Məhkəmə qərarları › İş №2-1(103)-1488/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1488/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1488/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 2524/2023 nömrəli qərarının ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində yığılmış vəsait nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3352/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “ 2013-cü ildən ərzaq payı əvəzinə kompensasiyanın dövlət pərakəndə satış qiymətlərinə uyğunlaşdıraraq pensiyaya hesablanmasına, həmçinin pensiya təyin olunan tarixdən etibarən ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın indeksləşdirilməsinə və Konstitussiya Məhkəməsi plenumunun qərarına uyğun olaraq , “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci ci maddəsinə müvafiq, sosial sığortaya cəlb olunmuş vəsaitin illər üzrə hesablanmış pensiya kapitalının pensiyaya əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin polkovnik- leytenant rütbəli ehtiyatda olan zabitdir. 2004-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmış, həmin ildən də pensiya təyin olunmuşdur. Nazirlər Kabinetinin 8 yanvar 2013-cü il tarixli 2 nömrəli Qərarına əsasən Silahlı Qüvvələrin sıravi və rəis heyəti üçün ümumqoşun ərzaq payı norması təsdiq edilmişdir, lakin ərzaq payı əvəzinə kompensasiya dövlət pərakəndə satış qiymətlərinə uyğunlaşdırılaraq pensiyasına əlavə olunmamışdır və köhnə rəqəmlə ödənilir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına əsasən əmək pensiyaçısının təminat xərcliyində artımlar, dəyişikliklər baş verdikdə onun əmək pensiyası DSMF tərəfindən yenidən hesablanır. Pensiyaya çıxdıqdan sonra 15 ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışmış və bu müddət ərzində maaşından Dövlət Sosial Sığorta Fonduna hər ay vəsait tutulmuşdur, hansı ki, həmin vəsait pensiyaya yenidən hesablanaraq, ona əlavə olunmalıdır. Ancaq DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsassız, müxtəlif bəhanələrlə bu əlavələrin pensiyasına əlavə olunmasından və pensiyanın yenidən hesablanmasından imtina edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə, “cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-2524/2023 nömrəli qərarının ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində yığılmış vəsait nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3352/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş və cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7- 2524/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində yığılmış vəsaitinin nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 4445/2024 nömrəli qərarla qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan ərizə və 3-17-1/3-7- 4445/2024 qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-2524/2023 nömrəli qərarının ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində yığılmış vəsait nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar