Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1480/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X22 və iddiaçının vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələblərinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-2560/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2560/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-98/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək, İddiaçıməxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Cavabdeh və vəkili X2 şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qərardan üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi və vəkili X4 şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2018-ci il tarixli, 292 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli, 248S saylı sərəncamı ilə Cavanşir küçəsi 8 ünvanında yerləşən 1 saylı yataqxana binasında yaşayan 113 məcburi köçkün olmayan və 6 məcburi köçkün ailəsinin təhkükəsizliyinin təmin edilməsi məqsədi ilə ailə başçılarının hər brinə dövlət vəsaiti hesbaına 45000 manat birdəfəlik maddi yardım ayrıldığını və qeyd olunan sərəncam əsasında Rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradıldığını və göstərilən ünvanda faktiki yaşayan ailələrin siyahısı tərtib edilərək Nazirlər Kabinetinə təqdim edildiyi və həmin binada faktiki yaşayan ailələrə kompensasiya ödənilərək yataqxana binasından köçürüldüyü və müraciətdə iddiaçının qaldırdığı məsələ ilə əlaqədar onun faktiki olaraq həmin yataqxanada yaşamadığı üçün Nazirlər Kabinetinin müvafiq sərəncamının ona şamil olunmadığı qeyd olunmuşdur. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2014-cü il tarixli, ********** saykl ödəniş tapşırığından göründüyü kimi xx.xx.2014-cü il tarixli, 243 saylı sərəncama əsasən Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Cavabdehnə hesabına 495.000,0 (dörd yüz doxsan beş min) manat məbləğində kompensasiya ödənişi edilmişdir. İşdən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 248s saylı sərəncamının icrasını təmin etmək məqsədi ilə Xətai rayonu, Cavanşir küçəsi 8 ünvanındakı 1 nömrəli yataqxana binasında məskunlaşmış məcburi köşkün olmyan 11 nəfər ailələrin hər birinə 45000 (qırx beş min) manat məbləğində birdəfəlik maddi yardım veriləcək ailələrin Siyahısı tərtib edilmiş və həmin siyahıda İddiaçı adı qeyd olunmamışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı MKTD 1 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS-in xx.xx.2016-cı il tarixli, 1637 saylı arayışına əsasən İddiaçı X3 8 saylı evin yataqxana 1-də xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır. Bina qəzalı vəziyyətdə olduğu üçün Nazirlr Kabinetinin qərarı ilə sökülmüşdür. - X1, X7, X12, X6 və X8 Bakı şəhəri Cavabdeh başçısına ünvanladıqları xx.xx.2017-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, onlar Bakı şəhəri, Cavanşir küçəsi 8, yaatqxana 1 ünvanında yaşayan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ev və mərtəbə qonşuları İddiaçı Məmməd Sövdum qızı 1989-cu ildən 2014-cü il tarixinədək faktiki olaraq göstərilən ünvanda yaşamış, eyni zamanda 0 2-ci qrup əlildir və ailəsi oğlu X13 ilə birlikdə illərdir ki Cavabdehndə mənzil qeydiyyatındadır. X13 d uzun illər həmin ünvanda qeydiyyatda olmuş və yaşamış, sonra qeydiyyatdan çıxaraq, daimi yaşayış məqsədilə xarici ölkəyə getmişdir. Yaşadığı qəzalı evin sökülməsi və kompensasiyanın verilməsi zamanı onlar İddiaçı Məmməd Sövdum qızının 5-ci mərtəbədə yerləşən qəzalı vəziyyətdə olan otağının bağlı olması və onun müalicə üçün xəstəxanada olması haqqında Cavabdeh komissiyasına məlumat verildiyi, həmçinin Murada mənzil üçün kompensasiyanı almaqda anasına kömək üçün gəlməli olduğunu bildirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasının Bakı şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2017-ci il tarixli, 7250 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı Məmməd Sevdim qızı xx.xx.2004-cü il tarixdə adıçəkilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, xəstənin evə yazılması ilə əlaqədar ev ünvanına məktub göndərilmiş, qızı məktuba cavab olaraq bildirmişdir ki, anasının evi qəzalı vəziyyətdə olduğu üçün söküldüyünü və bu səbəbdən İddiaçı Məmməd Sevdim qızının evinin olmaması ilə əlaqədar hal-hazırda xəstəxanadadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 248s saylı sərəncamının 1-ci bəndinə əsasən ünvan 6 saylı ünvanda yerləşən 1 nömrəli yataqxana binasının qəzalı vəziyyətə düşməsi və istismara yararsız olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hasidəsinin qarşısının alınması məqsədi ilə yatqxana binasında yaşayan 113 ailənin köçürülməsi üçün həmin ailəərin ailə başçılarına dövlət vəsaiti hesbaına birdəfəlik maddi yardım kimi 45.000 (qırx beş min) manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavanşir küçəsi 8 ünvanlarında yerləşən yataqxanalarda faktiki yaşayan ailələrə (o cümlədən məcburi köçkünlərə) onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün verilən maliyyə yardımının miqdarı və paylanma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 248 s saylı sərəncamına uyğun olaraq həyata keçirilir. İddiaçı ünvan 1ünvanında qeydiyyatda olsa da faktiki olaraq 2005-ci ildən həmin ünvanda yaşamadığı səbəbindən kompensasiya verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli, 248 s saylı Sərəncamı ilə həmin yataqxana binasında hüquqi statusu ilə yaşayan ailələrin ailə başçılarına birdəfəlik maddi yardım müəyyən edilmiş, lakin, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanında yerləşən yataqxanada daimi qeydiyyatda olmasından asılı olmayaraq orada faktiki yaşamayanlara birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmadığından, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 248 s saylı Sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi Cavabdeh səlahiyyətində olmadığından cavabdehin imtinası əsaslıdır qənaətinə gəlməkdə doğru nəticəyə gəlmişdir. Həmçinin işin hallarından görünür ki, Cavanşir küçəsi 8 saylı ünvanda yerləşən 1 nömrəli yataqxananın 112 saylı mənzili xx.xx.2004-cü il tarixli, 563 saylı orderlə X9 verilmiş və söküntü işləri aparılan zaman Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq B.N.Seyidovaya kompnesasiya ödənilərək köçürülmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2560/2018 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1480/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1480/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver