Məhkəmə qərarları › İş №2-1(103)-1488/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1488/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1488/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2- 1(112)-6296/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə pensiya təyinatına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 saylı “ASAN xidmət” mərkəzinə güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ancaq xx.xx.2021ci il tarixdə **********5 saylı məktubla iddiaçının ərizəsinə imtina cavabı gəlmişdir. İddiaçının əmək stajı, fəaliyyəti və yaşı qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verir. Məhkəmənin 2-1(112)-6296/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinə kimi keçmiş “Bakı Alüminium- Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində, daha sonra isə xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləməsini nəzərə alaraq ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyinatı ilə bağlı iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar məhkəmənin diqqətinə çatdırılır: iddiaçı xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-6296/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. O, xx.xx.1979-cu ildə Bakı şəhəri 62 nömrəli texniki məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə yarımkeçirici sınaq qurğuların quraşdırıcı və sazlayıcı peşəsi üzrə texniki məktəbin tam kursunu bitimiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixədək Bakı şəhəri 37 nömrəli texniki peşə məktəbində təmirçi çilingər peşəsi üzrə təhsil almışdır. O, xx.xx.1974-cü ildə Bakı Aviadəstə Birliyində 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə 3-cü çilingər dərəcəsi verilmiş, xx.xx.1975-ci ildə 4-cü çilingər dərəcəsi verilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Nazirlər Sovetinin “Azrənglimetal” Birliyi Bakı alüminum-prokat zavodunda Şin prokatı sexinə 4-cü dərəcə ilə mexaniki avadanlığa xidmət üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə mexaniki avadanlığa xidmət üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə “Azenerjitikinti” trestinin “Krasnaya zvezda” HES Tikinti İdarəsinə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 2706 nömrəli Avtokolonna sərnişin daşımaları istehsalat idarəsinə “D” kateqoriyası üzrə sürücü kurslarına müdavim qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Az. SSR MAT PUPP Avtobus Parkına “D” kateqoriyası ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə təcrübə keçdikdən sonra “D” kateqoriyası üzrə 2-ci dərəcəli sürücü kimi müstəqil işə buraxılmış, xx.xx.1983-cü ildə 4 saylı Avtobus parkının adı PUPP Nəqliyyat Nazirliyinin 2706 saylı avtokolonuna dəyişdirilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Az. SSRANN-nin “Baktaksotrans” BLTD 6 saylı BTMP “B,C,D” kateqoriyalı sürücü işinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Bakı şəhəri, Əzizbəyov rayonu TTİ-35 İV dərəcə ilə çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə “Lesnoy” sovxozunun inşaat sexinə fəhlə ştatına qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Bakı AlmüminumYayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edilmiş, xx.xx.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirilmiş, xx.xx.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verilmişdir. xx.xx.2004-cü ildə işdən azad edilmişdir. Keçmiş “Bakı Alüminyum- Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC” — də xx.xx.2013 - cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-6296/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. O, xx.xx.1979-cu ildə Bakı şəhəri 62 nömrəli texniki məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə yarımkeçirici sınaq qurğuların quraşdırıcı və sazlayıcı peşəsi üzrə texniki məktəbin tam kursunu bitimiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixədək Bakı şəhəri 37 nömrəli texniki peşə məktəbində təmirçi çilingər peşəsi üzrə təhsil almışdır. O, xx.xx.1974-cü ildə Bakı Aviadəstə Birliyində 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə 3-cü çilingər dərəcəsi verilmiş, xx.xx.1975-ci ildə 4-cü çilingər dərəcəsi verilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Nazirlər Sovetinin “Azrənglimetal” Birliyi Bakı alüminum-prokat zavodunda Şin prokatı sexinə 4-cü dərəcə ilə mexaniki avadanlığa xidmət üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə mexaniki avadanlığa xidmət üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə “Azenerjitikinti” trestinin “Krasnaya zvezda” HES Tikinti İdarəsinə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 2706 nömrəli Avtokolonna sərnişin daşımaları istehsalat idarəsinə “D” kateqoriyası üzrə sürücü kurslarına müdavim qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Az. SSR MAT PUPP Avtobus Parkına “D” kateqoriyası ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə təcrübə keçdikdən sonra “D” kateqoriyası üzrə 2-ci dərəcəli sürücü kimi müstəqil işə buraxılmış, xx.xx.1983-cü ildə 4 saylı Avtobus parkının adı PUPP Nəqliyyat Nazirliyinin 2706 saylı avtokolonuna dəyişdirilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Az. SSRANN-nin “Baktaksotrans” BLTD 6 saylı BTMP “B,C,D” kateqoriyalı sürücü işinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Bakı şəhəri, Əzizbəyov rayonu TTİ-35 İV dərəcə ilə çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə “Lesnoy” sovxozunun inşaat sexinə fəhlə ştatına qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Bakı AlmüminumYayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edilmiş, xx.xx.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirilmiş, xx.xx.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verilmişdir. xx.xx.2004-cü ildə işdən azad edilmişdir. "xxxx" ASC-nin 15 fevral 2021-ci il tarixli, 03 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı 1. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi Metaləritmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092300a-18559. 2. xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi məftilçəkmə sexində metal çəkicisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal çəkicisi, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-11487. 3. xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. "xxxx" ASC-nin 15 fevral 2021-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə, xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. "xxxx" ASC-nin 22 fevral 2021-ci il tarixli, 2 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı: 1. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi metaləritmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092300a-18559. 2. xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi metalçəkmə sexində əlvan məftil çəkicisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-11487. 3. xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. "xxxx" ASC-nin 10 sentyabr 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, İddiaçı Beybalayeviç həqiqətən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinə kimi keçmiş Bakı Alüminum-yayma zavodunda, yəni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində çalışıb. xx.xx.1996-cı il tarixindən xx.xx.1994-cü il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi çilingər vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. xx.xx.2013-cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçı Beybalayeviçin də sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 31 avqust 2021-ci il tarixli, 4/1627 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində olan sorğuya cavab olaraq bildirilir ki, sorğuda qeyd olunan Bakı Alüminium yayma zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, xx.xx.2013-cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASC-nin sədri X1 4cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlərdən iş stajı ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ümumi iş stajını təsdiq edən sənədlər sırasında 2 əmək kitabçasını (bir üzlük altında tikilmiş 2 ayrı kitabça) təqdim etmişdir. İddiaçının birinci əmək kitabçası iki hissədən ibarətdir. Birinci hissə xx.xx.1974-cü ildə açılmış, xx.xx.1974-cü il tarixli əmək qeydi ilə başlayıb xx.xx.1981-ci il tarixli qeyd ilə bitir. İkinci hissə xx.xx.1981-ci ildə açılmış, xx.xx.1981-ci il tarixli qeyd ilə başlayıb xx.xx.1987-ci il tarixli qeyd ilə bitir. İkinci əmək kitabçası ИT-İ № ******* nömrəli olmaqla xx.xx.1990-cı ildə doldurulmuşdur. Adıçəkilən ИT-İ № ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasının əslinə baxış keçirilərkən əmək kitabçasının içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1990-cı il tarixindək bu günədək saxlanma müddəti (keçən 31 il) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bundan əlavə, 1990-cı ildən açılmış həmin əmək kitabçasında iddiaçının yalnız bir müəssisədə - Bakı Almüminum-Yayma Zavodunda işləməsi ilə bağlı qeydlər edilmişdir. Əmək kitabçasının rus dilindən tərcümə olunmuş nümunəsinə uyğun olaraq əmək qeydlərində iddiaçının xx.xx.1990-cı ildə Bakı Almüminum-Yayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edildiyi, xx.xx.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirildiyi, xx.xx.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verildiyi qeyd edilsə də həmin qeydlərin heç birində (qeydin altında) əmrləri verən Bakı Alüminum Yayma Zavodunun nə işəgötürəninin, nə də kadrlar şöbəsinin rəhbərinin adı və imzası qeyd edilməmişdir. Əmək kitabçasında Bakı Almüminum-Yayma Zavodundakı əmək fəaliyyəti dövrlərinin qeydləri zavodun kadr heyəti tərəfindən imzalanmamış, yalnız zavodun bazasında ASC yaradıldıqdan sonra iddiaçının xx.xx.2004-cü ildə işdən azad edilmə barədə qeydləri "xxxx" ASC-nin kadrlar şöbəsinin imzası və ASC-nin möhürü ilə təsdiqlənmişdir. İddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium-Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət yanğın baş verən sahədə heç bir təmirtikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılıb. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində "xxxx" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyridəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək gah məftilçəkmə sexində metal çəkicisi, gah metalçəkmə sexində əlvan məftil çəkicisi, gah da əlvan metal əyiricisi işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə adını qeyri-dəqiq bildiyi işçinin işlədiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********11 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, ləğv edilmiş "xxxx" dövlət Şirkətinin Bakı Alüminium Yayma zavodunun bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, ləğv edilmiş "xxxx" dövlət Şirkətinin Bakı Alüminium Yayma zavodunun bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adının qeyd edilməməsi və beləliklə də iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-6296/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Şərafət Məmmədova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar