Məhkəmə qərarları › İş №2-1(103)-1483/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1483/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1483/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinə düzəliş edilməsi və vurulmuş ziyana görə kompensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinə düzəliş edilməsi və vurulmuş ziyana görə 3000 manat kompensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13645/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən AA seriyalı 480618 saylı məcburi köçkün vəsiqəsinə düzəliş edilərək verilmə tarixinin xx.xx.2021-ci il tarixli qeyd edilməsi və inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 3000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı anası X2 müraciət etmişdir. Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı olan müraciətinə xx.xx.2021-ci il tarixində 01/5626 nömrəli məktubda imtina verilmişdir. Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-5004/2022 saylı qərarı ilə iddia təmin etmiş, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən bununla bağlı apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1782/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli qərar dəyişdirmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-16690/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarını icra edərək xx.xx.2023-cü il tarixində də ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Ona ödənişli əsaslarla təhsil aldığı üçün məhkəmə prosesi gedən 2 il ərzində anası X2 Azərbaycan Dillər Universitetinə müraciət etmiş və proses bitənə qədər təhsil haqqı ilə bağlı möhlət istəmişdir və universitet ananın xahişini yerinə yetirərək möhlət vermişdir. Lakin Azərbaycan Dillər Universiteti tərəfindən bildirilmişdir ki, onun adına 3000 manat borc var. Məcburi köçkün statusunu təsdiq edən vəsiqə ona inzibati orqana, yni cavabdehə müraciət etdiyi tarixdən yox, xx.xx.2023-cü il tarixində verildiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə təhsil haqqının dövlət tərəfindən ödənilməsində problem yaşayır. Yaranmış problemlə bağlı AR Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. AR Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində cavab məktubu verərək bildirmişdilər ki, güzəştli kateqoriyalara aid olan şəxslər müvafiq təsdiqedici sənədləri təqdim etdikləri tarixdən etibarən təhsil haqqından azad olunurlar. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində məcburi köçkün vəsiqəsi ona müraciət etdiyi tarixdə yox, məhz Ali Məhkəməsi tərəfindən qərar qəbul ediləndən sonra təqdim edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, təhsil haqqı dövlət tərəfindən ödənilməmiş və nəticədə ona maddi ziyan vurulmuşdur. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana müraciət etmiş, vurulmuş ziyanla bağlı 3000 manat kompensasiya ödənilməsini, həmçinin məcburi köçkün vəsiqəsinin verilmə tarixini inzibati orqana müraciət etdiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən düzəliş edərək verilməsini xahiş etmişdi. Cavabdeh orqan isə öz növbəsində xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktubları ilə əsassız olaraq imtina etmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində universitetə 3000 manat təhsil haqqı borcu yaranmışdır və cavabdeh orqan təqsirli olmasına baxmayaraq qeyd olunan borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iddianın mümkün sayılmaması və işin icraata götürülməsi barədə qəraradad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (anası) X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, iddia tələbinin mümkan sayılaraq icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqə verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı tələbi 2 hissədən ibarət olmaqla, “məcburi köçkün vəsiqəsinin tarixinə düzəliş edilməsi və vurulmuş ziyana görə 3000 manat kompensiyanın ödənilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “iddiaçıya AA seriyalı 480618 saylı məcburi köçkün vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verildiyindən, iddiaçının həmin məhkəmə qərarına izah verilməsinə dair müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmasına, həmçinin kompensasiya ilə bağlı müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməməsinə, müraciətindən imtina olunması barədə yazılı imtina almamasına” istinad edərək hər iki iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının “cavabdeh tərəfindən verilmiş AA seriyalı 480618 saylı məcburi köçkün vəsiqəsinə düzəliş edilərək verilmə tarixinin xx.xx.2021-ci il tarixli qeyd edilməsi” ilə bağlı tələbinə münasibətdə bildirilir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 5004/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 saylı 18 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1690/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçıya məcburi köçkün vəsiqəsi məhkəmənin qərarı əsasında verilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının dəyişdirilməsini tələb etdiyi AA seriyalı 480618 saylı məcburi köçkün vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verildiyindən, iddiaçı həmin məhkəmə qərarına izah verilməsinə dair müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçıya məcburi köçkün vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir. Hazırda iddiaçının hüquqi marağı həmin vəsiqədə düzəliş edilərək verilmə tarixinin “xx.xx.2021-ci il tarixli” kimi göstərilməsinə yönəlmişdir. Hansı ki, qeyd olunan tarixin iddiaçıya verilmiş vəsiqədə göstərilməsi qanuna ziddir. Belə ki, həmin vəsiqədəki tarix (xx.xx.2023) qanuna uyğun şəkildə, yəni sözügedən vəsiqənin verilməsi ilə bağlı qəbul edilmiş sonuncu məhkəmə aktının- Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1690/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərara əsasən qeyd olunmuşdur. Bu tarixdən əvvəlki tarixin vəsiqəyə qeyd olunması qanunla yolverilməzdir. Bu baxımdan birinci instansiya məhkəməsi həmin iddia tələbinin qeyri-mümkün sayılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı iddiaçının “inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurduğu ziyana görə 3000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə, buna münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl inzibati orqana müraciətin edilib imtinanın alınması məcburi şərtdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İPM-də nəzərdə tutulmuş “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddia növü üzrə tələb olunan mümkünlük şərti- iddia üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və imtina almasıdır. Yəni, iddiaçı hazırki tələblə bağlı ilk növbədə inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən müvafiq inzibati akt təqdim edildikdən və ya bu barədə yazılı məlumat verildikdən sonra iddia ilə məhkəməyə müraciət etməlidir. Lakin hazırki işə birinci instansiya qaydasında baxılarkən iddiaçının mövcud tələblə bağlı ilk növbədə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etməsi, bununla bağlı hər hansı imtinanın verilməsi halı müəyyən olunmamış, həmçinin məhkəmə iclasında bu barədə hər hansı sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir. İşin apellyasiya baxışı zamanı da iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərti ödənilmədiyindən, kompensasiya tələbi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2023 saylı 23 noyabr 2023cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar