Məhkəmə qərarları › İş №2-1(103)-148/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-148/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-148/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhəri İcra Hakimiyyti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X16 ibarət tərkibdə, X24-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X23, 3-cü şəxs X11 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs X25 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 05 saylı xx.xx.2021-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mərhum X17 1968-ci ildə X26 ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikadan İddiaçı xx.xx.1973-cü ildə dünyaya gəlmişdir. Ailə olaraq Bakı şəhəri ünvan 3 ünvanda yerləşən yaşayış sahəsində yaşamışlar. Daha sonra tərəflər arasında rəsmi nikah pozulmuşdur. Mərhum K.D.İvlev bundan sonra ikinci dəfə X27 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan cavabdeh X21 xx.xx.2003-cü il tarixdə dünyaya gəlmişdir. Mərhum X17 X27 ilə bir gündə xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişlər. Mərhum X17 dünyasını dəyişdikdən sonra İddiaçı tələbi ilə onun adına 12 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır və bu barədə atadan bir olan qardaşı A.K.İvlevə məlumat verilmişdir. Məqsəd mərhum atasından qalan əmlakı digər vərəsə olan X22 ilə aralarında məcburi pay altında bölgüsünün təmin edilməsi olmuşdur. Eyni zamanda, vərəsəlik işinin qanuna uyğun həll olunması məqsədi ilə həm İddiaçı nümayəndəsi A.A.Səmədov, həm də 12 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, həmin mənzil balansda olduğu Mənzil Kommunal Təsərrüfat Departamentinə, 158 saylı MKİS-ə müvafiq sorğular və məktublar göndərilmişdir. Həmin məktub və sorğulara bir-birinə zidd olan və həqiqətə uyğun olmayan cavablar alınmışdır. Belə ki, 158 saylı MKİS-in rəisi R.A.Məmmədovun A.K.İvlevə verdiyi 05.11 2020-ci il tarixli 245 saylı forma 2-də qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzilin icarədarı mərhum K.D.İvlevdir və həmin mənzildə yeganə qeydiyyatda olan şəxs X8. Lakin, həm nümayəndə A.A.Səmədova xx.xx.2021-ci il tarixli, həm də 12 saylı notariusa xx.xx.2021-ci il tarixli cavablarda 158 saylı MKİS-in rəisi R.A.Məmmədov bildirir ki, qeyd olunan ünvana 158 saylı MKlS-də heç bir sənəd yoxdur. Bu da onu göstərir ki, A.K.İvlev kirayəçi kimi tanınması üçün Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət edən zaman artıq həmin dövlət qurumunda bu mənzilin mübahisə obyekti olması və 12 saylı notariat kontorunda vərəsəlik işinin açılması barədə məlumat var idi. Buna baxmayaraq Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli 05 saylı sərəncam çıxarılmışdır. (Qoşmada bunu təsdiq edən sənədlərin sürətləri təqdim olunur). Nəticə etibarı ilə A.K.İvlev və ona himayədarlıq edən M.V.Popova Bakı şəhəri İcra hakimyyətinin Mənzil-Kommunal Təssərrüfatı Departamentininə müraciət edərək, adıçəkilən mənzilə digər şəxsin də iddialı olduğunu və 12 saylı Notariat Kontorunda açılmış vərəsəlik işinin oduğunu bilə-bilə gizlədərək bildirməməklə, dövlət orqanını aldatmaqla, mənzilə iddialı İddiaçı Russiya Federasiyasında yaşadığından istifadə etməklə X12 həmin mənzilin kirayəçi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli 05 saylı sərəncamın çıxarılmasına nail olmuşlar və bunun əsasında həmin mənzilə xx.xx.2021-ci il tarixdə çıxarış rəsmiləşdirmişdir. Növbəti addımı ilə İddiaçı tam hüquqlarından məhrum etmək məqsədi ilə 3-cü şəxsə bağışlama yolu ilə özgəninkiləşdirmişdir. Beləliklə də, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur və mərhum atasından qalmış mənzil 3-cü şəxsin mülkiyyətindədir. Bu sərəncamın mübahisələndirilməsinə dair kifayət qədər əsaslar var. Belə ki, sərəncamın təsviri hissəsində onu qəbul etmiş Mənzil-Kommunal Təssərrüfatı Departamentin sədri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslandığını vurğulayır. Məlumat üçün qeyd olunmalıdır ki, həmin maddə “Evin sökülməsi ilə əlaqədar sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi qaydası” adı ilə qeyd olunub və onun mətnində: "Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir" qeyd olunmuşdur. Məlum olduğu kimi, həmin mənzilin sökülməsi barədə heç bir məlumat yoxdur və bu maddə mövcud vəziyyətdə tədbiq oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 05 saylı xx.xx.2021-ci il tarixli Sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X25 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməklə qəbul edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli, iddia təmin edilməməlidir. İddianı təmin edərkən, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarını tətbiq etməklə qeyd etmişdir ki, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Bu normanı tətbiq edən birinci instansiya məhkəməsi nədənsə, həmin Məcəllənin 68.1-ci maddəsini nəzərə almamışdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Hətta xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən də icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçı 2001-ci ildə mübahisəli mənzilin kirayəçisi olan İvlev Konstantinə qarşı məhkəmə qaydasında “mənzilin naturada bölünməsinə” dair iddia qaldırmış, iddia təmin olunduğundan mənzilin təmin olunmuş hissəsini satmış, Rusiya Federasiyasına köçmüş, həmin dövlətin vətəndaşlığını qəbul etməklə 20 ildən artıq müddətdir ki, Moskva şəhərində yaşayır. Bu isə iddiaçının kirayəçi ilə birgə yaşayan ailə üzvünün olmadığını aydın şəkildə göstərir. Bundan başqa, bir tərəfdən birinci instansiya məhkəməsinin öz qərarında Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 326 nömrəli Sərəncamını, həmin sərəncama əsasən xx.xx.2003-cü il təvəllüdlü X18 bacısı X11 himayədar təyin edillməsini qeyd etməsi, digər tərəfdən iddianı təmin edərkən göstərdiyi əsaslardan biri kimi X4 yeddi yaşının olması, fəaliyyət qabiliyyətli olmamasını göstərməsi başa düşülən deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin məcəllənin 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, həmin valideynlər məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Eyni Məcəllənin 33.6-cı maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Qeyd edilən Məcəllənin 33.7-ci maddəsinə əsasən himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui- istifadəsindən qoruyurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. İddiaçı əcnəbi vətəndaşdır, bu hal onun qanunvericiliyin tələblərinə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinə dair sosial kirayə müqaviləsinin bağlamasını istisna edir, bu isə mübahisələndirilən sərəncamın mövcud olmasını, iddiaçının hər-hansı hüququnun pozulmadığını göstərir. Belə ki, hazırki sərəncamın olmadığı halda belə, qanunvericiliyin tələblərinə görə iddiaçıya mübahisə edilən mənzillə bağlı hər-hansı hüququn yarana bilməyəcəyi aydın görünür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı və anası X26 mülkiyyət hüququ ilə onlara məxsus yaşadıqları mənzili alqı-satqı yolu ilə X15 adına rəsmiləşdirdikdən sonra onlar daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hazırda iddiaçı Rusiya Federasiyası, Moskva şəhəri, Orexovıy Bulvar, ev 51, mənzil 134 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq orada yaşayır. Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə (keçmiş 6-cı Xreptovıy küçəsi) yerləşən 34/1 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli, 05 saylı sərəncam verilərkən qeyd edilən mənzil dövlət mənzil fondunun növünə aid olduğundan İddiaçı həmin mənzilə heç bir əmlak hüququ olmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi- bulluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. İddiaçı (01 oktyabr 2009-cu ildən əvvəl) Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən bölgüsü aparılmaqla istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi,523-cü məhəllədə yerləşən 34/1 saylı mənzili yuxarıda adı göstərilən şəxsə satdıqdan sonra 16 sentyabr 2002-ci il tarixdə (20 ilə yaxın müddətdir) qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Belə olduğu halda, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə İddiaçı daimi yaşamaq üçün başqa yerə köçdüyündən, hətta məhkəmə qətnaməsi ilə mənzilin bölgüsü aparılmasa belə, həmin mənzillə bağlı bütün hüquqlarını itirmişdir. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən 34/1 saylı mənzillə bütün hüquqlarını itirməsi səbəbindən həmin mənzillə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş 05 saylı sərəncam üzrə inzibati icraata maraqlı şəxs qismində cəlb edilə bilməzdi. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş 05 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metrolan 1 otaqlı 34/1 saylı evin kirayə müqaviləsi qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əməl edilməklə himayəçisi X11 iştirakı təmin edilməklə X13 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Bu sərəncamın qəbulu zamanı həmin mənzilə heç bir hüququ olmayan fəaliyyət qabiliyyətli İddiaçı qanuni mənafeyinə heç bir xələl yetirilməmiş və onun mənzil hüququ pozulmamışdır. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı müraciəti əsasında Bakı şəhəri 12 saylı notariat ofisində onun adına xx.xx.2020-ci il tarixli vərəsəlik işi açılmışdır. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllə, 34/1 saylı ev dövlət mülkiyyətində olduğundan və mərhum X3 kirayəsinə verildiyindən, yəni mülkiyyətində olmadığından ölümündən sonra istifadəsində olan ev mirasın kütləsinə daxil edilə bilməzdi. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, ətək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Hətta xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasəndə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İş üzrə maraqlı şəxs olan X21 doğulduğu tarixdən (xx.xx.2003-cü ildən) hal-hazıradək qeyd edilən ünvanda yerləşən mənzildə yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Birinci instansiya məhkəməsi işə birtərəfli baxmış, iddia tələbi üzrə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparmamış, bizim təqdim etdiyimiz sübutlara düzgün hüququ qiymət verməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X31 hər iki apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. 3-cü şəxs X11 vəkili Vəkil3 hər iki apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaq 3-cü şəxslər X21 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslər X12 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı hazırki işdə 3-cü şəxs qismində cəlb olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ünvan 7/1 evin kirayəçisi olmuş X9 adına digər ailə üzvü olan qızı İddiaçı müraciəti əsasında Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işinin açılması ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Komunal Təsərrüfatı Departamentinə İddiaçı nümayəndəsi tərəfindən ünvanlanmış məktubla məlumat verilməsinə, cavabdeh inzibati orqanın ünvan 7/1 evin kirayəçisi olmuş X9 digər ailə üzvünün olmasına, həmçinin vərəsəlik işinin açılmasına və həmin mənzilə dair mülki mübahisənin olmasına baxmayaraq, İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməməsilə mübahisələndirilən sərəncamın qəbul edilməsinə müvafiq qanunvericilikdə maraqlı şəxsin icarədar hesab edilməsi və ya kirayəçi kimi tanınmasının tələb edilməsi üçün kirayəçi ilə birikdə yaşamasından və ya xarici ölkə vətəndaşı olmasından asılı olmayaraq mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılığının tələb edilməsinə, həmçinin fəaliyyət qabiliyyətli şəxsin özünün kirayəçi kimi tanınmasını tələb etmək hüququnun olmasının müəyyən edilməsinə, lakin cavabdeh inzibati orqan tərəfindən fəaliyyət qabiliyyətli ailə üzvünün razılığının alınmasının zəruri bilinməməsinə, bununla da cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbləri gözlənilməməklə yanaşı, müvafiq sahəni tənzimləyən maddi hüquq normalarının tələblərinin də pozulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan 140 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı mənzil X33 ayrılmışdır. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil Komunal Təsərrüfatı İdarəsinin xx.xx.1996-cı il tarixli məktubundan görünür ki, X30 vəfatı ilə əlaqədar ona ayrılmış mənzil onun oğlu X9 adına keçirilmişdir. 1968-ci ildə X26 ilə X17 arasında nikah bağlanılmış və bu nikahdan 1973-cü ildə qızları İddiaçı doğulmuş, 1983-cü ildə İvleva Lyudmila ilə İvlev Konstantin arasında bağlanılmış nikah pozulmuşdur. Yasamal rayon Məhkəməsinin 2-348/2001 saylı qətnaməsindən görünür ki, ünvan 5 ünvanda yerləşən 2 otaqlı ümumi sahəsi 48,0 kv.m olan 20,0 kv.m və 10,0 kv.m iki yaşayış otağı, 4,0 kv.m mətbəx, 5,0 kv.m dəhliz, 4,0 kv.m hamam, 1,0 kv.m tualet və şüşəbənddən ibarət mənzil X26, İddiaçı və X17 arasında bölünmüş, sözügedən qətnamə xx.xx.2001-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra X26 ünvan 6 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m. olan yaşayış evini X2 və bu barədə tərəflər arasında xx.xx.2002-ci il tarixli 156766 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə xx.xx.2002-ci il tarixdə Bakı şəhəri 28-ci dövlət notariat kontorunun notariusu N.L.Qafarov tərəfindən təsdiq olunmuşdur. Daha sonra X1 Nina Konstantinovna ilə yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər. X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və İddiaçı müraciəti əsasında onun adına xx.xx.2020- ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Yasamal Rayon İcra Hakimiyyətinin 326 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı ilə xx.xx.2003-cü il təvəllüdlü X12 atası X9 və anası X14 vəfat etməsi ilə bağlı azyaşlı olan X18 mülkiyyətlərinə hüququ olmadan bacısı X25 himayədar təyin edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentin xx.xx.2021-ci il tarixli 05 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayə müqaviləsi X13 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 7, mənzil 1 X12 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X21 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 1 saylı mənzili bacısı olan X19 hədiyyə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 7, mənzil 1 X11 xüsusi mülkiyyətindədir. Beləliklə, iş üzrə müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin 2-348/2001 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanda yerləşən 2 otaqlı ümumi sahəsi 48,0 kv.m olan 20,0 kv.m və 10,0 kv.m iki yaşayış otağı, 4,0 kv.m mətbəx, 5,0 kv.m dəhliz, 4,0 kv.m hamam, 1,0 kv.m tualet və şüşəbənddən ibarət mənzil olaraq X26, İddiaçı və X17 arasında bölünmüş, bundan sonra X10 məxsus ünvan 8 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m. olan yaşayış evini X20 notariat qaydada satmış və daimi yaşamaq üçün qızı İddiaçı ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Bununla da iddiaçı məhkəmə qətnaməsi ilə hüququ olan mənzil (20 kv.m. hissə) anası tərəfindən notariat qaydada özgəninkiləşdirildiyindən onun mənzilə hüququ itirilmişdir. O ki qaldı adı çəkilən 34 saylı evin 10 kv.m. olan yaşayış sahəsi ilə bağlı vərəsəlik açılarkən iddiaçının həmin vərəsəliyə dəvət olunmamasına və cavabdeh inzibati orqanın həmin əmlakı qanunsuz olaraq X12 adına keçirilməsi ilə bağlı sərəncam verməsinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla adı çəkilən 34 saylı evin mübahisələndirilən 10 kv.m. olan yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla, öldüyü məqamadək X9 mülkiyyətində olmamışdır, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə də daxil olmamışdır. İş materiallarından da görünür ki, İddiaçı cavabdehlər X25 və X7rşı cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması, həmin mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası həmin müqavilə və çıxarış İddiaçı hüquqlarını pozmadığından və maraqlarına toxunması müəyyən edilmədiyindən rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdu ki, Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanda yerləşən mənzillə bağlı Birliyə heç bir rəsmi məlumat daxil olmamışdı, qeyd olunan ünvanda yerləşən sıxlaşdırılmış mənzilin bir hissəsi xx.xx.2002-ci il tarixli qeydiyyat vərəqəsi ilə X15 adına rəsmiləşdirilmiş, digər dövlət mənzil fonduna aid 1 otaqlı 10 kv.m. olan hissəsində isə X21 2003-cü ildən qeydiyyatda olmaqla yaşayır. X21 Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Sərəncamla adı çəkilən mənzilin kirayə müqaviləsi X13 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. A.İvlevin adına yeni şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmçinin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırki işdən görünür ki, 3-cü şəxs olan X21 doğulduğu tarixdən (xx.xx.2003-cü ildən) hal-hazıradək qeyd edilən ünvanda yerləşən mənzildə yaşayır. İddiaçı isə həmin mənzilin 20 kv.m. yaşayış sahəsinə hüququ məhkəmə qətnaməsi ilə vaxtilə yaransa da, həmin hüququnu məhz həmin yaşayış sahəsinin anası tərəfindən satılması ilə bağlı itirmişdir. İddiaçı mərhum atasında qalan və məhkəmə qətnaməsi ilə atasına aid edilmiş 10 kv.m. yaşayış sahəsinə hüququnun olduğunu o zaman iddia edə bilərdi ki, həmin sahə dövlət mənzil fonduna aid olmamaqla yanaşı, həm də iddiaçı həmin yaşayış sahəsində mərhumla birlikdə yaşayıb, birgə təsərrüfat aparardı. Lakin hazırki işdən bu kimi hallar müəyyən olunmur. Əksinə, işdən görünür ki, iddiaçı onun anası tərəfindən onlara məxsus 20 kv.m. yaşayış sahəsi başqa şəxsə satıldıqdan sonra onlar (iddiaçı ilə anası) yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər, mərhum atası isə öldüyü günədək məhz bu iş üzrə 3-cü şəxslər olan övladları ilə ona məxsus 10 kv.m. yaşayış sahəsində yaşamış və öldükdən sonra da oğlu Andrey Konstantinoviçin müraciəti əsasında onu cavabdeh inzibati orqan mənzilin kirayəçisi hesab edərək bu barədə sərəncam vermişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamışdır. O ki qaldı iddiaçının “cavabdeh inzibati orqanın yetkinlik yaşına çatmayan şəxsə münasibətdə sərəncam qəbul etməsinin qanunsuz olması” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncam qəbul edilərkən yetkinlik yaşına çatmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş himayədarı (bacısı) olmuşdur. Odur ki, qeyd olunan dəlil özü də iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğunu və işə mahiyyəti üzrə baxılmasının mümkün olduğunu təsdiqləmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə qeyd olunan hallar mövcud olmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti və 3-cü şəxs X25 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti və 3-cü şəxs X25 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar