Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1486/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdеh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və ötən illərin pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarından cavabdеh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543- VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiya məbləğinin yenidən hesablanılaraq təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx xxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun X4 İdarəsinin üzərinə qoyulmuş, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 100 manat pul məbləği cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın vəkilə ödənilmiş 100 manat pul məbləğinin tutulması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi, iddia tələbində qeyd edilən vəkilə ödənilmiş 210,00 manat xidmət haqqının cavabdehdən tutulması ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə məhz həmin hissədə iddia qismən təmin edilmiş, 100 manat məbləği ilə əvəz edilmişdir. Məhkəmə qərar verdiyi zaman əsaslı olaraq normativ hüquqi aktlara, həmçinin qanunvericiliyə əsaslanmamışdır. Vəkilə ödənilən hər hansı bir məbləğ məhz iddiaçı və vəkil arasında bağlanan müqaviləyə əsaslanır, həmin müqaviləyə əsasən də iddiaçı tərəf xidmət haqqı ödənişini həyata keçirir. Məhz həmin məbləğin tərəflərindən qismən də olsun ödənilməsi heç bir qanunvericilikdə öz əksini tapmamış və qeyd edilən müqavilədə də cavabdehin adı keçərli olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək qərarın vəkilə ödənilmiş 100 manat pul məbləği hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini mübahisələndirilən hissədə- vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsində yoxlayır. İşdən görünür ki, İddiaçı cavabdеh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2ci maddəsi əsasında təyin olunmuş pensiya məbləğinin yenidən hesablanaraq təminat xərcliyinin faizi miqdarında müəyyən edilməsi və xx xxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin üzərinə qoyulması və vəkilə ödənilmiş 210 manat xidmət haqqının cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kifayət qədər sübutun təqdim edildiyini əsas götürərək, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin ağlabatan məbləğdə - 100 manat məbləğində cavabdeh orqandan tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İşdə olan Lider Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 44 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqavilənin 1.1-ci bəndinə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 210 manat müəyyən olunur. İşdə olan xx-xx-2019 11-44 saylı qəbzdən müəyyən olunur ki,xx.xx.2019-cu il tarixli 44 nömrəli müqaviləyə əsasən İddiaçı tərəfindən Lider Vəkil Bürosuna 210 manat ödəniş edilmişdir. İşdən müəyyən olunur ki, Lider Vəkil Bürosunun vəkili Nümayəndə ******* nömrəli order əsasında birinci instansiya məhkəməsində icraat zamanı iştirak etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (mad.108.2). İnzibati Prosessual Məcəllənin 1.2-ci və AR Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİİ hissəsinə görə vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinin İV hissəsinə görə işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Həmin Qanunun 19-cu maddəsinin: - İ hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - İİ hissəsinə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Beləliklə, göründüyü kimi hüquqi yardım haqqında müqaviləyə və ödəniş barədə bank çıxarışına əsasən iddiaçı tərəfindən vəkil xidmətləri üçün 210 manat məbləğində ödəniş edilmişdir. Kollegiya iddiaçının çəkdiyi xərclərin qanunvericiliyə əsasən kompensasiya edilməli olduğunu nəzərə alır və hesab edir ki, cavabdehdən tutulan 100 manat məbləğ ağlabatanlıq meyarına cavab verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdеh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1048/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1486/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1486/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver