Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1473/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X3rşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Ukrayna Respublikasının Regionalararası Heyətin X8 tərəfindən “Regional Coğrafiya” hazırlıq istiqaməti və “Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” ixtisası üzrə B18 seriyalı 131209 saylı xx.xx.2018-ci il tarixli bakalavr dərəcəli diplom verilmişdir. Diplom xx.xx.2019-cu ildə A-28380-19 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Ukrayna Respublikasının Regionalararası Heyətin X8 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı diploma əlavədən görünür ki, İddiaçı Ukrayna Respublikasının Regionalararası Heyətin X8nda oxuduğu müddət ərzində “Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” ixtisaslaşması üzrə 49 fəndən 7 kafi, 17 yaxşı, 1 əla və 24 məqbul qiymətləri almışdır. Sonradan iddiaçı diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-832/2021 saylı qərarının icrası məqsədi ilə İddiaçı X2 X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 131209 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Aparılan ekspertiza zamanı müəyyən edilmişdir ki, X2 X5 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri mümkündür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Ukrayna Respublikasının Regionalararası Heyətin X8 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş B18 seriyalı 131209 saylı diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Ukrayna Respublikasının Regionalararası Heyətin X5 “Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” fakültəsinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə həmin fakültəni bitirmiş, təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmiş, bütün imtahan və zaçotlarda özü iştirak etmiş, təhsil almamışdan əvvəl əmək fəaliyyətinə başlamış, təhsil aldığı müddət ərzində imtahanlarını müvəffəqiyyətlə vermişdir. Bundan sonra sənədlərini Təhsil Nazirliyinə vermış, şifahi müsahibədən uğurla keçmişdir. Belə ki, imtahan zamanı ona verilən suallara tam və dəqiq cavablar vermişdir. İmtina cavabında həmin ölkədə qisa müddət ərzində olması göstərilmişdir. Buna görə də onun diplomunun tanınması mümkün olmamışdır. Bütün tədris üzrə imtahanlarda iştirak etmiş, bu barədə qeydlər pasportunda əks olunmuşdur. İmtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – 7 gün, İİ il – 14 gün, İİİ il – 15 gün, İV il – 19 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə bu işin araşdırlmasında obyektiv olmamış, işin hərətərəfli və tam araşdırlmasını təmin etməmişdir. Onun rus dilini mükəmməl, ixtisasını qənaətbəxş bilmiş olsa da diplomun tanınmasından qanunsuz şəkildə imtina edilmişdir. Onun təhsil aldığı ölkədə hər il və hər semestr üzrə olmasını təsdiqlədikləri halda həmin müddətin “20” gündən az olması qənatinə gəldikdə isə istinad edilən həmin norma (Nazirlər Kabinetinin qərarı) qüvvədən düşmüşdü. Eləcə də həmin qərara riayət edilməsi ilə bağlı hər hansı məcburiyyət olmamışdır. O, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhsil almış, təhsil aldığı müəssisənin diplomu ilə onun bilik və bacarıqları şəhadətləndirilmişdir. Cavabdehin “həmin ölkədə qısa müddət ərzində olduğunuza görə hesab edirik ki, dərs yükünü mənimsəyə bilməzsiniz” arqumenti tamamilə əsassızdır. Belə ki, hazırda dünyada baş vermiş Pandemiya səbəbindən 2021-ci il üzrə xarici ölkələrin təhsil müəssisələrinə qəbul olan abituriyentlər ölkə ərazisini tərk etmədən məsafədən təhsil almışdılar. Belə olan halda ölkəni tərk etmədən də təhsil almağın mümkünlüyü öz təsdiqini tapır. Amma ona münasibətdə həmin arqumentin gətirilməsi əsassızdır. Məhkəmə bu halı da nəzərə almamışdır ki, o, müsahibədən uğurla keçmişdir. Hazırda Xarici dövlətlərin Ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün yeni qanun layihəsi hazırlanır və həmin qanunda nəzərdə tutulan dəyişiklik ixtisasını bilməyən tələbənin yenidən həmin ixtisas üzrə ixtisasartırmasını və imtahan verməsini nəzərdə tutur. Yəni burada məqsəd “təhsil aldığın ölkədə ən azı 20 gün qalmalısan” deyil, “ixtisasını kifayət qədər yaxşı mənimsəməlisən”dir. Ona Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən (hazırda onun alqurumu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi) süni maneələr yaradılaraq, diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) bu günə kimi mümkün olmamışdır. Hesab edir ki, xaricdə təhsil alıb vətənə dönənlərin diplomları mütləq nostrifikasiyadan keçməlidir. Diplomun tanınmamasına səbəb həmin ali təhsil müəssisələrinin qeyri-qanuni olması və yaxud da, diplomun saxta olması deyil. Səbəb guya xaricdə, xüsusilə RF-nın ali təhsil müəssisələrində oxuyaraq diplom alanların öz ixtisasları ilə bağlı müsahibədən keçə bilməməsidir. Xaricdə təhsillərini başa vurub diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlər Nazirliyin Ekspert Qrupu tərəfindən imtahan edilir. İmtahan zamanı həmin şəxslərin dil bilikləri ilə yanaşı, ixtisas bilikləri də yoxlanılır. Başa düşə bilmirəm ki, ixtisas biliyinin yoxlanılması nəyə lazımdır. Öz ixtisası üzrə ali təhsil müəssisəsində oxuyub, imtahan verərək diplom almış şəxslərin yenidən yoxlanılması beynəlxalq qanunvericiliyə ziddir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştiakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçızının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1473/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin işə 3-cü şəxs qismində cəlb edilməsi əsassız sayıldığı üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin işə 3-cü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyətinə gldikdə isə hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi, “ona Ukrayna Respublikasının Regionalararası Heyətin X8 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş B18 seriyalı 131209 saylı diplomun ekvivalentliyinin müəyyən edilməsi və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Belə ki, iddiaçıya məxsus xx.xx.2018-ci il tarixdə diplomda onun Ukrayna Respublikasının Regionalararası Heyətin X5 “Regional Coğrafiya” hazırlıq istiqaməti və “Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” ixtisası üzrə bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının qiyabi təhsil forması üzrə bakalavriat səviyyəsində həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris ilində 24 kredit müəyyənləşdirilməsi və tədris dövrü ərzində bütövlükdə Kiyev şəhərində olması sübuta yetməmişdir. Nəticədə, iddiaçının Ukrayna Respublikasının Regionalararası Heyətin X5 normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Ukraynada az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «bakalavr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. İddiaçının tələbinin təmin olunmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü həmin müddətdə yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Apellyasiya baxışı zamanı iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı təhsili ilə əlaqədar həmin ölkədə 1-ci il cəmi 7 gün olmuş, təhsilin 2-ci ili cəmi 14 gün, 3-cü ili cəmi 15 gün və 4-cü ildə isə həmin ölkədə cəmi 19 gün müddətində olmuşdur. Bu fakt sərhədkeçmə məlumatları ilə də öz təsdiqini tapır. Buna görə də cavabdeh inzibati orqanda təşkil edilmiş komissiya tərəfindən iddiaçının tələbinə münasibətdə mənfi rəy verilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2014-2018-ci illər ərzində Ukrayna Respublikası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belədir: xx.xx.2015-çıxış, xx.xx.2015-giriş, xx.xx.2015-çıxış, xx.xx.2015-giriş, xx.xx.2016-çıxış, xx.xx.2016-giriş, xx.xx.2016-çıxış, xx.xx.2016-giriş, xx.xx.2017-çıxış, xx.xx.2017-giriş, xx.xx.2017-çıxış, xx.xx.2017-giriş, xx.xx.2018-çıxış, xx.xx.2018-giriş. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının Ukrayna Respublikasının Regionalararası Heyətin X5 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyasının yuxarıda qeyd olunanlarla bağlı cavabdehin imtinasını əsaslı sayaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə gəlinən nəticə ilə razılaşır. Kollegiya onu da qeyd edir ki, iddiaçı dünyada baş verən pandemiya şəraiti ilə bağlı distant formada aparılan təhsilin qəbuledilənliyini bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçının təhsil forması distant forma, deyil, qiyabi formada olmuş, bundan başqa iddiaçı təhsili ilə bağlı diplomunu pandemiya şəraitindən əvvəlki dövrdə, yəni xx.xx.2018-ci il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1473/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1473/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver