EBDK seriyalı 010493 nömrəli, EBDR seriyalı 874333 nömrəli, EBDJ seriyalı 892930 nömrəli , EBDP seriyalı 234985 nömrəli, EBDM seriyalı 285094 nömrəli , EBDQ seriyalı 862876 nömrəli və EBDN seriyalı 830195 nömrəli) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir.” məzmunlu uyğunsuzluqdan ibarət olmuşdur. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********242900 nömrəli “********** - Əlavə dəyər vergisi - Aprel 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********519700 nömrəli ƏDV Aprel 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə göstərilmişdir ki, iş üzrə təqdim edilmiş etirazda öz əksini tapan cədvəldə iddiaçının “X8 Pearl" MMC ilə apardığı əməliyyatların əmtəəsiz olduğu qeyd edilmişdir. “X8 Pearl" MMC-də aparılmış araşdırma ilə bağlı sənədlərin də məhkəməyə təqdim edilməsi zəruridir. Belə ki, “X8 Pearl" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ev Lökbatan- Qobu yolu, sağ istiqaməti (obyekt kodu: **********-11001) ünvanında yerləşən obyektdə müşahidə aparılmışdır. Vergi ödəyicisinın nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmadığından MMC-yə məxsus anbarın ərazisini dəqiqləşdirmək məqsədi ilə icarədar X3 ilə əlaqə (Tel:*** *** ** **) saxlanılmışdır. Danışıq zamanı faktiki icarədə olub-olmamasının və hansı hissəsinin MMC-yə icarəyə verildiyini dəqiqləşdirib əlaqə saxlayacağını bildirsədə bu barədə heç bir məlumat verilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli arayış tərtib edilmiş, arayışa müşahidə zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən “X8 Pearl" MMC ilə apardığı əməliyyatlara görə xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaiməfakturalar verilmişdir. Lakin vergi ödəyicisi "X8 Pearl" MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 4-5 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarında qeyd olunur ki, “İlk öncə qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən “X8 Pearl" MMC ilə apardığı əməliyyatlara görə xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaimə- fakturalar verilmişdir. Lakin vergi ödəyicisi "X8 Pearl" MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 4-5 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir”. Bu dəlillərə münasibətdə bildirirlər ki, əvvəla, məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı “X8 Pearl" MMCadlı vergi ödəyicilərinin qeyd edilən tarixlərdə məhz İddiaçı QSCilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, müvafiq əməliyyatlar inzibati orqan tərəfindən araşdırıldıqdan sonra həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Qeyd edilənləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə bildirirlər ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı «Metan Ticarət və Tikinti» MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Başİdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik (qərar əlavə olunur).
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı,soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; .
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
23. Məhkəmə Kollegiyası qeyd edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 73.262,24 manat əlavə vergi hesablanmışdır.
24. Mübahisənin yaranmasının səbəbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "X8 Pearl" MMC arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı görülmüş xidmətlərin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
25. İş materiallarında olan sənədlərdən (müqavilələrdən, təhvil-təslim aktlarından və s.) görünür ki, iyun 2023 - dekabr 2023-cü il üzrə “X8 Pearl” (İcraçı) MMC tərəfindən İddiaçı QSC-yə (Sifarişçi) göstərilən xidmətlərə görə aparılmış əməliyyatlar ilə bağlı elektron qaimələr verilmiş, sonradan xx.xx.2024-cü il tarixdə “X8 Pearl" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir.
26. İddiaçı QSC ilə “X8 Pearl” MMC arasında aparılmış qarşılıqlı əməliyyat Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
27. İlk öncə qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən “X8 Pearl" MMC ilə apardığı əməliyyatlara görə xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaiməfakturalar verilmişdir. Lakin vergi ödəyicisi "X8 Pearl" MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 4-5 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir.
28. Tətbiq olunan hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
29. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
30. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
31. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
32. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14- 1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
33. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.
34. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
36. Belə ki, hazırkı işdə olduğu kimi, iddiaçının qarşılıqlı əlaqədə olduğu vergi ödəyicisinə məxsus ərazinin (anbarın), onun görülmüş işlər ilə bağlı zəruri əşyalara malik olubolmamasını dəqiqləşdirməyin mümkün olmaması və ya onların olmaması özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə xidmətin sifarişçisinə münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
37. Sözügedən normanın xidmətin sifarişçisinə münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı işlərin faktiki olaraq görülüb-görülməməsi, kimin tərəfindən görülməsi və sair bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
38. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
40. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir
41. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi "X8 Pearl" MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 4-5 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir”. Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı “X8 Pearl" MMCadlı vergi ödəyicilərinin qeyd edilən tarixlərdə məhz İddiaçı QSC ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, müvafiq əməliyyatlar inzibati orqan tərəfindən araşdırıldıqdan sonra həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir.
42. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda sadalananlardan əlavə qeyd edir ki, məhkəmə Kollegiyası cavabdehin dəlillərini ziddiyyətli hesab edir ona görə ki, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də iddiaçının riskli vergi ödəyicisi olması barədə qərar qəbul etməmişdir.
43. Bundan başqa xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 bildirmişdir ki, bu işlərlə bağlı tam məlumatlıdır. “X8 Pearl" MMC ilə rəsmi qaydada müqavilə bağlanmışdır. İcraçı sifariş əsasında təmir-bərpa işlərini icra etmiş, 2023-cü ildə işlər yekunlaşmışdır. Bütün maliyyə əməliyyatları 2023-cü ildə həyata keçirilmiş, 2024-cü ildə əməliyyat olmamışdır. Müqavilədəki, təhvil-təslim aktlarındakı imzalar ona, möhür isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətə aiddir. Bəzi təhvil-təslim aktlarındakı imza onun icazəsi əsasında Cəmiyyətin baş mühasibi tərəfindən imzalanmışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11669/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.