Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1474/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin elektron sistemdə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarının icra edilməməsi barədə iddiaçının ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı 15 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin elektron sistemdə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2- 1(103)-872/2023 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1527/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-872/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli qərardadı ilə, Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının məcburi icrasının təmin edilməsi üçün icra vərəqəsinin Yasamal rayon icra şöbəsinə təqdim edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarının icrasına dair icra vərəqəsi Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon icraa şöbəsinin (icra məmuru Rasim Hüseynov) xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” Qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022-040 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icrası üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 məhkəməyə “icra sənədinin izah edilməsi” barədə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7067/2022-040 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin izah edilməsini xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7067/2022 saylı 02 avqust 2022-ci il tarixli qərarına izah verilməsi barədə ərizə təmin edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə hərbi qulluqçulara pensiya verilərkən ona ödəniş edilmədi, bu zaman elektron alt sistemə baxış keçirən zaman ona məlum oldu ki, cavabdeh ikinci dəfə xx.xx.2024-cü il tarixdə yenə onun əlillik təyinatına imtina etmişdir, beləliklə cavabdeh hər üç məhkəmənin qərarına və ona qarşı növbəti dəfə haqsızlıq, ədalətsizlik edərək əlil və sosial hüquqlarını pozmuşdur. Yuxarda qeyd etdiklərimə əsasan hesab edir ki, məhkəmə tərəfindən Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış qərarı düzgün icra edilməsi ilə bağlı müvafiq icra tədbirləri görülməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış Qərarını nəzərə alaraq xx.xx.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilərək məhkəmə qərarının icra edilməsi barədə örnək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə qarşı Qərardad qəbul edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7067/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarını müdaxilə edərək elektron altsistemdən sildikləri üçün Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcələsinin 120.3-cü maddəsinə əsasən 50.000 manat cərimə tədbiq edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 saylı 15 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icrata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə verərək, ərizənin təmin olunmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 tərəfindən apelyasiyanın geri götürülməsi barədə verilmiş ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iddiaçının şikayəti geri götürməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından iddiaçının bu barədə ərizəsi təmin edilməlidir. Odur ki, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Apellyasiya icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1474/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1474/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver