Məhkəmə qərarları › İş №2-1(103)-1482/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1482/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1482/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında DSMF-nin X10 İdarəsinə (hazırda Dövlət X13 X10 üzrə Mərkəzi Filialı)qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili X5, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında DSMFnin X10 İdarəsinə (hazırda Dövlət X13 X10 üzrə Mərkəzi Filialı)qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında DSMF-nin X10 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonu Çeşməli kəndində anadan olmuş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçı məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə qədər “Zelenstroy” 1 №-li Tikinti İdarəsi, Nərimanov rayonuna 1-ci dərəcəli bağ fəhləsi (bağban) vəzifəsində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» X11 3-cü dərəcəli suvaqçı, xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» X12 Avtonəqliyyat kontorunda sürücü, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» X12 “Promstroy-2” TQİ-də 4-cü dərəcəli suvaqçı, xx.xx.1981-ci ildən xx.xx.1981-cu ilə qədər Mis əritmə sexi, Əritmə sexində 4-cü dərəcəli konvertorçu, xx.xx.1981-cu ildən xx.xx.1983-cü ilə qədər Mis əritmə sexi- qaynar sahədə 4cü dərəcəli sobaçı bənna, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər Mis əritmə sexi 4-cü dərəcəli metaltökən fəhlə, 5-ci dərəcəli metaltökən fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Mis əritmə sexinin 2 nömrəli əritmə bölməsinə 4-cü dərəcəli rəngli metaltökən fəhlə, xx.xx.1990-xx.xx.1990-cı ildə “Abşeron” mədə-bağırsaq sanatoriyasında dülgər vəzifəsində, xx.xx.1990-xx.xx.1991-ci ilə qədər Əzizbəyov rayonu 25 saylı MİS dülgər vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, xx.xx.2003-cü ildən xx.xx.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ilə Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən V.İ.Lenin adına “Severonikel” Kombinatı arasında bağlanmış xx.xx.1983-cü il tarixli və xx xxxxxxx 1988-ci il tarixli əmək müqavilələrinin 5-ci paraqrafının “Q” bəndinə əsasən Uzaq Şimal rayonlarında işlədiyi hər 1 il iş stajı 1 il 6 aya bərabər tutulur, yaşa və əlilliyə görə pensiya təyinatı zamanı hüquqi əhəmiyyətə malikdir. Buna görə də İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 X10 İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və çəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti ikiqat olçüdə güzəştli şərtlərlə daxil edilir. İddiaçının ərizədə qeyd etdiyi Uzaq Şimalda əmək fəaliyyəti ilə bağlı məşğul olduğu dövrün hər 1 ilin 1 il 6 ay kimi hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblərinə baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdı ki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi iş stajı, 12 il 1 ay 07 gün zərərli iş stajını tamamlamışdır. Ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, DSMF-nin X10 İdarəsi xx.xx.2019-cu il tarixli **********5 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, onun xx.xx.2006-cı il tarixə qədər zərərli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. O, uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən həmin rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur. O, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil edir. Lakin, həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş xx.xx.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adı çəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli, həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 X10 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının 52 yaşı xx.xx.2008-ci il tarixdə tamam olmuşdur. İddiaçıya 52 yaşdan pensiya təyin edilə bilməsi üçün qanunvericilik yalnız bir istisna müəyyən edirdi: keçmiş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13cü maddəsinin “a” bəninə uyğun olaraq xx.xx.2006-cı il tarixinədək 20 il ümumi və 10 il güzəştli iş stajına malik olması tələb olunurdu. Məhkəmə isə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunu və ondan öncə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu deyil, SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli Qərarını əsas götürərək hesab etmişdir ki, iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi hər 1 ili 1 il 6 aya bərabər tutulmalıdır. Məhkəmə tərəfindən hansı səbəbdən 1960-cı ilin Qərarının tələblərinin rəhbər tutulması əsaslandırmamışdır. Məlumdur ki, Azərbaycan Respublikasının ərazisində “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı ildən etibarən qüvvədədir və məcburidir. Həmin Qanunun 24-cü maddəsində (həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində) sığorta stajı hesablanarkən hansı dövrlərin güzəştli şərtlərlə daxil edildiyi açıq-aydın qeyd olunmuş və orada Uzaq Şimal rayonlarında işləməklə bağlı hər hansı məsələyə toxunulmamışdır. Pensiya qanunvericiliyi SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli Qərarının tətbiqi ilə bağlı hər hansı istisna müəyyənləşdirmir. Beləliklə, həmin Qərarın hazırki münasibətlərə şamil edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, məhkəmə iddiaçının xx.xx.1983-xx.xx.1989-cu ilə qədər “Severonikel” kooperativinin Mis əritmə zavodunda əritmə zavodunda işlədiyi dövrü 8 il 1 ay 10 gün olaraq hesablamış və o illərin də hər birini 1 il 6 ay kimi götürməklə 12 il 1 ay 7 gün müəyyən etmişdir. Belə ki, məhkəmənin hesablaması qeyri-müəyyəndir. xx.xx.1983-xx.xx.1989 tarixləri arasındakı dövr 6 il 06 ay 16 gün edir. Həmin müddəti 1 il 6 ay kimi hesabladıqda isə 06 ay 16 gün edir. Hətta Məhkəmənin dediyi kimi, SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli Qərarı tətbiq edilsə belə, iddiaçının güzəştli iş stajı 10 ilə çatmır. Bundan əlavə, məhkəmə iddiaçının peşələrini Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı 1072101a— 12176 və 1072101a—13790 kodlarına uyğunlaşdırmışdır. Halbuki, həmin kodlara uyğun gələ bilməsi üçün iddiaçı Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində, əlvan və qiymətli metalların emalı və təkrar emalında əritmə istehsalını həyata keçirən metal tökücüləri və ya isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər sırasına daxil olmalı idi ki, iddiaçının qeyd olunan tələblərə cavab verməsi heç bir iş materialı ilə sübut edilmir. Tərəflərin izahatları: Cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12 il 6 ayının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını tələb edir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi və təqvim ili olaraq 8 il 1 ay 10 gün güzəştli iş stajının mövcud olduğuna, daha sonra isə iddiaçının uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli 148 No-li Qərarının 3cü bəndinə əsasən hər 1 ili 1 il 6 aya bərabər tutulmaqla yaşa və əlilliyə görə pensiya təyinatı zamanı staj olaraq nəzərə alınmasına, belə olan halda iddiaçının güzəştli iş stajının 12 il 1 ay 7 gün təşkil etdiyinə əsaslanaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. xx xxxx 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə edilmiş dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 60 yaş həddinə çatma tələb olunsa da, həmin Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanuna edilmiş xx xxxx 1997-ci il tarixli dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 06 ay artırılır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün xüsusi stajı adı çəkilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun, yəni 10 il tələb olunduğu halda, birinci instansiya məhkəməsi həmin stajın təqvim ili olaraq 8 il 1 ay 10 gün təşkil etməsinə baxmayaraq, iddiaçının uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli 148 No-li Qərarının 3-cü bəndinə əsasən hər 1 ili 1 il 6 aya bərabər tutmaqla onun güzəştli iş stajının 12 il 1 ay 7 gün təşkil etdiyinə istinad etmişdir. Bu zaman məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinə o dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun deyil, SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli Qərarının tətbiq olunmasının zəruriliyini əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsində, həm də əvvəlki dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində sığorta stajı hesablanarkən hansı dövrlərin güzəştli şərtlərlə daxil edildiyi açıq-aydın qeyd olunmuş və həmin normalarda iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi peşənin güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyası təyin olunması üçün əsas olan peşələr sırasına daxil edildiyi nəzərdə tutulmamışdır. Digər tərəfdən, işə baxmış məhkəmə tərəfindən iddiaçının xx.xx.1983-xx.xx.1989-cu ilə qədər “Severonikel” kooperativinin Mis əritmə zavodunda işlədiyi dövr 8 il 1 ay 10 gün olaraq hesablanmış, lakin həmin illərin hər biri 1 il 6 ay kimi götürülməklə 12 il 1 ay 7 gün kimi nəzərə alınmışdır. Bu barədə məhkəmənin apardığı hesablama ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cü ilə qədərki dövr 6 il 06 ay 16 gün təşkil edir, həmin müddətin hər bir ili məhkəmənin istinad etdiyi SSRİ Nazirlər Sovetinin xx.xx.1960-cı il tarixli Qərarının tətbiqi ilə bağlı 1 il 6 ay kimi hesablandıqda belə iddiaçının güzəştli iş stajı 10 ilə tamamlanmır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Pərviz Zalışov birinci instansiya məhkəməsinin qərarında texniki səhvə yol verildiyini və iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Mis əritmə sexi- qaynar sahədə 4-cü dərəcəli sobaçı bənna işlədiyi dövrün nəzərə alınmadığını bildirmişdir. Bu barədə nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi peşələr birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı 1072101a—12176 və 1072101a—13790 kodlarına uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının işlədiyi peşələrin qeyd olunan kodlara uyğun gəlməsi üçün onun Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində, əlvan və qiymətli metalların emalı və təkrar emalında əritmə istehsalını həyata keçirən metal tökücüsü və ya isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyən şəxs olması əsas şərtdir. Lakin hazırki işdə iddiaçının yuxarıda adı çəkilən kodlar adı altında nəzərdə tutulan peşələrdə işləməsi birmənalı olaraq iş üzrə təsdiqini tapmır. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi xx.xx.2020-ci il tarixli **********7 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək misəristə sexi-qaynar sahəsə “sobaçıbənna” vəzifəsində işlədiyinin qeyd edilməsinə baxmayaraq əmək kitabçasının surəti təqdim edilmədiyi üçün həmin sexin hansı müəssisəyə (istehsalata) aid olduğunu və bu səbəbdən həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci bölməsinin 5-ci yarımbölməsindəki 1070200a-15416 kod altında gedən peşəyə uyğunluğunu dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxx” MMC-nin 158L saylı xx.xx.2020-ci il tarixli məktubuna gəldikdə isə həmin məktubda qeyd olunanlar MMC-də mövcud olan metaltökücü və kərpicçi peşələrində çalışan işçilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 3.2 Polad və ferroərintilər istehsalı (a) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan polad tökücüləri və isti işlərdə məşğul olan odadavamlı metallarla işləyənlər kimi güzəştli şərtlə təqaüdə çıxmaq hüququna malik olması ilə bağlıdır. Hazırki işdə isə iddiaçının məhz həmin peşələrdə işləməsi mübahisəlidir (bu barədə işəgötürənin həmin dövrə aid müvafiq arayışı da təqdim olunmamışdır). Bundan əlavə, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən peşələrin adı daxili qanunvericiliklə tənzimlənən müvafiq Siyahıda əks olunmuşdur, hansı ki həmin siyahıda iddiaçının işlədiyi peşələrin adına rast gəlinmir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş “xxxxxxxxxxxxxxxxxx” MMC-nin 158L saylı xx.xx.2020-ci il tarixli məktubunu hazırki işdə tərəflər arasında yaranmış mübahisə ilə bağlı analoji münasibətləri tənzimləyən mötəbər sübut kimi qəbul etmir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibat Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərrəmova Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar