Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1480/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müraciətə yazılı cavab verilməsi və pot vasitəsilə ünvanına göndərilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3931/2022 saylı, 23.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.09.2021-ci il tarixdə Agentliyiə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014-cü ildən isə 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci də tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona 09.07.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. 30.07.2021-ci il tarixə kimi dəfələrlə, 30.07.2021-ci il tarixdə isə axrıncı dəfə onun şəxsi kabinetinə X1 sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək ‘'0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi də əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir" kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və “SMS” vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək onun elektron şəxsi kabinetinə Agentlik tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə (məktubların bir hissəsinin elektron şəxsi kabinetindən çıxarış edib iddia ərizəsinə əlavə edir) ona göndərilməmişdir, bu barədə o məhkəməyə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə o şəxsi kabinetinə baxış keçirən zaman görüb ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşüb, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinib, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də o cavabdehə dəfələrlə müraciət edib. Halhazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 29.09.2021-ci il tarixdə müraciətinə Agentlik tərəfındən cavab verilməmiş, “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak edən nümayəndəsi X2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının eyni məzmunlu çoxsaylı müraciətləri daxil olmuş və həmin müraciətlər eyni məzmunlu olduğundan 23.09.2021-ci il tarixli məktubla iddiaçıya cavab verilmişdir. Bundan əlavə iddiaçının mübahisələndirdiyi halla, yəni ona müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə inzibati işə artıq hüquqi qiymət verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3931/2022 saylı, 23.02.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun müraciətinə əsasən 25.06.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilərək müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Eyni zamanda, bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Hal-hazırda onun şəxsi elektron kabinetində olan məlumatlara əsasən 29.09.2021-ci il tarixdə müraciətinə Agentlik tərəfindən cavab verilməmiş, «Vətəndaşların müraciətləri haqqında» qanunun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, onun müraciəti əsasında 25.06.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş və müayinə olunaraq əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. İş mateiallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya 23.09.2021-ci il tarixndə (№**********5) yaşadığı ünvan 2 ünvanına cavab göndərilmiş və müraciətin icra statusu “tam icra olunub” şəklində qeyd edilmişdir (i.v.29, 30). Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin qeyd olunan izahatından da göründüyü kimi, iddiaçının eyni məzmunlu çoxsaylı müraciətləri daxil olmuş və həmin müraciətlər eyni məzmunlu olduğundan 23.09.2021-ci il tarixli məktubla iddiaçıya cavab verilmiş və bu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı, 22.10.2021-ci il tarixli qərar mövcüddur və həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. İşin sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçının 29.09.2021-ci il tarixdə daxil olmuş elektron müraciətinə cavabdeh tərəfindən baxılmış onun həmin müraciətinə 23.09.2021-ci il tarixli cavab məktubu ünvanlamışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, iddiaçının cavabdehə müraciəti bilavasitə ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuş və həmin məsələyə də, məhz, cavabdeh tərəfindən baxılaraq onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və bu barədə onun elektron poçtunda bu barədə məlumat yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinin məzmunundan isə görünür ki, inzibati akt elektron üsulla da göndərilə bilər və bu üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hazırkı müraciətinə cavab verilməsi tələbinə dair öhdəliyin icrası haqqında (İPM m.m.2.2.3” 34.1) iddia ərizəsinin əsaslandırılmış iddia ərizəsi kimi qəbul edilməsi istisna edildiyinə görə iddia mümkün iddia kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin «Vətəndaşların müraciətləri haqqında» qanunun tələblərinin pozlması ilə qəbul olunduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3931/2022 saylı, 23.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3931/2022 saylı, 23.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1480/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1480/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver