Məhkəmə qərarları › İş №2-1(103)-1490/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1490/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1490/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə yerləşmə çizgisinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1620/2021 saylı qərarından cavabdehin nümayəndəsi Y.Nəcəfli tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 01 oktyabr 1994-cü il tarixli 3160 saylı sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsində 2-ci massivdə 600 kv.metr fərdi ev tikmək üçün iddiaçıya verilmiş torpağın yerləşmə cizgizisinin, həmçinin tikilmiş və lahiyəsi olan evin cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 26.10.2020-ci il tarixli qərardadı ilə 13.11.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış masssivi ünvanda yerləşən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi hazırda İddiaçı istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası 27.01.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Cavabdeh başçısının 01 oktyabr 1994-cü il tarixli 3160 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1620/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh başçısının 01 oktyabr 1994-cü il tarixli 3160 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan cavabdehin nümayəndəsi Y.Nəcəfli apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyadsiya şikayətinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan acavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1620/2021 saylı qərarın surəti 01.02.2021-ci il tarixdə tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən qərarın surəti 09.02.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək alınmış və 05.04.2021-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir, apelyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə cavabdeh tərəfindən verilməmişdir. Göründüyü kimi qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin tamam olmasından sonra təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilməsi məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (24.3). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (24.5). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir (24.6). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Y.Nəcəfli tərəfindən Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1620/2021 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin nümayəndəsi Y.Nəcəfli tərəfindən Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1620/2021 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar