Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-148/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2730/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Təhsildə X1rşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universiteti tərəfindən iddiaçıya verilmiş 25 may 2018-ci il tarixli, B18 seriyalı 019434 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qeyri-qanuni hesab edilməsi, diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…2012-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətində işləyir, baş leytenant rütbəsindədir, hazırda Azərbaycan Respublikası FHN-nin Xətai rayon X3 hissəsində yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində xidmət edir. 2013-cü ildə Nazirliyin göndərişi əsasında Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Ukrayna Milli Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinə daxil olmuş, 2018-ci ilin may ayında həmin Universiteti “Yanğın təhlükəsizliyi eksperti” ixtisası üzrə bitirmişdir. Bu barədə ona Bİ8 seriyalı, 019434 nömrəli bakalavr diplomu və ******* nömrəli diploma əlavə verilmişdir. Hər iki sənəd Ukrayna Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına müvafiq olaraq Apostil vurulmaqla təsdiqlənmişdir. Universitetə daxil olduqdan sonra imtahan sessiyasında iştirak etmək üçün çağırışlara əsasən iddiaçıya AR Fövqaladə Hallar Nazirlyinin rəhbərliyinin əmri ilə əmək haqqı saxlanılmaqla məzuniyyət verilmiş və iddiaçı imtahan sessiyası başa çatdıqdan sonra sessiyada sona kimi iştirak etməyi barədə nazirliyə arayış təqdim etmişdir. Tələb olunan müvafiq sənədləri toplayaraq ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifıkasiyasının) müəyyən edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Keyfiyyət Təminatı Agentliyinə təqdim etmişdir. Həmin qurumun 22 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qərarda göstərilir ki, ali təhsil haqqında ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Hesab edir ki, cavabdehin imtinası əsassızıdır...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «İddiaçı tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina olunmuşdur. İmtinası qanuni və əsaslıdır. Cavabdeh diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələbləri müəyyən edən bir anlayışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102) - 449/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-667/2022 saylı iş üzrə xx.xx.2022- ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2730 /2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddtiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, yalnız cavabdehin istinad etdiyi, sübuta yetirilməmiş əsassız faktları nəzərə almışdır. Bütün məhkəmə iclaslarında iştirak etsə də onun xahişi məhkəmə tərəfindən nədənəsə nəzərə alınmamışdır. Cavabdehin məhkəməyə ünvanladığı yazılı etirazında onun təhsil aldığı dili (rus dilini) qənaətbəxş bilmədiyi qeyd etməsi tam absurddur.Çünki, o, Bakı şəhərində anadan olmuş və rus dilini qənaətbəxş səviyyədə bilir...” İşin apellyasia mərhələsində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2531/2023 saylı 23 noyabr 2023-cü il tarixli aralıq qərardadı ilə iddiaçının “Ukrayna Respublikasının Mülki Müdafiə Universiteti tərəfindən 25 may 2018-ci il tarixli, B18 seriaylı 019434 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iki ay müddətində yenidən baxılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsi Agentliyə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar cavabdeh Agentlik tərəfindən məhkəmyə təqdim olunmuş, xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə olunmuş şəhadətnaməyə əsasən aydın olmuşduur ki, akademik olaraq iddiaçının diplomu tanınsa da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2cə bəndinə uyğun əsaslarla X4 (“DİM”) tərəfindən təşkil olunmuş sınaq imtahanlarında nəzərədə tutulmuş keçid balını toplamadığı üçün onun Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 No No019434 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınmasından imtina olunmuş və ona izah olunmuşdur ki, o, aldığı ixtisas (peşə) tanınması üçün yenidən DİM tərəfindən təşkil ediləcək sınaq imtahanında iştirak etmək üçün müvafiq ərizə ilə Agentliyə müraciət edə bilər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirak olmadan işə baxılmasını mümkün hesab etimişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş, Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universitetinin 25 may 2018-ci il tarixli, B 18 seriyalı 019434 nömrəli diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən və həmin diploma əlavədən görünür ki, iddiaçı həmin Universitetdə “yanğın təhlükəsizliyi” proqramı üzrə, qiyabi təhsialma formasında 4 il 9 ay (240 AKTS) təhsil almış, həmin ğdiplom xx.xx.2018ci il tarixd Ukrayna Elm və Təhsil Naziri tərəfindən “Apostil” olunmuşdur. Lakin cavabdeh Agentliyin işə əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ərizəçinin tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadğı üçün onun diplom üzrə aldığı təhsilin məzmununa uybun hesab edilməmiş və iddiaçının təhsil aldığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. «Qaydaları»ın qeyd olunan normaları isə aşağıdakıları nəzərədə tutur: 3.6. ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Cavabdehin eksperti tərəfindən idiaçı ilə aparılmış müsahibənin işə əlavə olunmuş videoyazı tədqiq olunduqda, onun rus dili üzrə bilik səviyyəsinin diploma əlavədə təsbit olunan tədris yükünün mənimsənilməsi və həmin fənlər üzrə imtahanlardan keçmək üçün qənaətbəxş səviyyədə olmadığı açıq hiss olunur. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi ilə razılığa gələn Tərəfə diskresion səlahiyyət verilir ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. İddiaçının diplom üzrə aldığı ixtisasın məzmunu ilk öncə onunla şərtləndirilir ki, həmin ixtasası mənimsəməsi üçün, ən azından tədris dilini qənaətbəxş səviyyədə bilməlidir. Lakin işin tədqiq olunan sübutlarla müəyyən edilən halları birmənalı şəkildə onu deməyə əsas verir ki onun rus dilini bilmə səviyyəsi aldığı ixtisası mənimsməsi üçün lazımi səvəiyyədən qat-qat aşağıdır. «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»in 5-ci maddəsindən də məhz, görünür ki, Sazişi imzalyan tərəflər ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verilmiş diplomları o halda tanıyır ki, təhsilin müddətinə və məzmununa uyğun gəlmiş olsun. Belə olan halda, iddiaçı rus dilini tədris yükünü mənimsəməyə imkan verən səviyyədə bilmədiyi halda, onun aldığı diplom təhsilinin məzmununa uyğun hesab edilə bilməz. Qeyd olunmalıdır ki, işin hazırkı apellyasia mərhələsində, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2531/2023 saylı 23 noyabr 2023-cü il tarixli aralıq qərardadı ilə iddiaçının diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iki ay müddətində yenidən baxılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsi həmin Agentliyə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar cavabdeh Agentlik tərəfindən məhkəmyə təqdim olunmuş, xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə olunmuş şəhadətnaməyə əsasən aydın olmuşduur ki, akademik olaraq iddiaçının diplomu tanınsa da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2cə bəndinə uyğun əsaslarla, X4 (“DİM”) tərəfindən təşkil olunmuş sınaq imtahanlarında nəzərdə tutulmuş keçid balını toplamadığı üçün onun Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 No019434 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınmasından imtina olunmuş və ona izah olunmuşdur ki, aldığı ixtisas (peşə) tanınması üçün yenidən DİM tərəfindən təşkil ediləcək sınaq imtahanında iştirak etmək üçün müvafiq ərizə ilə Agentliyə müraciət edə bilər. Göründüyü kimi, cavabdehin qərarı ilə iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğundur. Bu baxımdan, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabden orqan tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınması barədə ərizəsinə baxılarkən diskression sələhiyyətlərini qanunayuğun həyata keçirmiş və üzərinə düşən öhdəliyinə uyğun olaraq diplom üzrə ixtisasının tanınmasından imtina etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi faktları nəzərə almaqla, əsassız qərar qəbul etdıyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2730/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2730/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-148/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-148/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver