Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1474/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyə görə pensiyanın xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirimləsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. 1977-ci il tarixində X7 Ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1982-ci ildə həmin İnstitutu bitirmişdir. Əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixində başlamışdır. Müxtəlif vəzifələrdə işləmişdir.xx.xx.2020-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti əsasən zərərli olmuşdur. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında açıq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildlən xx.xx.2020-ci ilədək işlədiyi müddədə işçiyə 16 faiz zərərli iş əmsalı təyin edilmiş və iş ilinə düşən məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. Buradan açıq-aydın görünür ki, onun işlədiyi dövrün müəyyən hissəsi zərərlidir. İşlədiyi sahələr (əris, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuşdur. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında bir mənalı olaraq qeyd edilmişdir ki, işlədiyi müddət ərzində 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyət 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr Serebrovski adına X8 İdarəsində Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik vəzifəsində işləmişdir. İşlədiyi sahələr (rəis, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuşdur. Hal-hazırda o, gözdən əlil kimi pensiya alır. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək xahiş etmişdir ki, təyin olunmuş əlilliyə görə aldığı pensiyanın, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən, xx.xx.2017-ci ildən (57 yaşdan) əmək kitabçasında qeyd edilən iş illəri və oxuduğu təhsil illəri sığorta stajıa daxil edilməklə, xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasına keçirilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik olaraq ödənilməsində köməklik göstərilsin. Cavabdeh onun ərizəsinə cavab verməmiş və buna münasibət bildirməmişdir. O, artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “təyin olunmuş əlilliyə görə aldığı pensiyanın xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı nəzərə alınmaqla 52 yaşdan yəni, xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmə və hesablanması inzibati orqana xx.xx.2020-ci il tarixindən müraciət etməsi nəzərə alınaraq Ali əhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq üç il geri müddət tətbiq edilməklə, yəni xx.xx.2017-ci il tarixindən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı nəzərə alınmaqla təyinatın aparılması və yaranacaq fərqin hesablanaraq cari aylara bərabər şəkildə bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı 25 dekabr 2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1982-ci il tarixli ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 01 yanvar xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz kompressor sexində rəis, xx.xx.1989xx.xx.1998- ci il tarixləri arsındakı dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Qaz kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bügünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununn 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də, tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Əbdüul oğluna 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və eləcə də, yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı ildə anadan olmuş İddiaçı həqiqətən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.20144-cü il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləyib xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin Əməliyyat Departamentinin Hasilat Şöbəsinin KS QYH və N sahəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi növbə mühəndisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə işçiyə 16% zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. İşçi xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi öz xahşi ilə ləğv edilmişdir - M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu tərəfindən verilmiş ИВ seriyalı, 028773 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Əbdül oğlu 1977-ci ildə X7 Ordenli M.Əzizbəyov adına Azərbayan Neft və Kimya İnstitutuna daxil olmuş və 1982-ci illdə həmin institutun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-316 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İstitununun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı Əbdül oğlu 1977-ci ildə “Qazneft-mədən” fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. 1982-ci il tarixdə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. - SOCAR Baş Ofisi Mərkəzi Arxivi tərəfindən verilmiş SOCAR**********80020123X00168 nömrəli, 20 avqust 2020-ci il tarixli “İş stajı haqqında” arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Əbdül oğlu həqiqətən xx.xx.1982-ci ildə Serebrovski adına Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Qaz kompressor sexinə (QKS) kompressor qurğusunun 5-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə 7 nömrəli qaz kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 1 nömrəli qaz kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988- ci ildə QKS-nin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə usta vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneft” İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ xx.xx.1991-ci ildən “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.1994-cü ildə 10-cu dərəcəli usta vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. 01.08.998-ci ildə 7 saylı qaz kompressor stansiyasına 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə 1 saylı qaz kompressor stansiyasına 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürələ əmək müqaviləsi bağlandığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. - iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmşdir ki, Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1982-ci il tarili, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındak dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərizndə mexanik, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində Qaz Kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bugünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilyin tələbləri baxımından mümkü hesab edilmir. - SOCAR tərəfindən 11 mart 2022-ci il tarixli məktubla İddiaçı verilən xx.xx.2020-ci il tarixli SOCAR**********80020123X00168 nömrəli iş stajı barədə arxiv arayışının hazırlanmasına əsas olan arxiv sənədlərinin təsdiq olunmuş surətləri təqdim edilmişdir. - “X3 Company Limited” Şirkəti tərəfindən BE/-06-407 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Həmin məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1982xx.xx.2010- cu il tarixləri arasında “Qum adası” NQÇİ-də müxtəlif vəzifələrdə işləmişdir (SOCAR-ın xx.xx.2020-ci il tarixli arxiv arayışı və İddiaçı aid olan əmrlər, arxiv sənədləri və s.). İddiaçı ilə “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat Departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində işçiyə 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir. Qeyd edilmişdir ki, kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində və eləcə də, şirkətin digər sahələrində neftin və qazın emalı aparıldığı üçün şirkətin fəaliyyəti yalnız neft, qaz və qaz kondensatın hasilatı olduğuna görə işçilərinə güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10-cu bölməsinin 10-cu bəndi aid edilir. İddiaçı əmrləri və arxiv sənədləri ilə müəyyən edilir ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli iş stajı vardır. Belə ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlkər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 1 №-li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b-24125, 1100000b-17541 kodlarına uyğundur. Onun ümumi iş stajı 37 il 11 ay 15 gün təşkil edir. Güzəştli iş stajı xx.xx.2006-cı il tarixinədək 23 il 10 ay 27 gündür Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən SOCAR-ın Baş Ofisinə və “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sorğu ünvanlanaraq “işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının yuxarıda qeyd edilən arayışda göstərilən işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda, eyni zamanda 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmiş hansı bölməyə və koda aid olması, həmçinin həmin peşələrin əmək funksiyaları (həqiqətən əmək şəraitinin xüsusilə zərərli və ağır olub-olmaması və s.) barədə ətraflı məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 52 yaşının tamam olduğu tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsası kimi qeyd edilmişdir ki, “iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1982-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.1983- xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr rəzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arsındakı dövr ərzində mexanik, xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində Qaz Kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bugünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azəbraycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsası ilə bağlı qeyd edir ki, iş materiallarında olan “X3 Company Limited” Şirkətinin müvafiq məktubuna əsasən iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 №-li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b- 24125, 1100000b-17541 kodlarına uyğun olması və onun ümumi iş stajının 37 il 11 ay 15 gün, güzəştli iş stajının isə xx.xx.2006-cı il tarixinədək 23 il 10 ay 27 gün olması öz əksini tapmışdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmuşdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. Onun xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş 1 №li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b-24125, 1100000b-17541 kodları üzrə güzəştli iş stajı 23 il 10 ay 27 gün təşkil təşkil edir. Ümumi iş stajı isə 25 ildən artıq təşkil edir. Beləliklə onun, xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. Bu səbəbdən də, ona 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1474/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1474/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver