Məhkəmə qərarları › İş №2-1(103)-1474/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1474/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1474/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdehin nümayəndəsi Həmidova Fatimə Rövşən qızının iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in Nəsimi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi? tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3454/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Cavabdehnə qarşı “xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər mühəndis-texnoloq vəzifəsində işlədiyi dövrü, xx.xx.1978 ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü, xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilə qədər X4 usta nəzarətçi, usta, nəzarətçi usta, baş mühəndis, böyük mühəndis vəzifələrində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər X1 mühəndis xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər “Azərbaycan Tara” istehsalat birliyində mühəndis, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər “Kəpəz” kooperativinin sədri vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil etməklə 60 il 06 ay yaşın tamam olduğu tarixdən yəni, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Gəncə şəhərində doğulmuşdur. O, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər mühəndis-texnoloq vəzifəsində işləmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilə qədər X4 usta nəzarətçisi, usta, nəzarətçi usta, baş mühəndis, böyük mühəndis vəzifələrində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər X1 mühəndis, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərbaycan Tara» İstehsalat Birliyində mühəndis, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər «Kəpəz» kooperativinin sədri vəzifəsində işləmişdir. Bir müddət əmək fəaliyyətimi dayandırdıqdan sonra xx.xx.2018-ci il tarixdə fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlayaraq yenidən işə başlamış və hazırda da həmin fərdi sahibkarın işçisidir. İddiaçının 60 il 6 ayın tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Nəsimi rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu ilə iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddaçının tələb olunan iş stajım və fərdi hesabımda pensiya kapitalı mövcud deyil. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3454/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində texniki yalnışlıq olaraq iddiaçının 60 il 06 ay yaşı tamam olduğu tarixdən, yəni, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin düzgün şəkildə tərtin olunması üçün iddiaçıya hüquqi yardım göstərməyib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər mühəndis-texnoloq vəzifəsində işləmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilə qədər X4 usta nəzarətçisi, usta, nəzarətçi usta, baş mühəndis, böyük mühəndis vəzifələrində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər X1 mühəndis, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərbaycan Tara» İstehsalat Birliyində mühəndis, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər «Kəpəz» kooperativinin sədri vəzifəsində işləmişdir. Bir müddət əmək fəaliyyətimi dayandırdıqdan sonra xx.xx.2018-ci il tarixdə fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlayaraq yenidən işə başlamış və hazırda da həmin fərdi sahibkarın işçisidir. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 7-ci maddələrini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarının 4.1.1, 4.1.2-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə 63 il 6 ay yaşı olduğundan onun həmin tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarının 4.1.2-ci bəndinin tələblərinə əsasən şəxsin xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiya hüququnun yaranması üçün 64 yaşı olmalıdır. Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixdə 64 il deyil, 63 il 6 ay yaşı olduğu üçün cavabdeh ona yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən rəqəmlərin texniki yalnışlıq olduğunu nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı xx xxxx 1955-ci il təvəllüdlü, Azərbaycan Respubıilası vətəndaşıdır. Hazırda iddiaçı ona xx.xx.2018-ci il tarixdən, yəni 63 il 06 ay tamam olduğu tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3454/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar