Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-1476/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi Ərizəçi üçüncü şəxs1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(**)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadından ərizəçilər üçüncü şəxs1 və üçüncü şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən * saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m olmaqla, cəmi 1275 kv.m olan, * saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m olmaqla, cəmi 1905 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yaşayış binasının 4-cü bloku, 1-ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m olan, İ.Zülalov küçəsi, 19 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m olan, ünvan 1 2538 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m, həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəində, ümumi sahəsi 131.2 kv.m, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 435 kv.m həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2-1(82)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən * saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m. olan, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m. olmaqla, cəmi 1905 kv.m. olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m. olmaqla cəmi 1275 kv.m., olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m. olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 4-cü bloku, 1- ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m. olan, A.M.Şərifzadə küçəsi *** saylı ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan, ünvan 1 2538 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 596.4 kv.m. olan, ünvan 1 2538 ünvanında yerləşən yaşayış binasının 1ci mərtəbəsində, ümumi sahəsi 131.2 kv.m., olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m. olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2-1(82)- ****/**** nömrəli qərardadı ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-1(82)- ****/**** saylı ##.##.2019-cu il tarixli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2-1(82)- ****/**** nömrəli məktubu ilə ##.##.2019-cu il tarixdən qanuni qüvvəyə minmiş * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərarı icra edilməsi üçün cavabdeh2 göndərilmişdir. cavabdeh2 tərəfindən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə ünvanlanmış ##.##.2019-cu il tarixli, ************ nömrəli məktubda * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərarının icra edildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat Ərizəçi üçüncü şəxs3 ##.##.2021-ci il tarixdə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək onun * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərarı üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-1(82)- ****/**** saylı ##.##.2019cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) *-*(**)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə ərizəçi üçüncü şəxs3 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi üçüncü şəxs1 ##.##.2024-cü il tarixdə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs1 * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan narazı qalan ərizəçi üçüncü şəxs3 şikayət verərək Bakı Inzibati Məhkəməsinin ##.##.2023-ci il tarixli, 2-1(82)-2903/2019-cu il nömrəli qərardadının ləğv edilməsi, vəsatətinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-ci il tarixli, *-*(**)-****/**** saylı qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün iş Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat Bakı Inzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) *-*(**)-****/**** saylı, ## #### 2024-cü il tarixli qərardadı ilə ərizəçilər üçüncü şəxs3 və üçüncü şəxs1 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizələri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi ərizəçi üçüncü şəxs3 münasibətdə qeyd etmişdir ki, hazırkı halda iş üzrə yuxarıda sadalanan müqavilələr, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş hallar onu deməyə əsas verir ki, ərizəçi üçüncü şəxs3 iddia etdiyi 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı ##.##.2017-ci il tarixli və ##.##.2017-ci il tarixli alqı satqı müqaviləsi bağladıqdan sonra qısa müddətdə MMC tərəfindən onun sahibliyində 650 kv.m sahənin tam ölçüdə ona təqdim edilmədiyini və həmin ölçüdə qeyriyaşayış sahəsinə sahib olmadığını bilirdi. Bunu bilməyinin göstəricisidir ki, üçüncü şəxs3 həmin müqavilələri rəhbər tutub ##.##.2020-ci ildə Bakı Inzibati Məhkəməsində iddia qaldıraraq 650 kv.m ölçüdə olan sahəyə deyil, 480 kv.m sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Hətta məhkəmə qərarı 480 kv.m ölçüdə qeydiyyatla bağlı olsa da qərarın icrası gedişində üçüncü şəxs3 sahibliyində yalnız 303 kv.m ölçüdə olan sahəni inzibati orqana qeydiyyata almaq üçün naturada təqdim etmiş və 303 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının rəsmiləşdirilməsi üçün ərizəçi yenə həmin “xxxx” MMC –nin eyni rəhbərliyi ilə yeni bir müqavilə##.##.2020-ci il tarixdə payın verilməsi barədə müqavilə bağlamış, nəticə etibarı ilə 303 kv.m ölçüdə sahəyə dair müqavilə imzalayaraq qeydiyyat orqanına təqdim etmişdir. Göründüyü kimi ərizəçi üçün hüquqlarının pozulduğunu bildiyi vaxt və bilməli olduğu vaxt tarixləri demək olar ki, eyni vaxta təsadüf edir. Ərizəçi isə qeyd edilən vaxtdan ən tezi Bakı Inzibati Məhkəməsində əsas iddia ilə müraciət etdiyi ##.##.2020-ci ildən hesablandıqda 1 il 03 ay sonra, ən geci MMC ilə sonuncu dəfə müqaviləni bağladıqdan - ##.##.2020-ci il tarixdən hesablandıqda isə 9 aydan sonra ##.##.2021-ci il tarixdə hazırkı üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, hətta ərizəçi üçün qeyd edilən müddət məhdudiyyətinin tətbiq edilməməsi belə hazırkı halda ərizəçinin qərarın ləğvi və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsinə bilavasitə əsaslar vermir. Hazırkı iş üzrə İddiaçı mülkiyyət hüququnun qeydiyyatına dar qanuni qüvvəsini almış inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar olsa da, həmin qeydiyyatın kökündə əmlaka olan əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər müqavilə, maliyyə arayışı dayanır. Ərizəçi üçüncü şəxs3 ərizəsinin hüquqi əsası kimi hüquqmüəyyənedici sənəd qismində 3 ədəd fərqli müqavilələri təqdim etmişdir. Eyni əmlaka dair isə bir neçə şəxsin adına bir neçə fərqli müqavilələrin olması həmin müqavilələrdən yalnız birinin etibarlı hüquqmüəyyənedici sənəd qismində tanınmasını zəruri edir. Hazırkı iş üzrə eyni əmlakla bağlı həm İddiaçı adına bağlanmış müqavilə, həm də üçüncü şəxs3 MMC ilə bağlanmış 3 ədəd fərqli müqaviləsi mövcuddur və həmin müqavilələrdən hansının etibarlı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı müəyyən edilməyincə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın hansı mülki müqavilə əsasında daşınmaz əmlaka mülkiyyət hüququnu qeydiyyata almalı olması və inzibati icraata nəzarəti həyata keçirən inzibati məhkəmənin inzibati orqanın fəaliyyətinin qanuni olub-olmaması yoxlanıla bilməz. Ərizəçinin özünün təqdim etdiyi mülki müqavilələrin etibarlılığının müəyyən edilməsi və ya İddiaçı adına olan mülki müqavilənin etibarsızlığının müəyyən edilməsi isə mülki məhkəmə icraatının predmetidir. Ərizəçi üçüncü şəxs3 iddiaçı İddiaçı mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi olan ##.##.2017-ci il tarixli müqavilənin mülki icraat qaydasında mübahisələndirməsi hazırkı halda ərizənin təmin edilərək qərarın ləğvi və inzibati iş üzrə icraatın təzələnməsinə bilavasitə hüquqi əsas vermir. Əvvəla ona görə ki, ərizəçinin mübahisəli qeyri-yaşayış sahəsinə dair iddia etdiyi hüquq mülki müqavilədən irəli gəlir. Həmin müqavilə əsasında tələb irəli sürən üçüncü şəxs3 istinad etdiyi hüquqmüəyyənedici sənədin etibarlılığı müəyyən edilməmiş, iddiaçı İddiaçı isə adına olan müqavilənin etibarsızlığı barədə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu hissədə ərizəçi tərəfin “mülki məhkəmədə müqavilənin etibarsızlığı barədə iddiaya baxıla bilməməsinin əsası kimi qanuni qüvvəsini almış inzibati məhkəmə qərarının olması, inzibati məhkəmə qərarının qüvvədə olmasının mülki məhkəmədə işə baxılmasına mane olması” kimi mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, mülki məhkəmə icraatında müqavilənin etibarsızlığı ilə bağlı hallar yoxlanıldığı halda, həmin mübahisələndirilən müqavilə əsasında inzibati məhkəmə icraatında mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət verilir. Dolayısı ilə iddiaçı İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinin əsasında qeyriyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi MMC ilə iddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə dayanır və həmin müqavilənin etibarsızlığı hazırkı halda Nizami Rayon Məhkəməsində mübahisələndirildiyindən sözügedən mülki iş üzrə gəlinəcək hüquqi nəticə Bakı Inzibati Məhkəməsinin icraatında olmuş inzibati iş üçün gələcəkdə preyudisial əhəmiyyət kəsb edə bilər. Bu preyudisiallıq ondan ibarət olacaqdır ki, qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin etibarsızlığı müəyyən olunduğu təqdirdə bu hal hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə və qərarın ləğv edilməsi, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə ərizə təqdim edilməsinə rəvac verə bilər. Başqa sözlə, nə qədər ki, hazırkı mübahisənin əsasında MMC ilə iddiaçı arasında bağlanmış müqavilə durur və mülki məhkəmə icraatında həmin müqavilənin etibarlılığı mülki qanunvericiliyin tələbləri əsasında yoxlanılıb hüquqi qiymət veriləcəkdir, bu halda inzibati məhkəmə icraatında qərarın ləğvi, icraatın təzələnməsi ilə bağlı ərizənin təmin edilib-edilməməsi məsələsi mülki məhkəmə üçün müqavilənin etibarlılığı ilə bağlı mübahisənin həllində müvafiq hüquqi nəticəyə gəlinməsini istisna edə bilməz. Əksinə, hazırkı halda mülki məhkəmədə üçüncü şəxs3 iddiası üzrə istinad etdiyi mülki müqavilələr əsasında hüququnun müdafiəsinin baş tutmadığı və iddiaçı İddiaçı aid müqavilənin etibarsızlığının tanınmadığı halda inzibati məhkəmə icraatının əsassız olaraq təzələnməsi, yenidən iddiaya mahiyyəti üzrə baxılması, yeni yekun məhkəmə aktının qəbul edilməsi, hər bir halda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə bağlı baş vermiş hüquqi nəticələrin dəyişdirilməsi və s. kimi əlavə prosessual hərəkətlərin edilməsini əbəs yerə zəruri edəcəkdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizəçinin hüquqlarının müdafiəsinin mülki məhkəmə icraatında yekun nəticə ilə nəticələnməməsi halı da hazırkı halda * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2-1(82)- ****/**** nömrəli qərarının ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması nəticəsinə gəlməsinə hüquqi əsas vermir. üçüncü şəxs1 münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi üçüncü şəxs1 istinad etdiyi hüquqmüəyyənedici sənəd onunla “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədir. Müqavilə ilə MMC 18-24 ay müddətində tikinti işlərini başa çatdıraraq 69 kv.m olan qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş olsa da lakin həmin müqavilə şərtlərinin müqavilə tərəfi olan MMC tərəfindən pozulub-pozulmaması halı mülki hüquq müstəvisində hüquqi qiymət verilərək öz həllini tapmamışdır. Ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin əsasında MMC-nin müqavilə ilə ona vermiş olduğu və bilavasitə özünə məxsus olmayan əmlakı digər şəxsə-İddiaçı satması kimi MMC-nin qanunsuz hərəkətləri ilə bağlı dəlilləri çıxış edir ki, həmin dəlillərə hüquqi qiymət verilməsi inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında mübahisələndirilə və qiymət verilə biləcək hallardır. Başqa sözlə, ərizəçinin “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilə üzrə MMC-nin öhdəliyini icra etməməsi, müqavilə tələblərini pozması, əmlakı müqavilə ilə nəzərdə tutulmuş müddətdə ona təhvil verməməsi kimi dəlilləri həmin MMC-yə qarşı mülki məhkəmə icraatında mübahisələndirilmədiyi, MMC-nin əmlakı ərizəçiyə təhvil verməli olduğu halda müqavilə öhdəliyini pozması və ərizəçinin müqavilədən irəli gələn tələb hüququnun mövcudluğu məhkəmə qaydasında öz təsdiqini tapmadığı sürəcə ərizəçinin istinad etdiyi dəlillər hazırkı inzibati məhkəmə qərarının ləğvi və icraatın təzələnərək işə onun iştirakı ilə baxılmasına bilavasitə hüquqi əsas vermir. Ərizəçinin MMC-yə, İddiaçı qarşı müqavilənin etibarsızlığı ilə bağlı Nizami rayon məhkəməsində iddia qaldırması hazırkı halda üçüncü şəxs1 qərarın ləğv edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qoşulmasını zəruri etmir. Yuxarıda da qeyd edildiyi kimi, mülki müstəvidə yekun həllini tapmamış mübahisə inzibati məhkəmə icraatı üçün preyudisial deyildir və mülki qaydada öz təsdiqini tapmamış hüquq icra edilmiş məhkəmə qərarının ləğvinə və ondan irəli gələn əlavə prosessual hərəkətlərin icrasına əsas verə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə ərizəçi üçüncü şəxs1 üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin ağlabatan müddətdə vermədiyi də müəyyən olunur. Belə ki, ərizəçinin istinad etdiyi müqavilə ##.##.2018-ci il tarixli olmaqla məhkəmə iclasında həmin binanın 2018-ci ildə söküldüyünü və ona müqavilə tələbinə uyğun 18-24 ay ərzində binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi veriləcəyini və qeyri-yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı ilə təmin edilməli olduğu halda 3 ildən artıq müddətdir ki, (hazırkı tarixədək) ona müvafiq kirayə haqqının verilmədiyini bildirmişdir. Lakin iş materiallarından o da müəyyən olunur ki, ərizəçi müqavilə tələbinin bilavasitə MMC tərəfindən pozulduğunu, ən azından ona aylıq kirayə haqqının ödənilmədiyini, MMC-nin təhvil işlərini gecikdirdiyini, binanın sonrakı mərtəbələrinin inşasını gözləmədən tikintisi başa çatmış birinci mərtəbədən 69 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb etmək imkanı olduğunu bildiyi (bilməli olduğu) halda hüququn pozulduğu vaxtdan (ən azı icarə haqqının verilmədiyi 3 il əvvəldən-2020-ci ildən etibarən) keçən müddət ərzində qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı MMC-yə və ya İddiaçı qarşı hər hansı iddia qaldırmamışdır. Beləliklə, hazırkı iş üzrə ərizəçi hüquqlarının pozulduğunu bilməli olduğu vaxtdan 3 ildən çox müddət keçdikdən sonra yalnız ##.##.2024-cü ildə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin qərardaddan narazı qalan üçüncü şəxs1 apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxs1 * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, digər ərizəçi üçüncü şəxs3 Bakı Inzibati Məhkəmənin 2- *(**)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilib, ərizəçi üçüncü şəxs3 üçüncü şəxs qismində işə cəlb edilməsi və sözügedən qərarın ləğv edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və E.Ə.Əliyev) ərizəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi Bakı Inzibati Məhkəməsinin 2-1(82)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Ərizəçi üçüncü şəxs1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsi, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- *(**)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi üçüncü şəxs3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *- *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsinin, Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, 22- *(**)-****/**** saylı qərardadını ləğv edib, 3cü şəxs qismində işə cəlb edilməsi və sözügedən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və ya şikayətə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat: AR Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. IPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsində işin predmeti olan məsələlər mübahisələndirildiyindən, hazırkı işin obyektiv həlli üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin məsələyə hüquqi qiymət verməsi vacib olduğundan, yeni apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan işin hazırkı vəziyyəti öyrənilməli, həmin mülki iş üzrə iddianın predmetinin əsasını təşkil edən faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması araşdırılmalıdır. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əsasən bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 “çıxarışın verilməsi” tələbi üzrə inzibati işə dair * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərarı üzrə ərizəçilər üçüncü şəxs3 və üçüncü şəxs1 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)- ****/**** saylı ##.##.2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizələri üzrə icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı üçüncü şəxs1 cavabdehlər X1, İddiaçı və “xxxx” MMC-yə qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair *(***)-***/**** saylı və iddiaçı üçüncü şəxs3 cavabdehlər İddiaçı, “xxxx” MMC və üçüncü şəxs2 qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. ##.##.2026-cı il tarixdə ərizəçi üçüncü şəxs1 tərəfindən dəftərxana vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq tərəflər arasında barışıq sazişi imzalandığından apellyasiya şikayətinin geri götürülməsi, ona aid olan hissədə apellyasiya icraatı üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. ##.##.2026-cı il tarixdə isə digər ərizəçi üçüncü şəxs3 nümayəndəsi və vəkili nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq 3-cü şəxs qismində cəlb edilməsi ilə bağlı şikayətdən imtina etdiyini və həmin iş üzrə şikayətin qaytarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmiş və məhkəmə iclası ## #### 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi üçüncü şəxs1 ərizəni müdafiə etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və digər ərizəçi iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçı, digər ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, ərizəçilərin şikayətin geri qaytarılması barədə ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək apellyantın hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadından ərizəçilər üçüncü şəxs1 və üçüncü şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılmasına dair ərizələr təmin edilsin və apellyasiya icraatına xitam verilsin. Ərizəçilər üçüncü şəxs1 və üçüncü şəxs3 izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Ceyhun Məmmədov Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-1476/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1476/2025
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver