Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1488/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı xx.xx.2009-cu il tarixdən 3-cü qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş və işin mahiyyəti üzrə baxılmasına zərurət qalmamışdır.Bu səbəbdən də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə Azərbaycan Respublikası İPMnin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət versə də, şikayət mənzil mübahisəsi ilə bağlı başqa məhkəmə prosesi ilə bağlı verildiyi müəyyən olunur. Bundan başqa iddiaçının hazırkı iş üzrə sənədlərin qaytarılması barədə ərizəsi də daxil olmuşdur. Məhkəmə Kollegiyası hazırkı iş üzrə mübahisənin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı xx.xx.2009-cu il tarixdən 3-cü qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair mübahisə olduğunu, hazırkı iş üzrə məhkəmə icraatı zamanı cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilməsi və işin mahiyyəti üzrə baxılmasına zərurət qalmaması, bu səbəbdən də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi İPM-də nəzərdə tutulmadığını, iddiaçı əslində onun marağını təmin edən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət versə də, şikayət mənzil mübahisəsi ilə bağlı başqa məhkəmə prosesi ilə əlaqədar verildiyi müəyyən olunmasını, iddiaçının hazırkı iş üzrə sənədlərin qaytarılması barədə ərizəsi də daxil olduğunu nəzərə alaraq Kollegiya hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin məzmunu Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun hazırlanmadığından və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud olmadığından apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1488/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1488/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver