Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1479/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-602/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-602/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümümi və güzəştli iş stajının arxiv sənədləri əsasında üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçı ilə işləmiş iki şəxsin (Cümşüd Teyyubov və Nəriman Mirzəyev) pensiya işinə baxış keçirərək bu nəticəyə gəlmişdir ki, onlara pensiya təyin edilibsə, iddiaçıya da təyin edilməlidir. Lakin bu zaman iki məqamı nəzərə almamışdır: Birincisi həmin şəxslərə pensiya təyin edilməsi hələ iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir. İkincisi həmin şəxslərin pensiya işlərinin içərisində sənəd var ki, Mülki tikinti idarəsi: noyabr 2003-cü ildən etibarən öz işçilərini ödənişsiz məzuniyyətə göndərib. Belə bir əhəmiyyətli hala nədənsə məhkəmə hüquqi qiymət verməmişdir. Cünki, iddiaçı xx.xx.1992-xx.xx.2006-cı illərdə iş icraçısı peşəsində çalışdığını, bu peşənin güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verən peşə olduğunu iddia edir. İddia ərizəsində xx xxxxxx 2006-cı ilədək 13 il 01 ay 18 gün güzəştli iş stajının olduğunu qeyd edib, məhkəmə isə, xx xxxxxx 2006-cı ilədək iddiaçının 13 il 11 ay 16 gün güzəştli iş stajına malik olduğunu göstərib. Pensiya işlərindəki sənədlə təsdiq edilib ki, xx xxxxxx 2003-cü ildən etibarən iddiaçının çalışdığını iddia etdiyi idarə işçilərini ödənişsiz məzuniyyətə göndərib, yəni fəaliyyət göstərməyib. Deməli, məhkəmənin məntiqi ilə, xx.xx.1992-xx.xx.2003-cü illərdə iddiaçının iş icraçısı vəzifəsində çalışmasını qəbul etmək olardı ki, bu halda belə, güzəştli iş stajının 12 il 6 aydan az etdiyi ortadadır. Göründüyü kimi, məhkəmə ƏPQ-nin 9.8-ci maddəsini və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin b) bəndini hazırki mübahisəyə tətbiq etməklə açıq maddi hüquq pozuntusuna yol verib. Məhkəmənin, iddiaçının zərərli peşədə çalışdığı dövrdə məlum Qaydaların qüvvədə olmamasına dair dəlili də yersizdir. Güzəştli arayışın təqdim edilməsi, hər şeydən öncə, ƏPQ-nin tələbidir. Belə ki, 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Adlı çəkilən Qaydalar bu sənədlərin dairəsini müəyyənləşdirir. Şəxs müvafiq müraciətinə/ərizəsinə Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir: şəxsiyyətini təsdiq edən sənədin surəti; ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göründüyü kimi, məlum Qaydalar ƏPQ-nin 31.2-ci maddəsinə söykənməklə İdarəyə müraciət qaydasını müəyyənləşdirir. Müraciətlə bağlı qaydalar prosedur normalarıdır və şəxsin çalışdığı dövrlə heç bir əlaqəsi də yoxdur. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********7 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilən xx xxxxxxx 2019-cu il tarixli 5/1779 nömrəli məktubda ləğv olunmuş Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin 86 saylı Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.1977-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ümümi və güzəştli iş stajı arxiv sənədləri əsasında üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ondan ibarət olmuşdur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə əsasən kişilər 57 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya hüququ yaranır. Lakin, iddiaçının əmək kitabçasından görünür ki, xx.xx.2006-cı ilədək güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 406 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X5 həqiqi hərbi xidmət keçmişdir. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1977-ci ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 8 № Tikinti Trestinin 86 № Tikinti İdarəsinə suvaqçı-rəngsaz, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdə normalaşdırıcı vəzifəsində, xx.xx.1988-ci il tarixdə normalaşdırıcı mühəndis vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 86 nömrəli Tikinti İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək ülkitikinti” idarəsində iş icracısı vəzifəsində, xx.xx.2005-ci ildə “xxxx” ASC-də iş icraçısı M vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iş icraçısı vəzifələrində çalışmışdır. İddiaçının 2006-cı ilədək ümumilikdə 25 ildən çox ümumi iş stajına malik olması öz təsdiqini tapan və işin mübahisə olunmayan halıdır. İşin mübahisələndirilən halı iddiaçının xüsusi iş stajı ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh ilk növbədə inzibati icraat zamanı verdiyi imtina məktubunda iddiaçının ümumi və güzəştli iş stajının olmamasına istinad etmiş, iddiaya etirazında isə yalnız iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmamasını bildirərək bu barədə sonuncunun güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışların təqdim edilməməsinə əsaslanmışdır. Hazırki apelyasiya şikayətində isə cavabdeh güzəştli arayışla yanaşı əvvəllər təqdim etmədiyi yeni bir mövqedən çıxış edərək iddiaçının çalışdığı “Mülki tikinti İdarəsinin xx.xx.2003-cü ildən işçilərinin ödənişsiz məzuniyyətə göndərdiyini, fəaliyyət göstərmədiyini, bununla da xx.xx.1992-xx.xx.2003-cü illərdə güzəştli iş stajının 12 il 06 aydan az olduğunu bildirmişdir. Beləliklə, cavabdehin mübahisələndirdiyi birinci halla-araşdırıcı arayışın olmaması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx xxxx 2017-ci il tarixədək yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalara edilmiş 13 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın təqdim olunması göstərilməmişdir. Məhkəmə Kollegiyası tərəfindən şahid qismində dindirilmiş Bağırov Bəhruz Göyüş oğlunun ifadəsindən müəyyən edilmişdir ki, o, iddiaçının işlədiyi müəssisənin müdiri olmuş və hazırda təqaüddədir. Rəhbəri işlədiyi müəssisənin adı müxtəlif vaxtlarda Mülkitikinti idarəsi və “Mülkitikinti” İcarə İdarəsi adlandırılmışdır. 2003-cü ildə müəssisənin maliyyə vəziyyətinin ağırlığı ilə bağlı işçilərin əksəriyyətini öz hesabına ödənişsiz məzuniyyətə buraxmış, yarımçıq qalmış işlərin tamamlanması və təhvil verilməsi ilə bağlı iddiaçı əmək müqaviləsinə xitam verilənədək həmin müəssisədə işləmişdir. Müəssisəyə aid sənədlər arxivə təhvil verilməmiş və hazırda da harada olduğu barədə məlumatı yoxdur. Kommersiya qrumlarının dövlət reyestri məlumatlarından müəyyən olunur ki, Mülkitikinti İcarə İdarəsi qanuni təmsilçisi Bağırov Bəhruz Göyüş oğlu olmaqla, xx xxxx 1995-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filalının verilmiş sorğuya cavabında bildirilmişdir ki “Mülkitikinti” İcarə İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, iş materiallarından və şahid ifadəsindən müəyyən olunmuşdur ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyi müəssisə müxtəlif vaxtlarda "Mülkitikinti" idarəsi və “Mülkitikinti İcarə" İdarəsi adlandırılmış, müəssisə hazırda fəaliyyət göstərməməklə, müəssisənin fəaliyyətinə aid sənədlər arxivə təhvil verilməmiş və sənədlərin olduğu yer müəyyən edilməmişdir. Belə olan halda hazırda fəaliyyət göstərməyən müəssisədən zərərli iş barədə araşdırıcı arayışın alınması mümkün olmadığından Qaydaların həmin tələbi iddiaçıya münasibətdə tələb edilə bilməz. Həmçinin, iş materiallarından və şahid ifadəsindən müyyən olunmuşdur ki, iddiaçının işlədiyi müəssisə maliyyə vəziyyətinin ağırlığına görə işciləri öz hesablarına ödənişsiz məzuniyyətə buraxsa da, yarımçıq işlərin tamamlanması və təhvil verilməsi üçün bir qrup işçilər, o cümlədən iddiaçı onunla başlanmış əmək müqaviləsinə xitam verilənə kimi həmin müəssisədə iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İddiaçının işlədiyi “iş icraçısı” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» da “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” ilə bağlı 27-ci bölməsinin (22900000) b) “rəhbərlər və mütəxəssislər” bəndinin, (2290000b), “iş icraçıları” yarımbəndinin (2290000b—24441) vəzifələrinə aiddir. Beləliklə, göründüyü kimi iddiaçı qanunla tələb olunan güzəştli iş stajını toplamışdır.. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-602/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azad İmanov Hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1479/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1479/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver