Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-148/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı1 və onun və digər iddiaçıların vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq onlara digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar xx xxxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D tikilisi və Q tikilisindən 2/4 hissəsi İddiaçı1, Q tikilisinin 2/4 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, onlara Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evi ümumilikdə A, B, D, Q, E və V tikililərindən ibarətdir. Həmin evin digər mülkiyyətçiləri X16, X12, X28 Ağa Hüseyn oğlu və X17r. Mülkiyyətlərində olan fərdi yaşayış evinin D və Q tikililəri digər tikililərdən təcrid olunmuşdur və giriş-çıxışı da ayrıdır. Hesab edirlər ki, cavabdeh tərəfindən qanuni tələbləri yerinə yetirilməmiş, əsassız olaraq onlara müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. Bunun nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, mülkiyyətlərində olan sözügedən daşınmaz əmlak üzərində sərəncam vermək hüquqlarından məhrum olmuşlar. İddiaçılar tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 9.2, 15.2, 23.1-ci maddələrinə, Mülki Məcəllənin 148.1-ci maddəsinə istinad etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2567/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1188/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və onun və digər iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, yeni apellyasiya baxışında X21, X18 və X13 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmələrini xahiş etmişlər. Həmin ərizənin məzmununda qeyd olunmuşdur ki, Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən X14 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2B-1-279 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X19 miras qalmış Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q” tikilisi üzrə ¼ hissədə İddiaçı1, 2/4 hissədə İddiaçı2 ¼ hissədə isə mərhum X14 vərəsələri - X2, X6 və X4 vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri, 12 saylı Dövlət Notariat Kontoruna göstərilən əmlaka dair qeyd olunan şəxslərin vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin verilməsinin həvalə edilməsi və Bakı şəhəri. 1-ci Nərimanov döngəsi, 15 saylı evə dair xx xxxx 2001-ci il tarixli, FM seriyalı, 005834 saylı qeydiyyat vəsiqəsində müvafiq düzəlişlər edilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması, Bakı şəhəri, 1-ci Nərimanov döngəsi. 15 saylı evin “Q" tikilisinin sahəsi 11.0 və 7.6 kv.m olan hissələrinin X2, X8, X6 və X4, həmin tikilinin digər hissələrinin isə iddiaçılar X9, X10 və İddiaçı2 istifadələrinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nm 1MK-1949/2007 saylı, xx xxxxx 2007-ci il tarixli qətnaməsi ilə Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 6K-1784 saylı, xx xxxxxxxx 2007- ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 1MK-1949/2007 saylı, xx xxxxx 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xocavənd rayon məhkəməsinin 2- 1/2005 saylı. xx xxxxxx 2005ci il tarixli qətnaməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2007-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktları nəticəsində X21, X18 və X4 mübahisəli əmlaka vərəsəlik hüququ tanınmışdır. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X21, X18 və X13 üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə hazırkı iş üzrə üçüncü şəxslər X21, X18 və X13 arasında mübahisəli tikili ilə bağlı mübahisələrə dair çoxsaylı məhkəmə aktlarının surətləri əlavə edilmişdir. Həmin məhkəmə aktlarında da X21, X18 və X4 Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı yaşayış evinin D və Q tikililərinə olan vərəsəlik hüququnun Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə tanınması və həmin məhkəmə qətnaməsinin hazırda qüvvədə olması qeyd edilmişdir. Bu əsasla hətta iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X21, X18 və X13 və digərlərinə qarşı istifadə hüquqlarına xitam verilməsinə dair iddiaları Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3272/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3272/2019 saylı, 10 apreı 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6092/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi araşdırarkən mübahisənin predmeti olan tikililərə X21, X18 və X1 hüquqa malik olmasını nəzərə almamış, iş üzrə icraata onları cəlb etməmiş və mübahisəni həmin tərəflərin iştirakı olmadan araşdıraraq hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən, cavabdehin tərtib etdiyi x xxxxxx 2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Bakı şəhəri Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 ünvanında yerləşən fərdi yaşayış evi (sonradanmübahisəli ev) paylı mülkiyyət hüququ üzrə altı payçıya məxsus olmuşdur; D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1 (iddiaçıya); Q tikilisindən 2/4 hissə İddiaçı2 (digər iddiaçıya); 1 otaq (12.3 kv.m, k/s 8,4 kv.m) X11; A və V tikilisindən 3 otağı X7; 2 otaq (23.7 kv.m, k/s 2,9 kv.m) Məmmədov Məmməd X25; 1 otaq (13,3 kv.m, k/s 8,6 kv.m) X20 məxsusdur. Cavabdehin tərtib etdiyi bölgü sxemində iddiaçıların, habelə digər payçıların payları göstərilmişdir. İş materiallarının 9-cu vərəqəsində olan cavabdeh tərəfindən təsdiq edilən bölgü sxeminin texniki pasportlara əsasən tərtib edilməsi qeyd edilmiş, texniki pasportlar məhkəmə tərəfindən tələb edilib, mülkiyyətçilərin paylarının çıxarışa uyğun tərtib edilməsi müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında mövcud olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda digər mülkiyyətçilər B.İsmayılovun adına 1 otaq və İ.Tahirovanın adına 1 otaq göstərilmiş, həmin otaqların iddianın predmetinə aid D və Q tikililəri daxilində olub-olmaması müəyyən edilməmişdir. Digər payçılar notarial qaydada təsdiq edilmiş ərizələrində birgə paylı mülkiyyətdə İddiaçı1 onların adları olmadan yeni çıxarışın verilməsinə etiraz etmədiklərini göstərmiş, lakin digər iddiaçı G.İbrahimzadəyə belə razılıq verilib-verilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə cavabdehin tərtib etdiyi bölgü sxeminin də iddiaçılarla yanaşı, digər payçılar tərəfindən imzalanmamasının səbəblərini araşdırmamışdır. Həm daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həm də bölgü sxemi cavabdeh tərəfindən tərtib edilsə də, iddiaçılara məxsus daşınmaz əmlakın ümumi sahəsi qeyd edilməmiş, məhkəmə bununla bağlı araşdırma aparmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işdə müzakirə olunan prosessual nöqsanların aradan qaldırılması məhkəmənin yardım etmək və işin hallarının obyektiv araşdırılması vəzifələrinin icrası qaydasında apellyasiya mərhələsində mümkün deyildir. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı ilə bu məsələyə qəti aydınlıq gətirərək şərh etmişdir ki, «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin «yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması» müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.» Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı natamam aparmışdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-148/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-148/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver