Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1487/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3550/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əvvəlki illərdə almadığı müavinətin təyin edilməsindən imtinasının qanunsuz sayılması və ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli fərmanına əsasən ona xx xxxxx 2019-cu ildən hər ay 80 manat olmaqla təqaüd təyin edilmişdir. Tərəfindən xx xxxxxx 2020-ci ildə 1 saylı “DOST” Mərkəzi vasitəsilə əvvəlki dövrün müavinətinin hesablanması və verilməsi barədə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X7 1 saylı Bakı Ərazi Şöbəsinə ünvanladığı müraciəti xx xxxxxx 2020-ci il tarixdə **********3 saylı məktubla heç bir qanunu əsas göstərilmədən təmin edilməmiş, əvvəlki dövrlərlə bağlı müraciətinə bu və ya digər münasibət bildirilmədən həmin məktubda müavinətin hesablanması və verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin hərəkətləri qanunsuz sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il müddətinə müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı Dövlət X7 1 saylı Bakı Ərazi Şöbəsinə müraciət edərək “xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il müddətinə müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsini” tələb etmiş və şöbə tərəfindən x xxxxxx 2020-ci il tarixli imtina məktubu ilə (inzibati aktla) onun tələbi təmin edilməmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin iddia müddətini tənzimləyən bölməsinə baxdıqda görünür ki, müxtəlif növ tələblər üzrə iddia müddətlərini tənzimlənmiş və tənzimləməyən iddia müddətləri üzrə ümumi iddia müddəti müəyyən edilmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. İddiaçı isəhüququ yarandığı gündən hətta ümumi iddia müddəti ərzində (on il) deyil, 18 il sonra müraciət edərək qanunvericiliklə müəyyən olunmuş iddia müddətini keçirmişdir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı, onun hüquq münasibətləri iştirakçılarını intizamlandırmasında ifadə olunur. Yəni, vətəndaşların hüququnun yarandığı vaxtdan xeyli müddət keçirərək sonradan müraciət etməsi eyni statuslu digər şəxslərin sosial təminat hüququnun pozulmasına, həmçinin dövlətin maliyyə yükünün çoxalmasına gətirib çıxarır. Belə ki, iş materiallarından, eləcə də iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçı yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il müddətinə müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edir ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, 1-ci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdiklərini, lakin məhkəmə tərəfindən həmin ərizəyə baxılmadığını bildirmişdi. Hesab edir ki, iddia qeyri-mümkün sayılmalıdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıapellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildimişdi ki, tərəfindən inzibati icraat qaydasında aidiyyatı inzibati məhkəməyə müraciət olunmuş və iddia tələbinə sözügedən icraat qaydasında, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri əsasında baxılıb hüquqi qiymət verilmişdir. Cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi arqumentini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 184.4-cii maddəsinin pozulması kimi əsaslandırması əsassızdır. Digər tərəfdən cavabdeh təşkilat nəzərə almamışdır ki, inzibati icraat üzrə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi və bu ərizənin vəsatətlərə baxılmasının hüquqi əsaslarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 184.4-cü maddəsi əsasında qərardadla həll edilməli olmasına əsaslanması Azərbaycan Respublikası İPM-nin tələbləri ilə uzlaşmır. Daha sonra ümumi iddia müddətinin 10 il olmasına onun isə 18 ildən sonra məhkəməyə müraciət etməsinə, eləcə də veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç illik dövrə müavinət ödənilməsi barədə iddia tələbinin qanuni və əsaslı olmadığına, iddia tələbində göstərdiyi sosial müavinətin müraciət edilməzdən əvvəl üç ilə alınmasına hüququnun olmasına və bu hüququn yalnız şəxsin müraciət etdiyi anda yarana bilməsinə, əgər şəxs bu hüququndan veteran vəsiqəsini aldığı anda faydalanmamışdırsa, onda bir neçə ildən sonra məhkəməyə müraciət edilməsinin istisna edildiyinə əsaslanan cavabdeh təşkilat yuxarıda sözügedən yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat işin hallarını və iddia tələbinin mahiyyətini təhrif elmişdir. Ona xx.xx.1999-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. O isə yalnız xx.xx.2019-cu il tarixdə müvafiq müavinətin alınması üçün aidiyyatı orqana müraciət etmiş və ona xx.xx.2019-cu il tarixdən əvvəlki üç il müddətinə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin də hesablanaraq ödənilməsi xahiş olunmuşdur. Cabahdeh təşkilat isə xx.xx.2019-cu il tarixdən ona müvafiq müavinəti təyin etsə də, iddia tələbində istinad eldiyi normativ hüquqi aktların tələblərinə zidd olaraq xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə müavinətin hesablanmasını təmin etməmişdir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən göstərdiyi hüquqi yardımla bağlı iddiaçı ərizə verərək bildirmişdir ki, iddia ərizəsində (ona əlavədə (i.v. 34-35)) “əvvəlki illərdə almadığı 3 illik müavinət” dedikdə, xx.xx.2019cu il tarixdən əvvəlki 3 ili nəzərdə tutmuş və buna görə də ona xx xxxxx 2019-cu ildən əvvəlki 3 (üç) illik almadığı müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Xanlar rayonunda doğulmuş, ona müharibə veteranı olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 018148 saylı xx.xx.1999-cu il tarixli vəsiqə verilmişdir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Dayanıqlı və X9 Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 20020362 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Dövlət X7 1 saylı Bakı ərazi şöbəsindən heç bir növdə əmək pensiyası almır. Eyni məzmunlu arayış Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsi tərəfindən də verilmişdir. İddiaçı ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdünün” təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-ci il Fərmanına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, əvvəlki dövrlərlə bağlı onun məhkəməyə müraciət etmək hüququ vardır. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müharibə, əmək və silahlı qüvvələr veteranı adını daşıyanlara üzərində “Azərbaycan Respublikasının veteranı” sözləri yazılmış vəsiqə verilir. Vəsiqənin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və........ istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, o cümlədən 9.1.5.-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət- onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud həmin qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət- onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Qanunun yuxarıda sadalanan normalarından göründüyü kimi, veteranlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulmuş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər və qanunla bu müavinətin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, lakin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx xxxxxxxx 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçının tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə əlaqədar olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Hazırki işdən görünür ki, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanında nəzərdə tutulmuşdu ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Odur ki, məhkəmə kollegiyası iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq sosial müavinəti tələb etmək hüququ vardır və həmin müavinətin hesablanaraq ona ödənilməsi qanunvericliyin tələbinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının qanunvericiliklə müəyyən olunmuş iddia müddətini keçirməsi” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçının əvvəlki illərdə almadığı 3 (üç) illik müavinəti tələb etməsi ilə bağlı iddia müddəti onun tərəfindən ötürülməmişdir. Belə ki, işə cavabdehin hüquqi mövqeyindən yanaşılsa belə, əvvəla iddiaçının tələb etdiyi müavinətlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən onun mülkiyyəti hesab olunur, ikincisi, mülkiyyətin müdafiəsi və onun tələb olunması ilə bağlı olan tələblər üzrə qanunvericilikdə iddia müddəti müəyyən olunmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən pensiya hüququ da 1-ci maddənin təsir dairəsinə daxildir. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx.xx.2009-cu il tarixli Qərarında bildirmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçıya xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1487/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1487/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver