Məhkəmə qərarları › İş №2-1(103)-1488/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1488/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1488/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX 1s. Bakı Əİ) qarşı «daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X13 cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikililərlə birlikdə qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1s. Bakı Əİ-nin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binası əlavə tikililərlə birlikdə qanuni əsaslarla ona məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX № ******* mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) verilmiş və texniki pasport tərtib edilmişdir. 2007-ci ildə «xxxxxxxxxxx» MMC tərəfindən, 2019-cu ildə isə «xxxxxxxxxxxxxxx» MMC tərəfindən həmin qeyri-yaşayış binasının eskiz layihələri tərtib edilmişdir. Əlavə tikililər də həmin eskiz layihələrinə uyğun aparılmışdır.Sonradan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2019-cu il tarixli İddiaçı məxsus qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi barədə sərəncam vermiş, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Texniki Komissiya tərəfindən həmin qeyri-yaşayış binasının əlavə tikililər ilə birlikdə istismara qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qəbul aktı tərtib edilmişdir. İddiaçı qeyd olunan sənədləri ərizəsinə əlavə edərək Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasına əlavə tikililərlə birlikdə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti qaydada cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallaından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən,iş üzrə cavabdeh DƏDRX 1s. Bakı Əİ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair «Etiraz»ını təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış binasının əlavə sahəsinin tikintisinə icazə verilməsi barədə qərar və X4 icazə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmamışdır və qeyri-yaşayış binasının artırılmış sahəsinin tikinti altı torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Bundan əlavə artırılmış sahə yungül konstruksiyadan olması səbəbindən daşınmaz əmlak sayıla bilməz. Bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********68 nömrəli məktub unvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixliqərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına mülkiyyət hüququ ilə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikililərlə birlikdə qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə həvalə edilməsiqərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh DƏDRX 1s. Bakı Əİ apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən iclasında iş üzrə cavabdehin nümayəndəsi İ.X.Kəlbiyeviddiaya qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəinə uyğun uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Dövlət himayəsi altında uşaq evində böyümüş 2-ci qrup əlil X8 məxsus Bül-Bül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin 6 metr genişləndirməkə yenidən qurulması üçün eskiz layihəsinə əsasən 2007-ci ildə həmin eskiz layihə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. İş materiallarında olan, 2 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorounda xx xxxxxx 2014-cü il tarixdə təsdiq olunmuş, AN-İ № ******* saylı «Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi»ndən görünür ki, həmin müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X8 verilmiş **********52-06301 reyest nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bəşir Səfəroğlu küçəsi 182A ünvanında mülkiyyətində olan 0,00582 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 55,55 kv/m olan daşınmaz əmlak X1. İş materiallarında olan, Bakı şəhəri, 6 saylı Notarit kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş, AN-İ № ******* saylı «Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi»ndən görünür ki, həmin müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X7 verilmiş **********52-06301 reyest nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bəşir Səfəroğlu küçəsi 182A ünvanında mülkiyyətində olan 0,00582 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 55,55 kv/m olan daşınmaz əmlak X2. İş materiallarında olan, Bakı şəhəri, 6 saylı Notarit kontorunda xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş, «Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi»ndən görünür ki, həmin müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X9 verilmiş **********52-06301 reyest nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bəşir Səfəroğlu küçəsi 182A ünvanında mülkiyyətində olan 0,00582 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 55,55 kv/m olan daşınmaz əmlak İddiaçı bağışlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli «Çıxarış»a əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A saylı ünvanda yerləşən, sahəsi 55,55 kv metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə xx.xx.2018-ci ildə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin tərtib etdiyi, hüquq subyekti İddiaçı olan, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi,182A ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci ildə tərtib olunmuş «Texniki pasport»una əsasən həmin qeyri-yaşayış sahəsi 18,7 kv metrlik və 36,85 kv metrlik 2 xidmət otağından ibarət olmuşdur, cəmi sahəsi 55,55 kv metr göstərilmişdir. İş materiallarında olan, sifarişçi «xxxxxxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş «Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyriyaşayış binasının eskiz layihəsinə əsasən iddiaçının mülkiyyətində olan 55,55 kv metr sahəyə malik qeyri-yaşayış binasına bitişik, sahəsi 41,20 kv metr olan tikilinin inşa edilməsi layihələndirilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən idarələrarası Texniki Komissiyanın 60 nömrəli, xx.xx.2019-cu il tarixli qəbul aktına əsasən iddiaçı Əliyev X12 rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.Müraciətə baxılan zaman müəyyən edilmişdir ki, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin RX № 1269926, xx.xx.2018-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 55,55 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan ölçmə zamanı aşkar edilmişdir ki, qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 92,0 kv.m. təşkil edir. Ümumi sənəddəki fərq göstərilən qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Göstərilənlərə əsasən Komissiya iddiaçıya məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsinin 92,0 kv metr hesablanmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 186 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İddiaçı məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 92,0 kv metr hesab edilmiş və sərəncamın surətinin iddiaçıya aid şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-ə, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, DƏDRX 1s. Bakı Əİ-nin **********68 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasına əlavə tikililərlə birlikdə texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün həmin qeyri-yaşayış binasının əlavə tikintisinə icazə verilməsi barədə qərar və X4 icazə təqdim edilməmişdir.Həmçinin təqdim edilmiş layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmamışdır və qeyri-yaşayış binasına artırılmış sahənin tikintialtı torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir, bundan əlavə artırılmış sahə yüngül konstruksiyadan olması səbəbindən daşınmaz əmlak sayıla bilməz. Beləliklə, iş materiallarından görünür ki, btirinci instansiya məhkəməsinin araşdırması ilə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman sahəsi 55,55 kv metr göstərilmişdir, həmin qeyri-yaşayış sahəsinin əlavə tikili vasitəsilə artırılması üçün eskiz layihə tərtib edilmişdir, həmin eskiz layihəyə uyğun aparılmış yenidənqurma və rekonstruksiya işləri səbəbindən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 92,0 kv metr təşkil edir, qeyd edilən faktiki sahə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə dəqiqləşdirilmiş və bu barədə qəbul edilmiş sərəncam iddiaçıya aid şəxsi hesab vərəqində dəyişiklik edilməsi üçün rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasına əlavə tikililərlə birlikdə texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, X4 icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, sonradan qeyri-yaşayış sahəsi tərtib edilmiş eskiz layihəsinə əsasən artırılmışdır və məhkəmə tərəfindən yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 82 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi eskiz layihəyə uyğun şəkildə aparılmış əlavə tikinti hesabına genişləndirilmişdir, layihədə göstərilənlərdən başqa kənaraçıxma faktı aşkar edilməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən aparılmış yenidənqurma işlərinin ölçüləri yerli icra hakimiyyəti orqanı (Nəsimi rayon İcra Hakimiyyəti) tərəfindən dəqiqləşdirilmiş və qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 92,0 kv metr hesablanması məqsədəuyğun hesab edilmişdir, bu barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 186 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəmsinin qənaəti ilə razılaşır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 182A ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikililərlə birlikdə qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar