Məhkəmə qərarları › İş №2-1(103)-1475/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1475/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1475/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-396/2022 saylı 10.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına görə ona düşəsi olan 17800 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə qeydiyyatda olduğu evin sökülməsinə və bütün sənədlər olmasına baxmayaraq, cavabdeh kompensasiya ödəməkdən imtina edir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-396/2022 saylı 10.02.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və haqsızdır. Belə ki, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallların aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir . Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərinə dair sübutlar məhkəməyə təqdim etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddiaçının alınmanın təsirinə məruz qalan şəxs hesab edilmədiyini, heç vaxt həmin evdə yaşamadığını, qeydiyyatda olduğunu bildirərək, həmin ünvanda yerləşən əmlaka görə 1993-cü ildən evdə qeydiyyatda olan evin faktiki sahibi X2 40.030 manat məbləğində kompensasiya verildiyini bildirərək, birinstansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması mənasına görə belə təfsirə malikdir ki, inzibati məhkəməyə verilən iddia ərizəsi – buna subyektiv hüququ olan şəxs tərəfindən inzibati icraat qaydaları çərçivəsində baxılan iddia növünə uyğun tələblə, prosessual qanunvericiliin tələbləri (iddia müddətinə, yazılış formasına və s. riayət olunmaqla) daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlarını da əlavə edilməklə) əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçı tərəfindən qaldırılan hazırkı iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən evin söküntüsünə görə ona düşəsi olan 17.800,00 manat kompensasiya məbləğinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan 61 saylı MKİS-in 25.05.2016-cı il tarixli 256 N-li “Forma-2” arayışından, habelə, 05.03.2021-ci il tarixli digər bir arayışına əsasən müəyyən olunur ki, İddiaçı 2002-ci ildə həmin ünvana qeydiyyata düşmüş, mənzil söküldüyü üçün evdən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan, mübahisəli evin iddiaçıya məxsus olmasına dair hər hansı bir başqa hüquqmüəyyənedici sənədə müəyyən olunmur. Lakin işdən, o cümlədən, qeyd edilən 61 saylı MKİS-in 25.05.2016-cı il tarixli 256 Nli forma 2 arayışından, notarial qaydada verilmiş cavabdeh orqana ünvanlanan ərizələrərə (və s.), eləcə də Bakı şəhəri Cavabdeh ilə Cümşüdova Ruqiyə Hüseynağa qızı arasında bağlanmış 08.07.2016-cı il tarixli müqavilədən görünür ki, X5 - 40.030 manat məbləğində kompensasiya almaqla, 1993-cü ildən qeydiyyatda olduğu faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən şəxsi evdən Cavabdeh xeyrinə imtina etmişdir. İş materiallarnın 67-ci vərəqində olan, X3 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən isə görünür ki, o, uzun müddət istifadəsində olan evə görə dövlət proqramı çərçivəsində köçürmə ilə əlaqədar aldığı kompensasiya ilə bağlı qeydiyyatda olan, lakin həmin evdə yaşamayan şəxslər tərəfindən həmin tikiliyə dair gələcəkdə hər hansı iddia yaranarsa, bununla bağlı yaranan mübahisəyə dair bütün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən evin sökülməssinə görə həmin evdə yaşayan X1 (40.030 manat) verilmiş və sonuncu notarial qaydada təsdiq olunmuş ərizəsində birtərəfli (əqd) qaydada üzərinə öhdəlik götürmüşdür ki, evdə qeydiyyatda olan, lakin həmin evdə yaşamayan şəxslər tərəfindən tikiliyə dair gələcəkdə hər hansı iddia yaranarsa, bununla bağlı yarana biləcək mübahisəyə dair bütün məsuliyyət onun üzərinə düşür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, iddiaçının mübahisəli ünvanda yerləşən şəxsi evin sökülməsinə görə kompensasiya tələbi üzrə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cavabdeh ola bilməz. Başqa sözlə, iddia cavab verməli şəxsə qarşı verilməli olduğu halda, düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını nəticə etibarı ilə düzgün məhkəmə aktı kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadla gəlinmiş nəticənin qanunsuz və işin hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 saylı 10.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 saylı 10.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar