Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1475/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənov tərəfindən vicdanla və məsuliyyətlə işlədiyinə, 2 dəfə erməni dili kurslarına cəlb olunduğuna, sertifikatı olduğuna görə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra xidmətini Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrin birində davam etdirmişdir. 2020-ci ilin avqust ayında onunla imzalanmış bağlaşmanın müddəti (1 il 6 ay) bitmiş və onun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən raportu əsasında kadr zabit heyətinə daxil edilməsi barədə Şəxsi Heyət Baş İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Şəxsi Heyət Baş İdarəsindən xidmətinin davam etdirilməsinə müsbət rəy bildirilmişdir. 3 ilə yaxın müddətdir ki, həmin hərbi hissədə xidmət etməsinə və növbəti hərbi rütbəsinin də, verilməsinin vaxtı gəlməsinə baxmayaraq “müqavilə müddətinin bitməsi" əsası ilə Azərbaycan Respublikası Müdafiə Nnazirinin 07 yanvar 2022-ci il tarixdə 019 nömrəli əmri ilə tərxis olunmuşdur. Belə ki, orduda xidmət edən xanım zabitlər zabit kimi müddətli (1 il 6 ay) dövrü xidmət etdikdən sonra onların Orduda xidmətini davam etdirməsi məsələsi təqdimata uyğun olaraq və Silahlı Qüvvələrin komandanlığının dərkənanna əsasən könüllülük prinsipi ilə davam etdirilir və Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən kiçik zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 48 yaş həddinədək xidmət edirlər. Həmçinin Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslara xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər özarzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə halları daxildir. Göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmadan məcburən tərxis olunma halı və müddətli hərbi xidmətini uğurla başa vurmuş, eləcə də daimi hərbi xidmətə qəbul olunmuş zabitin müqavilə müddətinin bitməsi əsası ilə tərxis olunma qanunvericilikdə nəzərdə tutulmamışdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı öz ərizəsində Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının hesablanması barədə Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı X3 2017-ci il tarixdən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı N.B.Haqverdiyevə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməyinə baxmayaraq, təqdim olunmaqdan imtina etmiş, bununla bağlı akt tərtib olunaraq yuxarı komandanlığa məruzə edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən iddiaçı X3 ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”da imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır.
4. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
5. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin qeyd olunan imperativ tələbləri baxımından, könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə daxil olan iddiaçı İddiaçı cavabdeh tərəfinjdən birbaşa kadr zabit heyətinə keçirilməli olduğu halda, o, xidmət (bağlaşma) müddətinin bitməsi əsası ilə qanunun qeyd olunan tələblərinə zidd olaraq ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işdə iştirak edən şəxslər tərəfindən təqdim olunmuş, habelə məhkəmənin öz təşəbbüsü ilə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallara və qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin məhkəmə əmri təhlil etmədən, zəruri sənədləri əldə etmədən, onunla aparılmış söhbətlərə və hərbi həkim komissiyasına göndərilməsindən imtinasına əhəmiyyət vermədiyini mübahisələndirilən dəlilləri əsassızdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2022ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsini İPM-nin 38.1-ci maddəsinin tələbləri baxımından yoxlamamış, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. 37. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin də adından göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır. 38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması fərqləndirilmiş, hətta İPM-nin 38.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. 39. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərini İPM-nin 38-ci maddəsinin tələbləri çərçivəsində yoxlamalı olduğu halda bunu etməmiş, cavabdehin məhkəməyə iddia verilməsi müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız olaraq, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinə uyğun yoxlamışdır əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan sübutlara istinad etməmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
f) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun
36.1.4-cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. Həmin Qanunun 36-cı maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər.
16.“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
58. “Leytenant” hərbi rütbəsi verilir: ......... z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara; .........
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. İşin faktiki halı Azərbaycan Respublikasının müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsindən ibarətdir.
27. İşə əlavə olunmuş şəxsi vəsiqəsinə və əmək kitabçasına əsasən müyyən olunur ki, iddiaçı: - xx.xx.2009-xx.xx.2010-cu illərdə tarixdə Antiinhisar Dövlət Xidmətinin “Təbii inhisarların və dövlət inhisarında olan xidmətlərin tənzimlənməsi” şöbəsinin “kommunal və dövlət inhisarında olan xidmətlər” sektorunun böyük mütəxəssis-inspektoru vəzifəsində çalışmış, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, Təbii inhisarların və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsinə böyük mütəxəssis - inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə struktur dəyişikliyi ilə bağlı Xidmətin Maliyyə və Təminat Şöbəsinin böyük mütəxəssis-inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissədə referent dövlət qulluğu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci İdarəsində məsləhətçi dövlət qulluğu vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmişdir. - xx.xx.2018-ci il tarixdə “Region” X1 aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə həqiqi hərbi xidmətə qəbul olunduğuna görə əmək müqaviləsinə xitam verilmişdir . - xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə görə 19 may 2020-ci il və 25 iyun 2021-ci il tarixlərdə “Region” X2 rəisi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. - “erməni dili üzrə səviyyə imtahanı”nı keçdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən sertifikatlar əldə etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən 06 iyul 2022-ci il tarixli 0165 nömrəli məktubu ilə təqdim edilmiş şəxsi işinə (i.v.39. Zərfdə paketdə (19 vərəqdə)) əsasən iddiaçı: - Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5- ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ilkin “Leytenant” hərbi rütbəsi verilməklə Azərbaycan Ordusunda “bağlaşma” əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş: -“Region” X2 47 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Region” X2 3-cü bölməsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş; - “Region” X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmiş; - N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün vəsatət qaldırılmış N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixdə vəsatət qaldırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəzifəsindən leytenant rütbəsində “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Daha sonra “Region” X6 rəisinin 44 nömrəli 25 fevral 2022-ci il tarixli əmrinə əsasən Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) maddəsinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 25 fevral 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Binəqədi rayon İdaəsinə göndərilmiş, müdafiə nazirinin 19 oktyabr 2018-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2022-ci il üçün nəzərdə tutulmuş bidəfəlik pul mükafatını tam həcmdə 2022-ci ilin fevral ayı üçün almağalayiq hesab edilmiş, 2022-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, 2022-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmiş, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir.
28. Bundan əlavə, birinci instansiya məhkəməsinin ikinci bir sorğusuna əsasən Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının ehtiyata buraxılmasına əsas olmuş sənədlərə əsasən aşağıdakı məlumatlar əldə olunmuşdur: - xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri ilə iddiaçı arasında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətləşmə aparılaraq, ona ehtiyata buraxılmasının səbəbləri izah edilmiş və buna münasibəti soruşulduqda, iddiaçı ehtiyata buraxılmasına etiraz etmiş, Azərbaycan Ordusunda qalıb xidmətini bu və ya müvafiq digər hərbi hissədə davam etdirmək istədiyini, zabit kimi müvəqqəti hərbi xidmətini (1 il 6 ay) 2020-ci ilin avqust ayında başa vurduğunu, həmin dövrdən zabit kimi qalıb xidmətini davam etdirməyə icazə verildiyini, ümumi xidmət dövründə nümunəvi xidmət etdiyini, dəfələrlə fəxri fərman və təşəkkürnamə aldığını, tabe olduğu rəis və komandirlərin tapşırıqlarını vicdanla icra etdiyini, hazırda ərinin işsiz olduğunu, eləcə də, himayəsində 2 azyaşlı övladının olduğunu və kirayədə qaldığını nəzərə alaraq xidmətini davam etdirmək arzusunda olduğunu, qəflətən, xəbərdarlıq edilmədən təxris edilməsi ilə bağlı təxris qərarı ilə razı olmadığını bildirmiş; - hərbi qulluqçu kimi xahişi, ailə vəziyyətini və işə olan sevgisini nəzərə alaraq onun işdə qalıb bu və ya digər hərbi hissədə (Bakı qarnizonu) xidmətinin davam etdirilməsinə köməklik göstərilməsi, erməni dili mütəxəssisi kimi 2 kurs keçməsi, stanaq sertifikatının olması, ailə vəziyyətinin nəzərə alınması olmuşdur. – əlavə olaraq qəflətən xidmətdən uzaqlaşdırılmasının onda suallar doğurmasına və bunun qərəzli olduğunun şəxsinə yönəlmiş olduğuna onda şübhələr olduğunu, bütün qadın hərbi qulluqçuların onun durumunda olmasını, yəni kadr zabit heyətinə daxil olmadan xidmətlərinə davam etdirilməsinə icazə verilməsini xahiş etmişdir. - bununla bağlı söhbətləşmə vərəqəsi tərtib edilmiş xx.xx.2021-ci il tarixdə xidmət müddətinin başa çatmasına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə təqdimat qaldırılmışdır. N nömrəli hərbi hissənin komissiyasının üzvləri tərəfindən tərtib və təsdiq edilmiş 10 nömrəli 13 dekabr 2021-ci il tarixli akta əsasən İddiaçı olunmuş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir.
29. Əvvəla qeyd edilməldir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsini İPM-nin 38.1-ci maddəsinin tələbləri baxımından yoxlamamış, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.
30. Məhkəmə kollegiyası yuxarı instansiya məhkəməsinin göstərişinə uyğun olaraq araşdırma həyata keçirmiş və müəyyən edilmişdir ki, məhkəmədə iddia qaldırma müddəti buraxılmamışdır və bununla bağlı iddianın mümkün sayılmamasına dair cavabdehin dəlili əsassızdır.
31. Belə ki, mübahisələndirilən 7 yanvar 2022-ci il tarixli əmrdən verilən iddia ərizəsi 28 mart 2023-cü il tarixdə göndərildiyi tarixə qədər 30 günlük müddət keçməmişdir. Apellyasiya məhkəməsində icraatı zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı mübahisələndirilən əmrin elan olunduğu tarixi və buna dair sübutların tədqim edilməsini tələb edilmişdir.
32. Sübutetmə vəzifəsi üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan tərəfindən buna dair heç sübut məhkəməyə təqdim edilməmişdir.
33. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatda onun qeyd edilən tarixlərdə məzuniyyətdə olduğu və məzuniyyətdən qayıtdıqdan sonra işdən azad olunduğu bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, iddiaçının məzuniyyətə göndərilməsinə dair sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli məktubla sorğu verilmişdir.
34. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 7 yanvar 2022-ci il tarixli əmrlə işdən azad edildiyi halda xx.xx.2022-ci il tarixində məzuniyyətə göndərilmiş, məzuniyyətin başa çatdığı dövrdə isə şikayətlə müraciət etmişdir. Belə ki, iş materiallarına əsasən “Region” X2 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli əmrində iddiaçının 11 yanvar tarixindən məzuniyyətə getmiş hesab edildiyi qeyd edilmişdir.
35. İş materiallarına əsasən iddiaçının məzuniyyətlə bağlı “raport”unun və yuxarı rəhbərliyinin “vəsatət”i 10 yanvar 2022-ci il tarixli olaraq (45 gün) müəyyən olunur. Belə olan halda, iddiaçı 7 yanvar 2022-ci il tarixində işdən azad olmuşdursa, 11 yanvar tarixində hansı qaydada məzuniyyətə göndərilməsi və buna dair hər hansı hüquqi əsas cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir.
36. İş materiallarından görünür ki, iddiaçı işdən azad olunduğu gündən 4 sonra məzuniyyətə göndərilmiş və növbəti ayda, yəni fevral ayında ona son-haqq hesab ödənilmişdir.
37. Həmçinin, Kollegiya qeyd edir ki, apellasiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan iddiaçının “təyinat vərəqəsinin” işdən azad olduğu tarixdən 50 gündən sonra, yəni xx.xx.2022-ci il tarixində hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilməsi ilə bağlı məsələyə aydınlıq gətirə bilməmişdir. 38.Yuxarıda qeyd edilənlərə məcmu halda Kollegiya qiymət verərək qeyd edir ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericlikdə nəzərə tutulmuş müddəti ötürməmişdir.
39. Kollegiya sözügedən inziabti aktın qəbul edilməsi zamanı yol verilmiş pozutularla bağlı aşağıdakıları qeyd edir.
40. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Müdafiə Nazirliyi sistemində xx.xx.2018-ci il tarixdə bağlaşma (müqavilə) əsasında “Region” X4 aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, fərqləndiyinə görə hətta 19 may 2020-ci il və 25 iyun 2021-ci il tarixlərdə Mərkəzin rəisi tərəfinən Fəxri Fərmanla təltif edilmiş, “erməni dili üzrə səviyyə imtahanı”nı keçdiyi üçün AR Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən sertifikatlar əldə etmiş, hətta Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ona ilkin “Leytenant” zabit hərbi rütbəsi verilməklə, Azərbaycan Ordusunda bağlaşma əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmişdir.
41. Daha sonra Region” X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmişdir.
42. Bununla yanaşı İddiaçı leytenant kimi zabit heyətinə qəbul edilsə də N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimatı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
43. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, “Leytenant” hərbi rütbəsi verilməklə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmiş və xidmətini davam etdirmək arzusunda olan iddiaçının müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
44. Belə ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit kimi həqiqi hərbi xidmətdə olduğundan, həmin Qanunun 36-cı maddəsinin Qeyd hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirildiyi halda onun xidmət müddətinin başa çatması ilə işdən azad olunması qanunsuz və əsassızdır.
45. Göründüyü kimi, mübahisə predmeti olan inzibati akt maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.
46. Kollegiya qeyd edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan iddiaçını kadr zabit heyətinə keçirdiyi halda (müddətsiz olaraq vəzifəyə təyin etdiyi halda) 7 yanvar 2022-ci il tarixli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-961/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.