Məhkəmə qərarları › İş №2-1(103)-1480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1480/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1480/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı və X8 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X1, X2, X4, X5, X6) “pasport qeydiyyatından çıxarılma” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X3, X1, X2, X4, X5, X6 ünvan 1 ünvanında yerləşən 88 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11904/2023 saylı qərardadı ilə X8 hazırkı iş üzrə birgə iddiaçı kimi məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, X3, X1, X2, X4, X5, X6 ünvan 1 ünvanında yerləşən 88 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Nəsimi Rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X9 Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünün əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, üçüncü şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə xx.xx.2024-cü il tarixə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti poçt vasitəsi ilə (ştrix kod: SX005700319AZ) məhkəmənin xx.xx.2023-cü il tarixli müşayət məktubu ilə üçüncü şəxs S.Alışova xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir (i.v.107). Üçüncü şəxs S.Alışov məhkəmənin qərarını xx.xx.2023-cü il tarixdə aldığı həmin vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq müəyyən olunan 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşür. Lakin onun işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, məhkəməyə 29 dekabr 2023-cü il tarixdə verilmiş, bununla da apellyasiya şikayəti vermə müddətini 65 gün (2 aydan da çox) ötürmüşdür. Məhkəmə kollegiyası tərəfindən izah edilir ki, poçt vasitəsilə göndərilmiş qərarın surəti rəsmi qaydada təqdim edilməsi, sonradan bir daha məhkəməyə ərizə ilə müraciət edərək təkrarən həmin qərarın surətinin əldə etməklə, həmin qərardan qanunla müəyyən olunmuş prosessual müddətin ötürülməsinin aradan qaldırılmasını istisna edir. Ona ünvanlanmış məhkəmə bildirişində müddətin ötürülməsi ilə əlaqədar prosessual hüquqları izah edilmişdir. İPM-in 1.2-ci və 81.2 maddəlrinin gösdərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxs S.Alışovun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş üçüncü şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar