Məhkəmə qərarları › İş №2-1(103)-1481/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1481/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1481/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1979-cu ildən 1984-cü ilə qədər təhsil aldığı dövrü sosial sığorta stajına daxil etməklə 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1979-cu ildən 1984-cü ilə qədər Bakı Neft Texnikumunda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Kirovneft» NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİdə Qaz Kompressor sexində usta, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilə qədər Qaz kompressor sexində böyük mühəndis vəzifələrində işləmişəm, xx.xx.2009-cu ildən hazırki vaxta qədər Neftin və qazın hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajını, 21 il 0 ay 2 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən «xxxxxxxxxxxxxxxxxxxx» Şirkəti tərəfindən müvafiq Arayış verilmişdir. Eyni zamanda qeyd etməlidir ki, zərərli iş stajı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti və xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2-ci hissəsinin 2130302a-13775 şifrinə, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi və xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər mühəndisi vəzifələri 2130302b-22171 şifrinə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b-24094 şifrinə, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexində usta vəzifəsi 2130302b-23187 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi vəzifələri 2130302b-24097 şifrinə uyğundur. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin X7 İdarəsi xx.xx.2019-cu il tarixli, **********1 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçasında qeyd olunan bütün dövrlər iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə onun 26 il 5 ay 17 gün ümumi iş stajı mövcuddur. Bu əsasdan iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 1979-1984-cü illərdə "Bakı Neft Texnukumunda"kı təhsil müddətini sosial sığorta stajına daxil etməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıda iddiaçının uyğunlaşdırdığı vəzifələr qaz kondensatı, qaz, neft emalı sahəsinə aiddir. Halbuki, iddiaçının əmək fəaliyyətini təsdiq edən xx xxxxxx 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından və digər sənədlərdən müəyyən olunur ki, onun işlədiyi peşələr neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlıdır. Adıçəkilən Siyahının neftin, qazın, qaz kondensatının hasilatı bölməsində iddiaçının işlədiyi vəzifələr qeyd olunmamışdır. İddiaçının xx xxxxxx 2006-cı il tarixinə tələb olunan 12 il 6 ay güzəştli iş stajı yoxdur və bu halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı hasilatda işləyə işləyə güzəştli şərtlərlə pensiya almaq üçün inzibati orqana müraciət edərkən emal sahəsinə aid olan peşələrdə işlədiyinə əsaslanmışdır. İddiaçı quru sahədə hasilatda işləmişdir. Məhkəmə iclasında iştirakedən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirmişdir ki, onun əsas vəzifəsi neftin emalı ilə bağlı olmuşdur. İddiaçının fəaliyyəti borulardan axan nefti qazdan ayırmaqdan ibarət olmuşdur. Həmçinin, zərərli şəraitdə maşınist və usta kimidə fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixində Kürdəmir rayonunda anadan olmuşdur. İddiaçının ЖТ 043522 saylı diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1979-cü ildən 1984-cü ilə qədər Bakı Neft Texnukumunda təhsil almışdır. H3 ******* saylı hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Kirovneft» NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər növbə mühəndisi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər «Kirovneft» NQÇİdə Qaz Kompressor sexində usta, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər kompressor stansiyasının rəisi, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilə qədər Qaz kompressor sexində böyük mühəndis vəzifələrində işləmişdir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsi iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi xx xxxxxx 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə X3 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının olması və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşə və ya vəzifədə işlədiyi dövr üzrə güzəştli sosial sığorta stajının olması sübuta yetirilir. Belə ki, iddiaçının təhsil müddəti daxil edilməklə ümumi iş stajı 26 il 5 ay 17 gün, güzəştli iş stajı isə 21 il 0 ay 2 gün təşkil edir “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Cavabdehin apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçının əmək fəaliyyətini təsdiq edən xx xxxxxx 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına və digər sənədlərə əsasən onun işlədiyi peşələrin neftin, qazın, qaz kondensatının hasilatı sahəsinə aid olması qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxx” tərəfindən 127 saylı, xx.xx.2019-cu il tarixli siğortaolunanın ümumi iş stajı barədə məlumat X8 Suraxanı şöbəsinə göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” tərəfindən verilmiş 128 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” şirkətinin qaz kompressor sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, xx.xx.2009-cu il tarixdən hal-hazırkı günə qədər Neftin və qazın hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, xx.xx.2019-cü il tarixli, arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (əmr № 914 k, xx.xx.1983-cü il) “Kirovneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətinə maşinist qazanxana operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 411, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 249k, xx.xx.1992-ci il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) X11 usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 141 k, xx.xx.1994- cü il) həmin sexdə 4-cü stansiya rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə (əmr № 548k, xx.xx.1997-ci il) AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə (əmr № 572 k, xx.xx.1997-ci il) köçürmə yolu ilə “Binəqədineft” NQÇİ-nin X11 11-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə (əmr № 379 k, xx.xx.2000-ci il) 9 saylı kompressor stansiyanın rəisi vəzifəsinin icrası həvalə olunmuşdur. xx.xx.2002-ci ildə (əmr № 57/k, xx.xx.2002-ci il) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə (əmr № 61 k, xx.xx.2002-ci il) “Binəqədineft” NQÇİ-nin X11 12-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci ildə (əmr № 70 k, xx.xx.2002-ci il) qazkompressor sexinin rəis müavini vəzifəsinin icrası həvalə olunmuşdur. xx.xx.2005-ci ildə (1 nömrəli protokol) İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. İddiaçının işlədiyi kompressor qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda 2130302a—13775 kodu ilə, növbə mühəndisi və mühəndis vəzifələri 2130302b—22171 kodu ilə, kompressor stansiyasının rəis müavini və qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b-24094 kodu ilə, Qaz Kompressor sexində işlədiyi usta vəzifəsi 2130302b-23187 kodu ilə, kompressor sexinin stansiya rəisi və rəis vəzifələri isə 2130302b-24097 kodu ilə qeyd olunmuşdur. Beləliklə, iddiaçını işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında əks olunmuş və iddiaçının pensiya qanunvericiliyinin tələblərinə əsasən güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan güzəştli sosial sığorta stajı toplanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar