Məhkəmə qərarları › İş №2-1(103)-1479/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1479/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1479/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam veriməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən onun və ailə üzvləri arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsiin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, xx.xx.1998-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002-xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək 2-ci Qarabağ müharibəsi ndə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə nazirin xx.xx.2021-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Onun 4 nəfər (özü, arvadı,iki övladı) ailə tərkibi var. Ona məxsus torpaq sahəsi, ev və qeyriyaşayış sahəsi yoxdur) Hal-hazırda qohum evində yaşayır. Qeyd olunanlar nəzərə alınmaqla, o,cavabdehə müraciət edərək onun mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xxərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin sonuncu 04 may 2022-ci il tarixli məktubu ilə həyat yoldaşının adına rayonda torpaq sahəsinin olması səbəğbi ilə imtina verilmişdir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» qaunvericiliyə istinadən hesab edir ki,imtina qanunsuz və əsassızdır. Cavabdehin birinci instansyia məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən nümayəndəsi X8 iddinı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləri arvadı X4, övladları X1 və X3 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: «…Məhkəmə öz qərarının əsaslandırıcı hissəsində tamamilə səhv qənaətə gələrək mənim hüquqlarımı kobud şəkildə pozan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəməsi qanunvericilyin tələblərini özü üçün düzgün aydınlaşdıra bilməmişdir. İlk növbədə mənzillə təmin olunmalarına diqqət yetirməmiş və bu zaman digər əsAslarla ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların növbəlilik qaydasında uçota götürürülərək mənzillə təmin olunmaq hüquqlarını görmək istəməmişdir. Ona görə də məhkəmənin diqqəti başqa istiqamətə yönəldərək yanlış arqument əsasında qərar qəbul etməsi absurd olmaqla qanunsuz və əsassızdır. Bir daha qeyd edir ki, 15 ildən artıq xidmət etmiş hərbi qulluqçu olaraq ehtiyata buraxılmışdır. Məhkəmə isə qərarında yanlış qənaətə gələrək qeyd edir ki, həmin qanunvericilikdə öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçuların guya mənzililə təmin olunma hüquqları göstərilməmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, Ali Məhkəmənin oxşar hüquqi münasibətləri tənzimləyən xx.xx.2021-ci il tarixli, 2-1(102)- 242/2021 saylı Qərarının 3.4- cü bəndinə əsasən, Nazirlər Kabinetinin göstərilmiş qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi fərqləndirilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Göründüyü kimi, məhkəmənin gəldiyi qənaət səhv, qəbul etdiyi qərar isə qanunsuz və ədalətsizdir. Beləliklə, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsində təsbit olunmuş mənzil uçotuna götürülmə, mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi haqqı almaq hüququm təmin edilməmiş, məhkəmənin qanunsuz qərarı məni həmin hüquqdan məhrum edir və nəticədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququm (maddə 25), sosial təminat hüququm (maddə 38), hüqüq və azadlıqların məhkəmə təminatı hüququm (maddə 60), insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı hüququm (maddə 71) kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur.” Cavabdehin apellyasiya şikayəti isə aşağıdakılarla əsaslandırılmışdır: İdiiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələbinə uyğun olmadığından müraciətinin rayon icra hakimiyyəti tərəfindən həll olunması mümkün olmamışdır. Belə ki, iddiaçının həyat yoldaşı X2 adına Şəki şəhəri, 26-cı yeni Şəki küçəsi, 6 saylı fərdi yaşayış evi və onun yeri üzrə 0.06 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş, lakin notarial qaydada təsdiqlənmiş xx.xx.2021 -ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bu səbəbdən də, vətəndaşın müraciətinin olunmasından imtina olunmuşdur. Bununla bağlı məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respiblikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin şların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri günel » beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götülmür. Mənzil Məcəlləsinin 53.1.3-cii maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nfy tirdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş ə uçota almaqdan imtinaya yol verilir. İddiaçının həyat yoldaşı tərəfindən torpaq sahəsi özgəninkiləşdirildiyi gündən 5 ildən sonra mənzil növbəsinə götürülə bilərdi. Məhkəmənin nəzərinə çatdırılır ki, imtina verilməsinə əsas, əmlak birgə nikah dövründə əldə olunmuşdur ki, bu da həmçinin, bir başa adına həmin əmlaka iddiaçının da hüquqlarının olmasına dəlalət edir. Əlavə olaraq iddiaçı özü Bakı şəhərinə qeydiyyata düşsə də, onun ünvan 1 ünvanında qeydiyyatdadırlar. Belə olan lalda iddiaçının ailə üzvlərinin onun mənzil növbəsinin ailə tərkibinə daxil olunmaları qanunsuzdur. Belə ki, Bakı şəhər X5 1988-ci il tarixli qərarı ilə təsdiq edilnıi; "‘Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətər ; şların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarf’nm 17-ci bəndinin ikinci abzasına əsasən ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı nayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşıdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən hallar nəzərə alınmamış və bununla da mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməyərək, qərar qəbul olunmuşdur.” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunmayan hissəsində də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə onun və ailə üzvlərinin mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmə qaydasında cavabdehdən tələb etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 185 №-li arayışndaan görünür ki, 1981-ci il təvəllüdlü iddiaçı xx.xx.1998-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002-xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə nazirin xx.xx.2021-ci il tarixli 01140 saylı əmrinə əsasən Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «J» bəndinə əsasən öz arzusu ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə (m.164) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərəflərin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hər iki tərəf “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə istinadən, öz mövqeyini müdfaiə edərək iddia tələblərində tam haqlı olduğunu, cavabdeh isə iddianın əsassız olduğunu sübut etməyə çalışır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4 nəfər ailə tərkibində mənzil növbəsinə götürülməsini tələb etməkdə haqlı, bununla bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, istinad olunan «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsində ümumi şəkildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata buraxılmış hərbi qulluqçuların həmin hüquqa malik olduqları təsbit olunsa da, məhz, hansı əsaslarla ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə həmin güzəştin şamil olunması göstərilməmişdir. Həmin maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsində yalnız dəqiqliyi ilə nəzərədə tutur ki, “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd aşağıdakıları qeyd etmişdir : “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərədə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Qeyd olunanlar nəzərə alınmaqla, “Hərbi qulluqçuların statusu haqqında» Qanunun qeyd olunan müddəalarının tələbləri qaydasında iddiaçının mənzil növbəsinə götürülmək hüququ birmənalı olaraq yarandığı müəyyən olunmur. Lakin mənzil qanunvericiliyinin tələbləri baxımından onun bu hüquqa malik olduğu müəyyən olunur. Belə ki, qüvvədə olan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Mənzil Məcəlləsinin qeyd olunan tələbləri baxımından, iddiaçı öz arzusu ilə ehtiyata buraxılsa da mənzil şəraitinin yaxşılaşdırılması üçün növbəsinə durmaq hüququ mövcuddur və iş materialları ilə müəyyən edilən hallar buna əsas verir. Belə ki, işə əlavə olunmuş sənədlərə (AR DİN BPQMİ-nin xx.xx.2022-ci il tarixli , Binəqədi RHB-nın M.Ə..Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, Birəqədi rayyon MKTB-nin xx.xx.2022-ci il tarixl, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktublarına, Binəqədi RHB-nın M.Ə..Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, Binəqdi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, ƏR MN Mənzil-İstimar İdarəsinin xx.xx.2021-ci il tarixli, Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, BDU nəzdində “Gənc istedadlar” liseyinin xx.xx.2022-ci il tarixli, 175 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, Az-Quality Cert MMC-nin xx.xx.2022-ci il tarixli, və s. Arayışlarına) əsasən müəyyən olunur ki, iddiaçı: - xx.xx.2021-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır və ailə üzvləri birlikdə başqa şəxsə məxsus həmin ünvanda yerləşən evdə yaşayır. Özü və arvadı Bakı şəhərində işləyir, övladları isə Bakı şəhərində orta məktəbdə oxuyurlar. Onların mülkiyyətində və ya istifadəsində nə mənzili, nə torpaq sahəsi nə də ki başqa bir daşınmaz əmlak aşkar olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqları və övladlarının oxuduqları yer üzrə yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qiymətləndirməsini və cavabdeh orqan tərəfindən iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunda mənzil övbəsinə götürülməsini zəruri edən faktiki şərtlər mövcuddur və cavabdeh tərəfindən onun növbəyə götürülməsindən imtina olunması hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda və apellyasiya şikayətində sonuncunun arvadı Ş.Abdullayevanın adına olmuş, birgə nikah dövründə əldə olunmuş Şəki şəhərində yerləşən fərdi yaşayış evinin 2021-ci il tarixdə bağışlandığını həmin vaxtdan 5 il keçmədiyini əsas tuturaq yaşayış sahəsi yaxşılaşdırmaya ehtiyacı olan şəxs kimi növbəyə götürülməsini mümkün sayın dəlilləri əsassızdır. Əsassızdır, həm də ona görə ki, 20 ildən çox həbi qullğu olan və 2-ci Qarabağ mühpribəsinin vetaranı Bakı şəhərində qeydiyyatı və işi olan iddiaçının özünə məxsus heç bir əmklakı mövcud olmamış və mövcud deyildir. Qeyd edildiyi kimi onun ailə üzvləri Bakı şəhərində yaşayır, işləyir və oxuyurlar Bu baxımdan, iddiaçının həyat yoldaşı S.Abullayevanını adına əvvəllər Şəki şəhərində mövcud olmuş hər hansı daşınmaz əmlak, onun Şəki şəhərindən kənarda, o cümlədəne Bakı şəhərində yaşadığı yer üzrə, yəni Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi qiymətləndirilməyə bilməz. Birinci instansiya məhkəməsi məhz, haqlı olaraq öz qərarında qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin mübahisələndirilən dəliləri ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi cavabdeh tərəfindən mənzil növbəsinə götürülməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənzil növbəsinə götürülənə qədər onun və ailə üzvlərinə kirayə xərcinin ödənilməsi tələbinin rədd olunmasını da əsaslı sayır. Belə ki, yuxarıda qeyd olunan əsaslarla iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Mənzil qanunvericiliyinin qeyd olunan tələblərinə uyğun olsa da, sonuncunun həmin qanunvericiliyə görə mənzil növbəsinə götürülmüş şəxsələrə kirayə xərcinin ödənilməsi ilə bağlı öhdəliyi nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçıqnın hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması da buna imkan vermir. Çünki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddənin 7ci hissəsinə əsasən “yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının “mənzil növbəsinə götürülməsi tələbi əsaslı olsa da, mənzillə təmin olunandək kirayə xərci ödənilməsini tələbində haqlı olduğu və cavabdehə qarşı həmin tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Başqa sözlə, həmin hissədə Cavabdeh tərəfindən imtina cavabı verilməsi əsasslıdır və bu imtina onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Belə ki, İPM-in 73.1-ci maddəsinin qeyd olunan tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiyanin qərarından görünür ki, məhkəmə iş üzrə çoxsaylı sübutlar toplasa da, onların təhlili aparılmamış, lakin hər bir halda məhkəmə, ümumi şəkildə həmin sübutlara düzgün hüquqi qiymət verərək, iddianın qismən təmin olunması barədə faktlar-nöqteyi nəzərəindən düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tərəflərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar