Məhkəmə qərarları › İş №2-1(103)-1482/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1482/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1482/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə. İddiаçı İddiaçı oğlunun cаvаbdеh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X4) “üçüncü şəxsin və azyaşlı uşaqlarının qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 saylı 28.09.2021-ci il tarixli qərarından buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə iddiaçının ərizəsinə və şikayətin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X2 və azyaşlı övladları 15.07.2008-ci il təvəllüdlü X5 və 07.04.2010-cu il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması barədə öhdəliyinin Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 saylı 28.09.2021-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı 03.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardan ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandrılmışdır ki, qərardan təqdim olunduğu gündən 30 gün müddətində apellyasiya şikayəti verməli idi. Lakin 10.11.2021-ci il tarixdə “Vita Med” Hospitalında əməliyyat olunmuşdur. Bunu təsdiq edən xəstəlik tarixçəsindən çıxarışepikrizi ərizəsinə əlavə edir. Ona görə də qərardan, qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizəsnin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədikləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh 31.03.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan iclasının keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməməli, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina olunmalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə görə Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarına əlavə olunmuş xəbərnaməli poçt qəbzinə əsasən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı 25.10.2020-ci il tarixində iddiaçıya rəsmi qaydada çatdırılmışdır. Lakin o, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə (apellyasiya şikayəti əlavə edilməklə) 03.03.2022-ci il tarixində müraciət etmişdir. Yəni, şikayət vermənin son 30-cu günü 23.11.2021-ci il tarixində tamamlandığı halda, 4 aydan sonra müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin qeyd olunan normasının tələbindən göründüyü kimi, məhkəmə o halda proses iştirakçısının ərizəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş prosessual müddəti bərpa edir ki, proses iştirakçısının təqsiri olmadan həmin müddət buraxılmış olsun. İddiaçı ərizəsində müddətin buraxılmasını 10.11.2021-ci il tarixdə “Vita Med” Hospitalında əməliyyat olunması və bunun təsdiqi olaraq ərizəsinə əlavə etdiyi xəstəlik tarixçəsindən (epikrizdən) çıxarışla əsaslandırır. Lakin sözügedən epikriz çıxarışına əsasən müəyyən olunur ki, hospitala 10.11.2021-ci il tarixində daxil olmuş, 12.11.2021-ci il tarixində isə oradan çıxmışdır. Yəni, cəmi 2 gün hospitalda olmuş, bundan sonra şikayət vermə müddətinin 23.11.2021-ci il tarixində bitməsinə hələ 11 gün qalmasına baxmayaraq, həmin müddət ərzində apellyasiya şikayəti verməmişdir. Hətta, 23.11.2021-ci il tarixində şikayət vermə müddəti bitdikdən sonra gələn növbəti ayda da deyil, qeyd edildiyi kimi, dörd aydan da sonra o, müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin həmin müddəti buraxmasının üzürlü səbəblərinə dair məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Konkret halda iddiaçının, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunanlar baxımından, Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermə müddəti 23.11.2021-ci il tarixdə bitdikdən sonra 4 ay müddətində məhkəmənin qərarından şikayət verməsinə maneçilik törədən, inkar olunmaz səbəbləri yoxdur. Belə olan halda, həmin müddətin buraxılması üzürlü hesab edilə, bu baxımdan da onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məgəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və onun tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 saylı 28.09.2021-ci il tarixli qərarından buraxılmış müddətin bərpa edilməsindən imtina olunması və apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmamaqla, apellyasiya şikayətinin icraata qəbul edilməsində imtina olunması barədə qərardad çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiаçı İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 saylı 28.09.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunsun və onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən edilsin və ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar