Məhkəmə qərarları › İş №2-1(103)-1473/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1473/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1473/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1473/2023 (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 13 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8500/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022- ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkarı verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 11 ay 15 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il və xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 51840,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36236,53 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

3. Azərbaycan Respublikası Dövlət Neft və Sənayə Universitetinin 01-892 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, M.Əzizbəyov adına X13 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildiririk: X5 1980-cı ildə Geoloji-kəşfiyyat fakültəsinin “Hidrogeologiya və Mühəndisi geologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 012/737, xx.xx.1980-cı il). İddiaçı 1985-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 012/878, xx.xx.1985ci il). NV № 968559 seriyalı diplom verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2017-ci il tarixli, RA-019/3009 saylı arxiv arayışından görünür ki, 1963-cü ıl təvəllüdlü X6 həqiqətən Ə.C.Əmirov adına NQÇİnın arxiv fondunda olan sənədlərə əsasən 456/k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-nə yardımçı fəhlə peşəsinə işə qəbul edilmişdir. 347/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən xx.xx.1985-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli, 18/8-023 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Milli Geoloji Kəşfiyyat Xidmətində aşağıdakı kimi işləmişdir: 09 sentyabr 1985-ci ildə Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasına texnik vəzifəsinə qəbul olunub (əmr № 131/k, xx.xx.1985-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublilkası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ - mədən işləri və yer səthində işlər bölməsinə (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə keçirilmişdir (əmr № 263, xx.xx.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 iyun 1998-ci ildə köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasına hidrogeoloq vəzifəsinə qəbul edilmişdir (əmr № 38 a, xx.xx.1998-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağmədən işləri və yer səthində işlər bölməsinə (2010100b b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 04 dekabr 2000-ci ildə Xəzəryanı hidrogeoloji rejim partiyasının rəisi vəzifəsinə keçirilmişdir (əmr №67/k, xx.xx.2000-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b-24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 yanvar 2001-ci ildə Xəzəryanı hidrogeoloji rejim dəstəsinin rəisi vəzifəsinə təsdiq olunmuşdur (əmr № 7-k, xx.xx.2001-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b-24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001-ci ildə Hidrogeologiya və Mühəndis- Geologiyası İdarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur (Ləğv etmə komissiyasının 18 dekabr 2001-ci il 1 №-li qərarı). 15 fevral 2002-ci ildə Kompleks Hidrogeologiya və X1 X4 partiyasının rəisi vəzifəsinə qəbul edilmişdir (əmr № 1918/k, xx.xx.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320№li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 05 yanvar 2009-cu ildə Təbii suların kadastrı qrupunun rəhbəri vəzifəsinə təyin edilmişdir (əmr № 131/k, xx.xx.2009-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 05 yanvar 2010-cu ildə Yeraltı suların monıtorıngi və kadastrı partiyasının kadastr dəstəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 01\k, xx.xx.2010-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 01 aprel 2011-ci ildə Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 09\k, xx.xx.2011 -ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- 3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 02 aprel 2012-cı ildə Termal sular partiyasının Orta Kür çökəkliyi dəstəsinin rəisi (14-cü dərəcə ilə) rəisi vəzifəsinə təsdiq olunmuşdur (əmr №61/k, xx.xx.2012-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 12 aprel 2019-cu ildə Kompleks Hidrogeologiya və X1 ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № ETSN-ni xx.xx.2019-cu il tarixli, 285\ü saylı əmri). 16 iyul 2019-cu ildə Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar İdarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) təyin edilmişdir (əmr № 99\k, xx.xx.2019-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 2 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 01 dekabr 2020-ci ildə Hidrogeologiya və Mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilmişdir (əmr № 330\k, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrini və göstərişlərinin siyahısının”- 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir.

6. 24.06.1985-ci ildə verilmiş NV seriyalı 968559 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980-ci ildə M.Əzizbəyov adına X13 ordenli Azərbaycan Neft və kimya instituna daxil olmuş, 1985-ci ildə hidrogeologiya və mühəndisi geologiya ixtisası üzrə tam kursu bitirərək ona Dövlət İmtahan Komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə dağ mühəndisi hidrogeoloq ixtisası verilmişdir.

7. İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək M.Əzizbəyov adına Neft və kimya institunda təhsil almışdır, xx.xx.1985-ci ildə Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasına texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə Dərin Qazma müəssisəsinin Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasının ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis geologiya idarəsinin sərəncamına göndərilmişdir, xx.xx.1998-ci ildə köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasına hidrogeoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Xəzəryanı hidrogeoloji rejim partiyasına partiya rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə Xəzəryanı hidroloji rejim dəstəsinin rəisi vəizfəsinə təsdiq olunmuşdur, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Kompleks Hidrogeologiya və X2 X4 partiyasının rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə Ekspedisiyanın strukrut bölmələrinin təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq X4 partiyası Xəzəryanı geoloji tədqiqatlar partiyası adlandırılmışdır, xx.xx.2009-cu ildə Təbii suların kadastrı qrupunun rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə Təbii suların monitorinqi və kadastrı partiyasının kadastr dəstəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi vəizfəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə Ekspedisiyanın Azərbaycan Terminal Suları partiyasının Orta Kür çökəkliyi dəstəsinin rəisi (14- cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından, yəni 28 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxxx 1963-cü ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuşdur. 1980- ci ildə Azərbaycan Neft və X9- Kəşfiyyat fakültəsinin “Hidrogeologiya və Mühəndis geologiyası” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir. Onun əmək stajı xx.xx.1980-ci il təhsil aldığı müddət də daxil olmaqla xx.xx.2006-cı ilə qədər zərərli işlə birlikdə 25 ildən artıqdır, ümumi əmək stajı 40 ildən yuxarı təşkil edir. O, xx.xx.1982-ci ildə “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-nə yardımçı fəhlə peşəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. Lakin cavabdeh həmin müddəti nəzərə almamış və onun güzəştli şərtlərlə iş stajında 15 günün çatmadığını bildirmişdir. Bu barədə onun həmin təşkilatdan möhürlə təsdiqlənmiş arxiv arayışı vardır. Əgər həmin arayış nəzərə alınarsa onun iş stajı 25 il 16 gün təşkil edir. Onun güzəştli şərtlərlə pensiya hüququ 57 yaşında yarandığı üçün cavabdeh orqanın imtina cavabında göstərdiyi, guya qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalı məbləği ona aid edilə bilməz. Həmin dövrdə, yəni 28 fevral 2020-ci il tarixdə pensiya kapitalı həmin dövrün minumum əmək haqqına uyğun hesablanırdı. Belə olan halda, həm zərərli işlərdə iş stajı, həm pensiya kapitalı, həm də ümumi iş stajı ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bu zaman hansı dövrdə müraciət etməyindən asılı olmayaraq ona müraciət etdiyi dövrün deyil, pensiya hüququnun yarandığı dövrün qanunvericiliyi tətbiq edilməlidir. Ona görə ki, cavabdeh orqanın imtina məktubunda göstərdiyi maddi hüquq normaları onun vəziyyətini ağırlaşdırır, ağırlaşdırıçı hallarda isə qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 11 ay 15 gün təşkil edir (xx.xx.1980-xx.xx.1985, xx.xx.1985-xx.xx.2001 və xx.xx.2002-xx.xx.2005-ci il arasındakı dövrlər). Məhz bu səbəbdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51840,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 36236,53 manatdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8500/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar.

14. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək Neft və kimya institunda təhsil almışdır. Təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 25 il 1 ay 22 gün ümumi sığorta stajına malikdir (xx.xx.1980-xx.xx.1985 (təhsil), xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.2001, xx.xx.2002-xx.xx.2006).

15. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 1 ay 26 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.

16. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur.

17. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8, 31.1, 32.1-ci maddələrinə, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8500/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala iddia ərizəsi ilə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ veran incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə asasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 250-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı lla tasdiq olunmuş 2 No-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 11 ay 15 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir.Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərb xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.) pensiya təyin edən müvafiq quruma teqdim olunmalıdır.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətini "Azneft" İstehsalat Birliyinin Ə.C.İmirov adına Neft və Qazçıxarma İrdarəsinin ona dair 13 noyabr 2017-ci il tarixli RA-019/3009 nömrəli arxiv arayışı möhürlə təsdiqlənmədiyindən, İddiaçı həmin dövrlərə dair iş stajını nəzərə almaq mümkün deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

c) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir

Tətbiq edilən hüquq

23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir

24. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndləri: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununu: 8.0.8-ci maddəsin əsasən, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək Neft və kimya institunda təhsil almışdır. Təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 25 il 1 ay 22 gün ümumi sığorta stajına malikdir (xx.xx.1980 xx.xx.1985 (təhsil), xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.2001, xx.xx.2002-xx.xx.2006).

31. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır.

32. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasında texnik, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin partiyada hidrogeoloq, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında hidrogeoloq, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim partiyasının rəisi, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim dəstəsinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2009-cu ilədək Kompleks Hidrogeologiya və X1 X4 partiyasının rəisi vəzifələrində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 20 il 1 ay 26 gün).

33. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ Bölmə - Dağ-mədən işləri, Bənd 1. Açıqda dağmədən işləri və yer səthində işlər, Yarımbənd b) rəhbərlər və mütəxəssislər, kod 2010100b—20612 hidrogeoloqlar, sahə hidrogeoloqları, kod 2010100b—24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri).

34. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 1 ay 26 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.

35. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.

36. Cavabdeh orqan imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

37. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir.

38. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur.

39. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir.

40. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

41. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətini "Azneft" İstehsalat Birliyinin Ə.C.İmirov adına Neft və Qazçıxarma İrdarəsinin ona dair 13 noyabr 2017-ci il tarixli RA- 019/3009 nömrəli arxiv arayışı möhürlə təsdiqlənmədiyindən, İddiaçı həmin dövrlərə dair iş stajını nəzərə almaq mümkün deyil.

42. Şikayətin göstərilən dəlilinin araşdırılması ilə bağlı məhkəmə Kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 11 aprel 2023-cü il tarixli sorğu göndərilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Ə.C.İmirov adına Neft və Qazçıxarma İrdarəsinin iddiaçıya dair 13 noyabr 2017-ci il tarixli RA-019/3009 nömrəli arxiv arayışının əsasında dayanan sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.

43. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Ə.C.İmirov adına Neft və Qazçıxarma İrdarəsinin məhkəməyə ünvanladığı 27 aprel 2023-cü il tarixli məktubla iddiaçıya dair 22 oktyabr 1982-ci il tarixli 456/k saylı və 26 iyul 1985-ci il tarixli 287/k saylı əmrlərin, “şəxsi Kartoçka”nın, həmçinin Ə.C.İmirov adına Neft və Qazçıxarma İrdarəsinin tarixi barədə Arayışın surəti məhkəməyə təqdim edilmişdir.

44. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təkzib olunmuşdur.

45. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8500/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8500/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar