Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1473/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, iddiaçının nümayəndəsi və vəkili X4, iddiaçının vəkili X2, üçüncü şəxsin nümayəndəsi və vəkili X10 iştirakları ilə, cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Cavabdeh1 Firması üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2020saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 Firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamının «Zinət» Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın zirzəmisində yerləşən 253 kv.m-lik qeyri-yaşayış sahəsinin və birinci mərtəbəsindəki 292 kv.m-lik qeyri-yaşayış sahəsinin Cavabdeh1 Firmasına icarəyə verilməsi hissəsində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 5 ünvada yerləşən qeyri-yaşayış sahəsinə «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən vət. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə verilmiş seriya RX № ******* saylı çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində **********15-05101-083001 nömrəsi, daşınmaz əmlakın dövlət reyestrinin 4 nömrəli kitabının 422-ci vərəqində, qeydiyyat nömrəsi **********2, qeydiyyat tarixi xx.xx.2018-ci ilə qeydə alınmışdır) qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində «Zinət» Lombardlar Birliyinin, sonradan isə onun hüquqi varisi İddiaçı MMC-nin istifadəsində olmuş 253 kv.m qeyri-yaşayış sahəsi hissəsində və həmin ünvanda İ mərtəbə hissəsində özəlləşdirilmiş 577 kv.m. qeyri-yaşayış sahəsinin «Zinət» Lombardlar Birliyinin, sonradan isə onun hüquqi varisi İddiaçı MMC-nin istifadəsində olmuş 292 kv.m. qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi, əvvəllər «Zinət» Lombardlar Birliyi tərəfindən istifadəsində olmuş və ünvan 2 ünvanda yerləşən binanın zirzəmi mərtəbə hissəsində 253 kv.m. sahənin və İ mərtəbə hissəsində 292 kv.m. sahəni «Zinət» Lombardlar Birliyinin, sonradan onun hüquqi varisi İddiaçı Firması və sonuncunun da hüquqi varisi olan İddiaçı MMC-nin istifadəsində olmuş sahə hesab edilməklə onunla icarə müqaviləsi bağlanması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan İddiaçı MMC xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh qismində, Cavabdeh1 firmasının isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli sərəncamının, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamının «Zinət» Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın zirzəmisində yerləşən 253 kvm.-lik qeyri-yaşayış sahəsinin və birinci mərtəbəsindəki 292 kvm.-lik qeyri-yaşayış sahəsinin Cavabdeh1 firmasına icarəyə verilməsi hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 3 ünvanda lombard fəaliyyətini həyata keçirən İddiaçı MMC 1905-ci ildən «Lombard» fəaliyyəti həyata keçirməklə müxtəlif adlar adı altında hüquqi-təşkilat formasından asılı olmayaraq biridigərinin bazasında yaradılmaqla fəaliyyət göstərmiş «Zinət» Lombardlar Birliyinin bazasında yaradılmış və onun hüquqi varisi olan İddiaçı firmasının bazasında yaradılmaqla onun hüquqi varisi olmuşdur. Azərbaycan SSR-nin «Əhaliyə Məişət Xidməti» Nazirliyinin «Zinət» Lombardlar Birliyinin istifadəsində olan sahənin Bakı şəhəri, 26 Bakı Komissarları adına rayon XDS İcraiyyə Komitəsinin 7 saylı Mənzil İstismar Kontorunun rəisi ilə razılaşdırılmış «TEXNİKİ PASPORTU»nda ünvan 4 (hazırda Əbdülkərim Əlizadə küçəsi 5 adlanır) ünvanındakı 3 mərtəbə və zirzəmidən ibarət olan binanın Birliyin istifadəsində olduğu göstərilmişdir. Tərəflərindən 1989-cu ildə mübahisəli binada yerləşən qiymətli əşyaların (brilliant, qızıl, platin, gümüş məmulatların, xalça və sair qiymətli əşyaların) saxlanılmasının tam təhlükəsizliyinin təmin edilməsi üçün standarta uyğun da təmir aparılmışdır. «Zinət» Lombardlar Birliyi qanuna uyğun olaraq yerləşdiyi binanın icarəsi ilə bağlı Səbail rayon Mənzil Təsərrüfat İdarəsi ilə xx.xx.1994-cü il tarixdə «Qeyriyaşayış sahələrinin İcarəsi» üçün 147 saylı Müqavilə bağlamışdır. X14 əsasən Ə.Əlizadə küçəsi 5 nömrəli binanın yerüstü sahə 910,4 kv.m., zirzəmi və yarımzirzəmi kimi isə 253 kv.m., ümumilikdə isə, ümumi sahəsi 1163,4 kv. m. olan qeyri-yaşayış sahəsi istifadələrində olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçının xx xxx 1995-ci il tarixli, 538 nömrəli Sərəncamında göstərilmişdir ki, Cavabdeh1 firmasının xahişini (24 № li, xx.xx.1995-ci il tarixli məktub) və «X20»nin razılığı (05 № li, xx.xx.1995-ci il tarixli məktub) nəzərə alaraq Əbdülkərim Əlizadə küçəsi, 5 № li binanın birinci mərtəbəsindəki 527 kv.m.lik qeyri-yaşayış sahəsi kommersiya fəaliyyəti üçün Cavabdeh1 firmasına icarəyə verilsin». Sərəncamın 2-ci bəndi ilə Cavabdeh1 firmasına həmin ərazidə daşıyıcı elementlərə xələl gətirilməsi və başqa yenidən qurma işlərinin aparılması qadağan edilmiş icarə haqqında müqavilə bağlanması isə Səbail rayon Mənzil Təsərrüfatı İdarəsinə tapşırılmışdır. Lakin həmin sərəncamda göstərilən 527 kv.m. qeyri-yaşayış sahəsinin bir hissəsi «Zinət» Lombardlar Birliyinin icarəsində olduğundan sərəncam icra edilməsi mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli «İcarəyə götürülmüş qeyri-yaşayış sahəsinin istifadə olunmayan hissəsini icarəyə ayrılması haqqında» Sərəncamının 1-ci bəndində göstərilmişdir ki, «Ə.Əlizadə küçəsi 5 № li binada yerləşən «Zinət» X1 razılığı (xx.xx.1995-ci il tarixli, 121 A № li məktub) Cavabdeh1 firmasının xahişi nəzərə alınsın, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cii il tarixli qərarına əsasən, «Zinət» Lombardlar Birliyinin icarəyə götürdüyü, istifadə etmədiyini İ mərtəbədəki hissəsini, Cavabdeh1 firmasına müvəqqəti olaraq (istifadəsiz sahəni yenidən ölçmək şərti ilə) icarəyə verilsin». Həmin Sərəncamın əsası kimi göstərilmiş «Zinət» X1 xx.xx.1995-ci il tarixli, 121A №-li razılıq məktubu Birlik tərəfindən verilməmiş və belə bir məktub da işdə yoxdur və Bakı şəhər İcra Hakimiyyətinə verilməmişdir. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxx 1995-ci il tarixli, 538 nömrəli və xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli Sərəncamlarından göründüyü kimi «X20» və «Zinət» Lombardlar Birliyinin məktublarına əsasən ünvan 2 ünvanda icarəyə götürdükləri binanın yalnız İ mərtəbəsində istifadə etmədikləri 527 kv.m. qeyriyaşayış sahəsi yenidən ölçülmək şərti ilə Cavabdeh1 firmasına müvəqqəti olaraq icarəyə verilmişdir. 2018-ci ilin əvvəlinə kimi binanın zirzəmi mərtəbəsi və 2-ci mərtəbəsi onların istifadəsində olmuşdur. 2018-ci ilin təxminən may ayında onlara məlum olmuşdur ki, Cavabdeh2 nəinki Cavabdeh1 firmasına Ə.Əlizadə küçəsi, 5 ünvanda 1-ci mərtəbədə müvəqqəti icarəyə verilməsinə razılıq verdikləri sahəni, həmçinin uzun illər birlik tərəfindən anbar kimi istifadə edilmiş zirzəminin 253 kv.m. hissəsini öz adına tam payla özəlləşdirməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsindən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İ mərtəbəsinə və zirzəmisinin onların istifadəsində olmuş 253 kv.m. hissəsinə «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən Seriya RX № ******* saylı ÇİXARİŞ (daşınmaz əmlakın dövlət reyestrində **********15-05101-083001 nömrəsi, daşınmaz əmlakın dövlət reyestrinin 4 nömrəli kitabının 422-ci vərəqində, qeydiyyat nömrəsi **********2, qeydiyyat tarixi xx.xx.2018-ci il ilə qeydə alınmışdır) almışdır. Həmin faktla bağlı tərəflərindən araşdırma aparılarkən müəyyən etmişlər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyriyaşayış sahəsinin ayrılması haqqında» xx xxxxxx 1996-cı il tarixli, 97 saylı Sərəncamında göstərilmişdir ki, Cavabdeh1 firmasının xahişini (8.12.95-ci il tarixli, 115 № li məktub), «Zinət» Lombardlar Birliyi rəhbərliyinin 30.12.95-ci il tarixli, 175 № li ayrılmış sahənin bir qismindən imtina məktubunu və Səbail rayon İcra Hakimiyyətinin razılığını (15.12.95-ci il tarixli, 2165 № li məktub) nəzərə alaraq, Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın birinci mərtəbəsindəki 292 kv.m-lik və zirzəmisində yerləşən 253 kv.m-lik qeyri-yaşayış sahəsi adı çəkilən firmaya, koomersiya fəaliyyətini genişləndirmək məqsədi ilə icarəyə verilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli, 97 saylı Sərəncamında istinad edilən «Zinət» Lombardlar Birliyi rəhbərliyinin «ayrılmış sahənin bir qismindən imtina edilməsinə dair» 30.12.95-ci il tarixli, 175 № li məktubu «Zinət» Lombardlar Birliyi rəhbərliyi tərəfindən imzalanmamış və verilməmiş və belə bir məktubun olmasından məlumatları olmamışdır və belə bir məktub da işdə yoxdur. Belə bir məktubun isə olmaması xx xxxxxx 1996-cı il tarixli, 97 saylı Sərəncamın əsası olmadığını və bu səbəbdən də qanunsuz olduğundan ləğv edilməli olmasını sübut edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinə «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 verilmiş Seriya RX № ******* saylı ÇİXARİŞdan göründüyü kimi onun tərəfindən qeyd edilən ünvanda tam payla (daşınmaz əmlakın dövlət reyestrində **********15-05101-083001 nömrəsi, daşınmaz əmlakın dövlət reyestrinin 4 nömrəli kitabının 422-ci vərəqində, qeydiyyat nömrəsi **********2, qeydiyyat tarixi xx.xx.2018-ci il ilə qeydə alınmışdır) 1275,4 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən özəlləşdirilməsi göstərilsə də həmin Çıxarışa əlavə edilmiş və özəlləşdirilən obyektin xx.xx.2018-ci il tarixə olan vəziyyətinə əsasən tərtib edilmiş Texniki Pasportdan göründüyü kimi isə cavabdeh tərəfindən özəlləşdirilmiş hissədə yerləşən İ mərtəbənin əsas sahəsi 577 kv.m., həmin mərtəbədə köməkçi sahə kimi 312,6 kv.m., İ mərtəbənin antresol hissəsində 351,6 kv.m. və zirzəmi hissəsində isə 385,8 kv.m. olmaqla 1627,0 kv.m. sahə vardır ki, bundan da 351,6 kv.m. çıxarışda göstərildiyindən artıqdır və bu artıq sahədən də 132,8 kv.m. sahə (zirzəmi mərtəbəsindədir) Cavabdeh2 mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və deməli onun həmin sahəyə də hüququ yoxdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı özü iddia ərizəsində göstərdiyi kimi hüquqlarının pozulduğundan və cavabdehin mübahisələndirilən sərəncamından 2018-ci ildən xəbərdar olmuşdur. Belə olduğu halda iddiaçı iddia müddəti müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən nümayəndə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X15 iddianın mümkün sayılmamasına dair vəsatət təqdim etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi əmlakların icarəyə verilməsi barədə sərəncamlar 1995-1996-cı illərdə verilmişdir və sərəncamların məzmunundan göründüyü kimi, iddiaçının bu sərəncamlar barədə məlumatı olmuşdur. İddiaçı məhkəməyə ünvanlandığı iddia ərizəsində qeyd edir ki, 2018-ci ilin may avında mübahisəli əmlakın Cavabdeh2 əmlakı özəlləşdirməsi faktı onlara məlum olmuş və müvafiq araşdırmalara başlamışlar. Bundan əlavə, hazırki iş üzrə iddiaçı Səbail Rayon Məhkəməsinin icraatında olan digər iş üzrə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli sərəncamın əsası kimi istinad edilən xx.xx.1995-ci il tarixli, 121 A nömrəli razılıq məktubunun olduğu bildirilsə də, hazırki iş üzrə iddia ərizəsində bu cür razılıq məktubunun olmadığı qeyd olunur. Digər tərəfdən, Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1051/2020 nömrəli iş üzrə icraat 2019-cu ilin aprel ayından başlamışdır və həmin icraatda hazırki iddia üzrə mübahisələndirilən sərəncamlar məhkəməyə təqdim olunmuş və iddiaçının bu sərəncamlardan xəbəri olmuşdur. Həmçinin əgər iddia edilən qeyri-yaşayış sahələri həqiqətən iddiaçının istifadəsində idisə, iddiaçının bu faktlardan daha əvvəldən məlumatı olmuşdur. Lakin iddiaçı Cavabdeh1 firmasının 1995-ci ildən başlayaraq qeyri-yaşayış sahələrindən istifadə etməsi faktını mübahisələndirməmişdir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən göründüyü kimi, sərəncamlar 1995-996-cı illərdə verildiyi halda iddiaçı iddianı xx.xx.2020-ci il tarixdə qaldırmaqla iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçının ərizədə göstərilən qeyri-yaşayış sahələrinə subyektiv hüququnu təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iş materiallarına 1994-cü il tarixli icarə müqaviləsi əlavə olunmuşdur ki, həmin icarə müqaviləsinin 20-ci bəndinə əsasən müqavilənin müddəti xx xxxxxx 1994-cü il tarixdə bitmişdir. Sonradan həmin əmlakların yenidən iddiaçıya icarəyə verilməsinə dair hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır. İddiaçının istinad etdiyi texniki pasport isə hüquqmüəyyənedici sənəd deyildir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən müvafiq iddia tələbini irəli sürməsi üçün onun subyektiv hüququ mövcud deyildir. Ona görə də nümayəndə iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMCapellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək, iddianın mümkün sayılıb baxılması üçün Bakı İnzibati Məhkəməsinə qəytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və apellyasiya şikayətini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini, qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçınınnümayəndəsi və vəkili X7, iddiaçının vəkili X5 iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixliqərardadının ləğv edilməsini və iddianın mümkün sayılıb baxılması üçün Bakı İnzibati Məhkəməsinə qəytarılmasını məhkəmədənxahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili X15 da birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş və iddiaçının apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instnsiya məhkəməsinin qərardadının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı Nizamnaməsindən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 012671 saylı şəhadətnaməyə əsasən «Zinət» Lombardlar Birliyinin əsasında yaradılan xx.xx.1999-cu il tarixdə, Ş-741 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı Firmasının hüquqi varisidir. İş materiallarında olan, «Zinət» X8 rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.1995-ci il tarixli, 121/A №-li ünvanlandığı məktubdan görünür ki, «Zinət» X16.Əlizadə küçəsi 5 №-li ünvanda uzun müddətdir ki, fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdə Birlik Səbail rayon M.T.İ. ilə müqaviləyə əsasən bütün şərtlərə qeyri-şərtsiz əməl etmiş və icarə haqqını müntəzəm olaraq ödəmişdir. Lombardın ümumi sahəsi 1183 kv.metr təşkil edir və iki mərtəbədən ibarətdir. Hal-hazırda idarənin birinci mərtəbəsində iş tamamilə dayanmışdır. Yığılmış borcları qismən ödəmək məqsədi ilə Birlik idarənin halhazırda istifadə olunmayan 1-ci mərtəbəsini Cavabdeh1 firmasına 25 il müddətinə qədər icarə vermək qərarına gəlmişdir. Həmin firma Birliyin binasında eyni ünvanda yerləşir. «Zinət» Lombardlar Birliyi icra müqaviləsini dəyişib sahənin bir hissəsinin Cavabdeh1 firmasına icarə verilməsinə etiraz etmir. İş materiallarında olan, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx xxxx 1995-ci il tarixli, 1700 №-li «İcarəyə götürülmüş qeyri yaşayış sahəsinin, istifadə olunmayan hissəsini icarəyə ayrılması haqqında» sərəncamından görünür ki, Ə.Əlizadə küçəsi 5 №-li binada yerləşən «Zinət» X1 razılığı (xx.xx.1995-ci il tarixli, 121/ A №-li məktub) Cavabdeh1 firmasının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cii il tarixli qərarına əsasən «Zinət» Lombardlar Birliyinin icarəyə götürdüyü sahəsinin, istifadə etmədiyini İ mərtəbədəki hissəsi Cavabdeh1 firmasına müvəqqəti olaraq (istifadəsiz sahəni yenidən ölçmək şərti ilə) icarəyə verilmişdir. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Başçının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.1995-ci il tarixli, 538 №-li sərəncamından görünür ki, Cavabdeh1 firmasının xahişini (24 №-li, xx.xx.1995-ci il tarixli məktub) və «X20»nin razılığı (05 №-li, xx.xx.1995-ci il tarixli məktub) nəzərə alaraq Əbdülkərim Əlizadə küçəsi, 5 №-li binanın birinci mərtəbəsindəki 527 kv.m.-lik qeyriyaşayış sahəsi kommersiya fəaliyyəti üçün Cavabdeh1 firmasına icarəyə verilmişdir. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında» xx.xx.1996-cı il tarixli, 97 №-li sərəncamından görünür ki, Cavabdeh1 firmasının xahişini (8.12.95-ci il tarixli, 115 №-li məktub), «Zinət» Lombardlar Birliyi rəhbərliyinin 30.12.95-ci il tarixli, 175 №-li ayrılmış sahənin bir qismindən imtina məktubunu və Səbail rayon İcra Hakimiyyətinin razılığını (15.12.95-ci il tarixli, 2165 №-li məktub) nəzərə alaraq, Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın birinci mərtəbəsindəki 292 kv.m.-lik və zirzəmisində yerləşən 253 kv.m.-lik qeyri-yaşayış sahəsi adı çəkilən firmaya kommersiya fəaliyyətini genişləndirmək məqsədi ilə icarəyə verilmişdir. İş materiallarında olan, Səbail rayon MTİ ilə «Zinyət» arasında bağlanmış xx.xx.1994-cü il tarixli, 147 №-li qeyri-yaşayış sahələrinin icarəsi üçün bir tipli müqavilədən görünür ki, tərəflər arasında Əlizadə küçəsi 5 №-li binanın ümumi sahəsi 1163,4 kv.m., o cümlədən yerüstü sahə 910,4 kv.m., zirzəmi və ya yarımzirzəmi 253,0 kv.m olan qeyriyaşayış sahəsinin xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan, Səbail rayon Mənzil Təsərrüfatı İdarəsi ilə Cavabdeh1 firması arasında bağlanmış xx.xx.1995-ci il tarixli, 41 a №-li qeyri-yaşayış sahələrinin icarəsi üçün bir tipli müqavilədən görünür ki, tərəflər arasında Əlizadə küçəsi 5 №-li binanın ümumi sahəsi 545 kv.m., o cümlədən yerüstü sahə 292 kv.m., zirzəmi və ya yarımzirzəmi 253,0 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.1995-cü ildən xx.xx.2020-ci il tarixədək icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən 1275.4 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Beləliklə iş materiallarında müəyyən olunur ki, birinci instansiya məhkəməsinin araşdırılması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx xxxx 1995-ci il tarixli, 1700 №-li sərəncamına əsasən Ə.Əlizadə küçəsi 5 №li binada yerləşən, «Zinət» Lombardlar Birliyinin icarəyə götürdüyü sahəsinin, istifadə etmədiyini İ mərtəbədəki hissəsi «Zinət» Lombardlar Birliyinin razılığı ilə Cavabdeh1 firmasına müvəqqəti olaraq icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 97 №-li sərəncamı ilə isə «Zinət» Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın birinci mərtəbəsindəki 292 kv.m.-lik və zirzəmisində yerləşən 253 kv.m.-lik qeyri-yaşayış sahəsi Cavabdeh1 firmasına kommersiya fəaliyyətini genişləndirmək məqsədi ilə icarəyə verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alan birinci instansiya qeyd etmişdir ki, göründüyü kimi «Zinət» Lombardlar Birliyi (hazırki iddiaçı onun hüquqi varisidir) mübahisələndirilən sərəncamların həmin dövrdə rəsmi şəkildə əldə etməsə də onların qəbul edilməsindən faktiki olaraq xəbərdar olmuşdur. xx.xx.1996-cı il tarixli, 97 №-li sərəncamın qəbul edildiyi zamanı Birliyin rəsmi razılıq verməməsi məsələsinə gəldikdə isə məhkəmə bu dəlili formal xarakterli qiymətləndirir. Çünki qaldırılan məsələnin mahiyyəti üzrə Səbail rayon İcra Hakimiyyətinə Birlik öz razılığını təqdim etmişdir. Birinci instansiya məhkəməsi onu da haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfin özünün etiraf etdiyi kimi mübahisələndirilən sərəncamlar ona 2018-ci ilin may ayında rəsmi olaraq məlum olmuşdur (hazırki iş üzrə iddia ərizəsi və Səbail rayon məhkəməsinə təqdim edilmiş qarşılıqlı iddia ərizəsi) və iddianın 2020-ci ilin yanvar ayında qaldırılması nəzərə alınaraq belə qənaət əldə olunur ki, İddiaçı MMC qaldırılan «mübahisələndirmə haqqında» iddianı 1 (bir) ildən artıq vaxt ötürməklə irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.1-ci maddəsinə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-ci maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallaraından görünür ki, birinci instansiya məhkəməsi həmçinin onu da vurğulamışdır ki, İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsində nəzərdə tutulan halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar) mövcudluğu ilə bağlı iddiaçı tərəf hazırki məhkəmə icraatında heç bir dəlil gətirməmiş və bununla əlaqədar məhkəmə İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsi baxımdan buraxılmış prosessual müddətin bərpası ilə bağlı iddiaçı tərəfə yardım göstərilməsini məqsədə uyğun hesab etməmişdir. Bununla yanaşı birinci instansiya məhəməsi onu da qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni xx xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər.Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək, birinci instansiya məhkəməsinin hazırıkı mübahisə ilə gəldiyi qənaəti ilə razılaşır ki, İddiaçı MMC tərəfindən iddia qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə irəli sürüldüyündən iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar düzgün olraq bu nəticəyə gəlmişdir ki, hazırkı iddianın qaldırılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır və apellyasiya şikayətinin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1473/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1473/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver