Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1489/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 9 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1589/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 02.09.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətairayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.05.2020-ci il tarixli ərizəsinə cavabdeh qurum tərəfindən baxılmış və əsassız olaraq müraciəti təmin edilməmişdir. Müraciəti ilə bağlı, cavabdeh təşkilat olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (Hazırkı adı: Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş **********89 saylı, 13 iyul 2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, guya göstərilən torpaq sahəsi birtərəfdən dövlət əmlakına, digər tərəfdən isə transformator binasına bitişik yaşıllıq ərazisi olmaqla, dövlət torpağıdır. Həmçinin, təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiyası və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasındauyğunsuzluq var. Cavabdeh təşkilatın müraciəti ilə bağlı imtinası əsassızdır. Belə ki, göstərilən torpaq sahəsi transformator binasına bitişik deyil və aralıda yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə bağlı cavabdeh qurumun qeyd etdiyi, transformator binasına bitişikyaşıllıq sahəsi ona məxsusdur. Göstərilən torpaq sahəsi 40 ildən artıq müddətdir ki, onun istifadəsində və sahibliyindədir. Həmçinin hal-hazırda həmin torpaq sahəsində tikilmiş bir otaqlı evdə yaşayış vardır. Həmin torpaq sahəsinə dair Xətai Rayon İcra Hakimiyyətinin 03.09.1999-cu il tarixli, 331 nömrəli müvafiq sərəncamı var və həmin sərəncamda Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 6a-da yaşayan vətəndaş İddiaçı Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0,06 ha torpaq sahəsi ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6216/2020 saylı qərardadı ilə (hakim A.Oruczadə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1589/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. 14.04.2021-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1589/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transformator binasına bitişik yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiyası və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyil. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət səhvdir. Belə ki, Azərbaycan Respubikasının Dövlət Arxivinin Bakı Filialının 612 nömrəli, 15 sentyabr 2020-ci il tarixli məktubunda Xətai Rayon İcra Hakimiyyəti Başçısının 03.09.1999-cu il tarixli, 331 saylısərəncamının təsdiq edilmiş arxiv çıxarışının məhkəməyə göndərilməsi, lakin sərəncama iddiaçıya məxsus cizgi sənədinin əlavə edilməməsi bildirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Xətai Rayon İcra Hakimiyyəti Başçısının 03.09.1999-cu il tarixli, 331 saylı “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Bakışəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 6a-da yaşayan vətəndaş İddiaçı Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0,06 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir.” Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının qeyd etdiyi ünvan 2 ünvanında ayrılmış 0,06 ha torpaq sahəsinin Xətai Rayon İcra Hakimiyyəti Başçısının 03.09.1999-cu il tarixli, 331 saylı “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə ayrılmış torpaq sahəsinin daxilində olub-olmaması araşdırılmalıdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan iddiaçının ünvan 2 ünvanında ayrılmış 0,06 ha torpaq sahəsinə dair təqdim etdiyi Xətai Rayon İcra Hakimiyyəti Başçısının 03.09.1999-cu il tarixli, 331 saylı “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” Sərəncamında qeyd olunan torpaq sahəsinin yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətində olan torpaqlar ilə, digər şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşüb-düşməməsi barədə qeyri-müəyyənlik mövcuddur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə riayət etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtinada qeyd edilən ərazinin yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olması bildirilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə qeyd edilən ərazinin hər hansı şəxsin sahəsi ilə üst-üstə düşüb-düşmədiyi araşdırılmalı və müvafiq şəxslər (dövlət orqanları) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Həmçinin cavabdeh orqan tərəfindən qeyd edilən sahənin sxematik xəritəsinin təqdim edilməsi tələb edilməlidir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən konkret koordinatlar əsasında araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlərdə mövcud olan ziddiyyətlərin araşdırılması məqsədilə hazırkı iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, çıxarışın verilməsi ilə bağlı iş üzrə əhəmiyyətli faktları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1589/2021 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1589/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətairayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1489/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1489/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver