Məhkəmə qərarları › İş №2-1(103)-1490/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1490/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1490/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 11 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X18 oğlunun iştirakları ilə, İddiaçı (xx.xx.1949-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, ünvan 1 mən. 41 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1536/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasını qanunsuz hesab edilməklə, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi və üstündəki evə vahid əmlak kompleksi kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi xx xxxxxx 1989-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum anası Ağayeva Narınc Hüseyn qızına məxsusdur. Həmin icarə müqaviləsinə əsasən 0,18 ha sahəsi olan bağ və orada inşa edilmiş ev iddiaçının anasının istifadəsinə və sahibliyinə verilmişdir.İddiaçının anası xx xxxxxx 1992- ci ildə vəfat etmişdir, açılmış vərəsəlik işi üzrə iddiaçının yeganə qanuni vərəsəsi olaraq 2 saylı Notariat Ofisi tərəfindən mübahisəli bağ evinə çıxarış verilməsi cavabdehdən xahiş edilmişdir.Lakin həmin müraciət cavabsız qaldığından iddiaçı özü də həmin məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1536/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə iddiaçı İddiaçı arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsi başqa icarə müqaviləsi əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Belə ki, İdarənin arxiv məlumatlarına əsasən xx.xx.1983-cü il tarixli, 11434 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, 197 nömrəli bağ sahəsi (0.25 hektar) xx.xx.2018-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 197 nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 adına qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi (0.25 ha) xx.xx.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Bundan əlavə, sözügedən bağ sahəsi X3 və İstismarı Birliyi tərəfindən verilmiş müqaviləyə əsasən 1800.0 kv.m göstərilsə də, faktiki sahəsi 1588.0 kv.m təşkil edir və torpaq sahəsi sənəd üzrə olan ölçüdən 212.0 kv.m azdır. Bundan başqa, sənədlərdə bağ nömrəsi “197” qeyd edilsə də, İdarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sözügedən bağ sahəsi “197b” saylı bağ sahəsinin ərazisinə uyğundur.Həmçinin təqdim edilmiş müqavilədə ad “Naringi kimi göstərilmişdir və ölüm haqqında şəhadətnamə və hər hansı əlaqəli sənəd təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, sözügedən torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan (0.12 ha) artıq ayrılmışdır. Müvafiq ünvanda inşa edilmiş yaşayış evi və köməkçi tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 oğlu apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.Əlavə olaraq, o, ərazidə bir neçə eyni nömrəli bağ sahələrinin olduğunu, onları fərqləndirmək üçün a, b hərflərin qoyulduğunu qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq,o, 197B saylı bağ sahəsi ilə bağlı müraciət edə bilmədiklərini, çünki iddiaçının müqaviləsinin 197 saylı bağ sahəsi ilə bağlı olduğunu və həmin bağ sahəsinə görə də 197 saylı bağ sahəsi ilə bağlı müraciət etdiklərini, inzibati orqanın 197B saylı bağ sahəsi ilə bağlı hər hansı bir müqavilə təqdim etməli olduğunu, ki, 197B saylı bağ sahəsinin kiminsə adına müqaviləsi var, iddiaçı 1989-cu ildən orada yaşayır, onun qonşuluğunda 185 saylı bağ sahəsində də iddiaçının qızının yaşadığını bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: - Bakı şəhəri X12 X7 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış 20091 nömrəli, xx xxxxxx 1989-cu il tarixli müqaviləyə əsasən həmin birlik X6 Türkan qəsəbəsində yerləşən 197 nömrəli, 0,18 ha sahəsi olan bağ sahəsi üzərində ümumi sahəsi 70,2 kv metr olan 2 otaqlı tikili və 6,6 kv metr sahəsi olan köməkçi tikili (mətbəx) ilə birlikdə icarəyə verilmişdir. - Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********53 nömrəli məktubuna əsasən mərhum X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanda yerləşən 197 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciəti xx.xx.2019-cu il tarixli məktubda göstərilən iradların aradan qaldırılmaması, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması, ölüm haqqında şəhadətnamənin və hər hansı əlaqəli sənədin təqdim edilməməsi, həmçinin müraciətdə qeyd edilən yaşayış evi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. - Cavabdehin xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 197 nömrəli bağ sahəsi başqa icarə müqaviləsi əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.Sözügedən bağ sahəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş müqaviləyə əsasən 1800,0 kv metr göstərilsə də faktiki 1588,0 kv metr təşkil edir.Bundan əlavə sənədlərdə bağın nömrəsi 197 qeyd edilsə də elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, sözügedən bağ sahəsi 197b saylı bağ sahəsinin ərazisinə uyğundur. Həmçinin təqdim edilmiş müqavilədə icarəçinin adı “Narıngi” kimi göstərilmişdir.Qeyd edilənlərə əsasən cavabdeh iddiaçının Ağayeva Narınc Hüseyn qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Bakı şəhəri 2 saylı notariat ofisinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 86 nömrəli məktubuna əsasən Ağayeva Narınc Hüseyn qızının 07 avqust 1992-ci ildə vəfatı ilə əlaqədar vərəsə İddiaçı Əhməd qızının xx xxxxxx 2019-cu il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.Həmin əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 197 saylı bağ evinə və torpaq sahəsinə çıxarış verilməsi cavabdehdən xahiş olunmuşdur. - Cavabdehin xx.xx.2019-cu il tarixli, **********11 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bağ sahəsinin sxematik xəritəsinə əsasən Türkan bağ massivində həm 197, həm də 197B nömrəli bağ sahələri mövcuddur və sxematik plana əsasən 197b nömrəli bağ sahəsinin üzərində tikili də mövcuddur. - Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Bakı X15 ilə Şabanov Mirzə Yusif oğlunun arasında imzalanmış 11434 nömrəli, xx.xx.1983-cü il tarixli icarə müqaviləsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlara, ******* nömrəli, xx.xx.2018-ci il tarixli ”Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 197 nömrəli bağ sahəsi (0,25 ha) xx.xx.2018-ci ildə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci ildə X9 adına qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi (0,25 ha) xx.xx.2018-ci il tarixdə İsmayılova Tünzalə Ərəstun qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda onun mülkiyyətindədir. - ünvan 6 ünvanında qeydiyyatda olan- İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkilov İsa Teymur oğlu tərəfindən cavabdehə ünvanlanmış ərizədə Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsinə dair (0.18 ha torpaq sahəsi və onun üzərindəki tikililərlə birlikdə vahid əmlak kompleksi kimi) çıxarış verilməsinə göstəriş verilməsini xahiş etmişdir. - AZ-İ № 654731 xx.xx.2014-cü il tarixdə verilmiş, ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X13 xx.xx.1992-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində (22 il sonradan) 30№-ilə qeyd edilmişdir.Öldüyü yer Basqal, İsmayıllı rayonu. (Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi) - AZ № 153807 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən Vəkilov İsa Teymur oğlu və X10 xx.xx.1969-cu il tarixdə evlənmişlər.Bu barədə Bakı şəhəri 26 Bakı Komissarları VVAQ Bürosunda xx.xx.1969-u il tarixdə 753 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı ilkin olaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi və üstündəki evə vahid əmlak kompleksi kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkilov İsa Teymur oğlu tərəfindən cavabdehə ünvanlanmış ərizədə Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsinə dair (0.18 ha torpaq sahəsi və onun üzərindəki tikililərlə birlikdə vahid əmlak kompleksi kimi) çıxarış verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olsa da, məhkəmədə iddia qaldırmazdan əvvəl iddiaçının nümayəndəsi tərəfindən cavabdeh inzibati orqana Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsinə dair (0.18 ha torpaq sahəsi və onun üzərindəki tikililərlə birlikdə vahid əmlak kompleksi kimi) çıxarış verilməsi ilə bağlı müraciət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan xx.xx.1983-cü il tarixli, 11434 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, 197 nömrəli bağ sahəsi (0.25 hektar) xx.xx.2018-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 197 nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 adına qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi (0.25 ha) xx.xx.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 197 saylı bağ sahəsi üzərində digər şəxsin X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki iddiaçı cavabdeh orqana müraciətində Xəzər rayonu bağ massivində yerləşən 197 saylı bağ sahəsi (0,18 ha torpaq sahəsi və onun üzərindəki tikililərlə birlikdə əmlak kompleksi kimi) çıxarış verilməsini xahiş etmiş, iddia tələbi kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi və üstündəki evə vahid əmlak kompleksi kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmiş, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh orqana müraciəti olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri X12 X7 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış 20091 nömrəli, xx xxxxxx 1989cu il tarixli müqavilənin ilk vərəqində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Mənzil Fondunun və X2 şöbəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əsli ilə düzdür künc ştampı vurulmuşdur. Həmçinin, həmin müqavilədəki icarədarın imzası ilə iddiaçının nümayəndəsi Vəkilov İsa Teymur oğlunun cavabdeh orqana müraciətindəki imzanın vizual baxışdan eynilik təşkil etdiyi müəyyən edilir. Yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə iddiaçı İddiaçı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar