Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1481/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisi) verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 12 iyun 2000-ci il tarixli 527 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Cavabdeh xx.xx.2000-ci il tarixli 527 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Qızıldaş qəsəbəsində 600.0 kv.m torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim edərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınaraq, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərardadından şikayət vermə müddəti buraxıldığından, xx.xx.2024cü il tarixə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mirzəyeva Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edəbilən mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmiş, hər bir halda apellyasiyanın mükünlük məsələsinin qanuni həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. İddiaçının nümayəndəsi Vəkil cavabdeh tərəfindən şikayət vermə müddəti buraxıldığından apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İş materiallarından (i.v.34) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9003/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti cavabdehə poçt vasitəsilə məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır (ştrix kod: SX004369431AZ). Cavabdehin işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Belə olan halda, xx.xx.2023-cü il tarixdə aldığı qərardan, İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən şikayət vermə müddətini cavabdeh 6 (altı) gün müddətində ötürmüş olur. Beləliklə də, qeyd olunanlar baxımından, cavabdehin apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə glir ki, onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş cavabdehə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 1.2-ci və 81.2 maddəlrinin gösdərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, şikayət vermə müddəti ötürüldüyündə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayıla bilməz . İPM-in 87.3-cü maddəs isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş cavabdehə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1481/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1481/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver