Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1471/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış təqdim edilməsi və d.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13610/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərardadından tərəfinizdən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən uyğun olaraq, həmçinin qanuni qüvvəyə minmiş 2- 1(112)-7396/2024 saylı (xx.xx.2024) BİM-in qərardadını da nəzərə alaraq iddiaçıya (və onun bacısına) arayışın (37 saylı) təqdim edilməsi; təqdim olunmuş arayışa görə rüsum, xidmət və s. xərclər, ödənilmiş 50+50 manat = 100 manat məbləğindən hesablanması; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 57 saylı xx.xx.2016-cı il tarixli sərəncamı əsasında “b” (118,4 kv.m) tikilisinə (Təbriz küçəsi ev 34 ünvanlı) hüquq, A.Mövlamovun hüquq varislərinin adlarına (hər birinə ½ hissə olmaqla) daşınmaz əmlakın dövlət reyestri kitabında dövlət qeydiyyatına alınması; Təbriz küçəsi ev 34 ünvanlı “a” (111,5 kv.m) tikilisinə münasibətdə, X1 adına daşınmaz əmlakın dövlət reyestri kitabında (kitab 106 səhifə 2405-ci) qeydə alınmış, 13/256 hissədən ibarət hüquq, onun hüquq varislərinin iddiaçı və X2 adlarına (hər birinə 13/512 hissədən ibarət olmaqla) düzəliş edilməklə elektron çıxarışların tərtib olunması; əlavə rüsum və xidmət haqqı tələb olunarsa, digər məhkəmə xərclərinin cavabdehin vəsaiti hesabına ödənilməsi; cavabdehdən iddiaçıdan rəsmi üzr istənilməsinin tələb edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13610/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1471/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edildikdən sonra müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur, belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, apellyasiya şikayətində qeyri-etik ifadələr işlədilmiş, əsaslandırılmamışdır. Azərbaycan Respublikası İPM-nin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Lakin hazırki işdə apellyasiya şikayəti yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq əsaslandırılmamış, şikayətdə qeyri-etik ifadələr işlədilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı iddiaçıya ünvanlanmış 11 mart 2025-ci il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, 12 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şikayətin qanunvericiliyin tələblərinə uyğun forma və məzmunda yazılaraq əsaslandırma hissəsini məhkəməyə təqdim etməyi təklif etmişdir. İddiaçı 12 mart 2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi və iddiaçıya ünvanlanmış hüquqi yardım məktubuna əsasən əsaslandırılmış apellyasiya şikayətinin məhkəməyə təqdim edilməsi məqsədilə 16 aprel 2025-ci il tarixə təxirə salınmış, məhkəmə tərəfindən iddiaçıya bir daha hüquqi yardım göstərilərək əsaslandırılmış apellyasiya şikayətinin təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər, o cümlədən iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ünvanlayaraq iştirakı olmadan apellyasiya şikayətinə baxılmamasını, məhkəmə iclasının xx.xx.2025-ci il tarixinə 12:00-14:30 radələrinə və ya xx.xx.2025-ci il tarixinə 09:00-13:00 radələrinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, iddiaçı tərəfindən sonuncu məhkəmə iclasına qədər elektron məhkəmə sistemi vasitəsilə bir sıra ərizələr təqdim edilsə də qanunvericiliyin tələblərinə uyğun forma və məzmunda əsaslandırılmış apellyasiya şikayəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13610/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərardadından qanunvericiliyin tələblərinə uyğun məzmunda tərtib edilmiş apellyasiya şikayətini verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməli, həmçinin apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85.2, 87, 90 və 94 və AR MPM-in 384.0.6-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13610/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Namiq Cəfərov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1471/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1471/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver