Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-148/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il, **********863100 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il tarixli, **********863100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 aprel 2020-ci il tarixli, **********63100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində 2019-cu il hesabat dövrü üzrə X8 hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən 04.03.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı 12.03.2020-ci il tarixində **********353600 saylı və 17.03.2020-ci il tarixində **********213000 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Həmin məktublara cavab olaraq 17.03.2020-ci il tarixində malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələri və vergi hesab fakturaları vergi orqanına təqdim etmişdir. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 30 aprel 2020-ci il tarixli, **********863100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bəyannamənin müvafiq sətirlərində qeyd olunan gəlirdən çıxılan xərclər sənədlərlə təsdiq edilməmişdir. Halbuki vergi orqanına ünvanladığı 17.03.2020-ci il tarixli cavab məktubunda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişdir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 24.09.2020-ci il tarixli **********273300 №li iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər 573.520,80 manat, vergiyə cəlb olunan mənfəət 8.839,64 manat göstərilməklə 1.767,93 manat mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (320.840,86 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (214.076,50 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabında göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (573.442,33 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (787.518,83 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (578.289,28 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 111.611,31 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 12.03.2020-ci il tarixli **********353600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2019-cu il üçün Cəmiyyətə 18.889.34 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 30.04.2020-ci il tarixli **********863100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Həmin əlaqəli məlumatlardan biri qismində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar göstərilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq hüququ vardır. Göstərilənlərdən də aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30.04.2020-ci il tarixli **********863100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ləğv olunmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki: - X5 27.09.2011-ci ildə ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış və bu barədə ona şəhadətnamə verilmişdir - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 12.03.2020-ci il tarixdə X4 ünvanlanmış **********353600 №li məktubda sonuncuya bildirilmişdir ki, onun tərəfindən 04 mart 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7- ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (320.840,86 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (214.076,50 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabında göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (573.442,33 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) qeyrirezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (787.518,83 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (578.289,28 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 111.611,31 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin (məlumatların) təqdim olunması tələb olunmuşdur: Həmin dövr üçün dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi. - İddiaçı tərəfindən 17.03.2020-ci il tarixində qeyd olunan dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələr və vergi hesab-fakturaları Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuşdur. - İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2020-ci il tarixli **********863100 saylı qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı vergi ödəyicisinin kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (320.840,86 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (214.076,50 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabında göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (573.442,33 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (787.518,83 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (578.289,28 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 111.611,31 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən 18.889,34 manat məbləgində əlavə vergi hesablanmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, vergi ödəyicisi olan iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələr və vergi hesab-fakturaları təqdim olunmasına baxmayaraq, həmin sənədləri nəzərə alınmadan iddiaçıya heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Həmin Məcəllənin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3. kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6. kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır Yuxarıda qeyd edilən normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı işin hallarından görünür ki, həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçı X4 cavabdeh vergi orqanı tərəfindən əlavə vergi məbləğinin hesablanmasına əsas vergi ödəyicisi tərəfindən ona vergi orqanının 12.03.2020-ci il tarixli **********353600 №li məktubu ilə təqdim olunması təklif edilmiş sənədlərin təqdim olunmaması olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, vergi ödəyicisi olan iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə malların (işlərin, xidmətlərin) alışını təsdiq edən e-qaimələr və vergi hesab-fakturaları təqdim olunmasına baxmyaraq, həmin sənədlər nəzərə alınmadan iddiaçıya heç bir mənbəyə istinad olunmadan əlavə vergi hesablanmışdır. Apellyasiya şikayətinin dəlillərində bildirilmişdir ki, iddiaçı tərəfindən vergi orqanına 17.03.2021-ci il tarixində təqdim edilmiş sənədlər nəzərə alınmamışdır. Vergi ödəyicisi həm gəlir vergisinin bəyənnaməsində, həm də təqdim etdiyi sənədlərdə onun tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyərinin 686223,90 manat olduğunu qeyd etmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilən bank çıxarışlarına, habelə uçot baza məlumatlarına əsasən qeyd edilən bütün məbləğin həqiqətən də ödənilməsi, yəni vergi ödəyicisinin istinad etdiyi xərclərin tam şəkildə çəkilməsi öz təsdiqini tapmır. Uçot baza məlumatlarına əsasən iddiaçı tərəfindən hesabat dövrü ərzində yalnız 573442,33 manat dəyərində malların (işlərin, xidmətlərin) alınması öz təsdiqini tapır ki, bu da vergi orqanı tərəfindən nəzərə alınaraq hesablamalarda istifadə edilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması məqsədilə 07.09.2021-ci il tarixli, 2-1(103)-1865/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında “1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30 aprel 2020-ci il tarixli kameral yoxlama qərarına əsasən 2019-cu ilin hesabat dövrü üçün hesablanmış X8 düz hesablanmışdırmı? 2. Əgər düzgün hesablanmamışdırsa, hesabat dövrü üçün hesablanmış əlavə xərclər müəyyən edilməklə hesablanmalı olan X6 məbləği nə qədər təşkil edir?” sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli, 9/6826 №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, fiziki şəxs X2 2019-cu ildə ümumillikdə malların təqdim edilməsi üzrə gəliri 330451,06 manat olaraq müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş iş materiallarına əsasən fiziki şəxsin 2019-cu ilin hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərc məbləği 347615,66 manat müəyyən edilmişdir. “Vergilərin, sosial sığorta və işsızlik sığortası haqqlarının hesablanması barədə" 30.04.2020-ci il tarixli 2/**********3100 saylı qərarla əlavə hesablanmış 18.889,34 manat məbləğində gəlir vergisinin məbləği müəyyən olunmadı. Yəni, tədqiqata təqdim edilmiş sənədlərə əsasən şəxs X2 fəaliyyəti üzrə 2019-cu ildə - 17164.60 manat zərər məbləği müəyyən edilir.” Ekspert rəyindən də göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mübahisələnidirlən qərar əsasında hesablanmış 18.889,34 manat məbləğində gəlir vergisi müəyyən edilməməklə yanaşı, qeyd edilən dövrü üzrə iddiaçının 17164.60 manat zərər məbləği müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunazidd və əsassız olaraq, iddiaçıya X8 hesablandığından mübahisələndirilən qərar ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2021 saylı, 14 aprel 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-148/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-148/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver