Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1490/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminə əsasən fərdi yaşayış evinin ayrıca qeydiyyatının aparılmaqla yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X12 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edilir ki, xx.xx.2000-ci ildə vəfat etmiş X7 vərəsəsi Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 16-da yaşayan oğlu X2r və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi (Qədirli) ünvanında yerləşən 16/73 nömrəli fərdi yaşayış evinin 2/3 hissəsindən ibarətdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03656 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi 2/3 hissədə X3, 1/3 hissədə isə X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. 13.02.2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 2/3 hissəsini oğlu X16 bağışlamışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 380.2 kv.metr sahədən ibarət fərdi yaşayış evi 2/3 hissədə X1, 1/3 hissədə isə X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 3 ünvanının bölgü sxemi tərtib edilmişdir. Həmin sxemdə aparılmış qeyddən görünür ki, bölgü sxemi vətəndaşın göstərdiyi sahələrə uyğun və sahələrin çıxarışda kv.m-lə qeyd olunması üçün tərtib olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Yasamal rayonu, B.Səfəroğlu küçəsi/Qədirli küçəsi, ev 16/73 (keçmiş Şors - 1ci Razyezdnoy 16/73) ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxeminə əsasən ona aid olan (təkbaşına sahiblik və istifadəsində olan) 2/3 hissəsinin - evin həmin hissəyə uyğun ona məxsus əsas və köməkçi tikililərinin (evin X20 məxsus tikili hissəsi - xx.xx.2022- ci il tarixli 04/7500 inventar nömrəli texniki pasportda “A" literi ilə işarələnmiş tikilinin "11" rəqəmi ilə işarələnmiş sahəsi 7,5 kv.m. olan otağı və "12" rəqəmi ilə işarələnmiş sahəsi 13,7 kv.m. olan otağı - cəmi 21,2 kv.m.-dən ibarət yaşayış sahəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca qeydiyyatın aparılması və bunun hüquqi/texniki sənədlərdə (çıxarış və texniki pasportda) əks olunması (Çıxarışın "hüquq sahibinin payı" hissəsində adına olan qrafanın qarşısında yazılması), buna dair iddiaçıya yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, elektron çıxarışı vardır. Mülk ona əri X13 2023-cü ilin oktyabrında ölümündən sonra vərəsəlik yolu ilə keçmişdir. Həmin mülk mərhum ərinin ata-baba mülkü olmuşdur. Mərhum ərinə də öz doğma atasından bağışlanma yolu ilə keçmişdir. Notariat qaydasında bağışlama əməliyyatından sonra əri sözügedən əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmış və ona mülkiyyət hüququnun xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarışdan görünür ki, fərdi yaşayış evinin 380.2 kv.m-dən ibarət yaşayış və yardımçı sahəsi (221.7+158.5=380.2), həmçinin 244.2 kv.m.-dən ibarət həyətyanı tikili və qurğuları (3 ədəd qaraj, 2 ədəd sanitar qovşağı, 2 ədəd talvar.hasar və taxta qapı) üzərində əri X13 və digər payçı X19 paylı mülkiyyət hüququ vardır və 2/3 hissədə pay xx.xx.2014cü il tarixli ********** qeydiyyat nömrəsinə əsasən ərinə məxsus olmuşdur. Çıxarışdan isə görünürdü ki, X19 payının sonuncu qeydiyyat tarixi yoxdur. Qeyd edilir ki, iddiaçının mərhum əri xx.xx.2022-ci il tarixində əmlakın təkrar qeydiyyatını aparmışdır və torpaq sahəsi də mülkiyyətə verilmişdir. Bildirilmişdir ki, ərinin vəfatından sonra iddiaçı sözügedən mülkü vərəsəlik yolu ilə qəbul etmiş, hüququnu qeydiyyata aldıraraq çıxarış almışdır. Həmin çıxarışda iddiaçı və X25 payçılar olaraq göstərilirlər. Qeyd edilir ki, X19 payı formaldır. Evin iddiaçının mərhum qayınatası və ərinin sağlığında, eləcə də, hal-hazırda 380.2 kv.m.-dən ibarət yaşayış və yardımçı sahəsi (221.7+158.5=380.2), həmçinin 244.2 kv.m.-dən ibarət həyətyanı tikili və qurğuları X20 məxsus kiçik bir hissə istisna olmaqla, faktiki olaraq iddiaçının ailəsinin sahibliyində və sərəncamında olmuşdur, hazırda da belədir. Yaşayış və yardımçı sahəsində iddiaçı və ailə üzvləri, həmçinin istifadə hüquqları əsasında baldızı öz uşaqları ilə birlikdə yaşayır, buradan istifadə edilir. Bütün dövlət vergiləri və ödənişləri, kommunal xərclər artıq yetmiş ilə yaxındır ki, iddiaçı və ailəsi tərəfindən ödənilmişdir. Həyətyanı tikili və qurğulardan da istifadə edilir. İddiaçının məlumatına görə, Ana X5 yaşadığı tikili hissəsi 2 kiçik otaqdan ibarət olmuşdur. Belə ki, sonuncu dəfə X19 istifadə etdiyi tikili hissəsi evin "A” tikilisinin B.Səfəroğlu küçəsinə çıxışı olan 30.5 kv.m.-lik sahəsi (tikitialtı sahə ölçüsü) olmuşdur. Ana X22 olaraq bu hissədən istifadə etmiş, sonra isə başqa bir ünvana köçmüşdür. Haraya köçməsi və kiminlə yaşaması barədə məlumat yoxdur. Hal-hazırda həmin tikili hissəsi boşdur və buradan heç kim istifadə etmir. Evin tikilisinin həmin hissəsi Texniki Pasportlarda "A” tikilisinin 1-ci mərtəbəsinin (birmərtəbəli hissəsinin) 11 və 12 literləri kimi qeyd edilmişdir ki, "11" literi Texniki Pasportlarda 7.5 kv.m.-dən ibarət mətbəx sahəsi, "12" literi isə 13.7 kv.m.dən ibarət yaşayış sahəsi kimi göstərilmişdir. Qeyd edilir ki, mərhum əri xx.xx.2022-ci il tarixində əmlakın təkrar qeydiyyatını apararkən ona verilmiş Texniki Pasportda da "11" və "12" literli sahələr də öz əksini tapmışdır. 2023-cü ildə iddiaçının əri ölümündən əvvəl ümumi mülkiyyətdəki payının naturada bölgüsünün aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə əmlakın bölgüsünü aparıb və onlara məxsus hissələri digər payçıya məxsus olan "11" və "12" saylı literlərdən ayırmışdır. İdarə tərəfindən ərinə müvafiq bölgü sxemi də təqdim olunmuşdur. Lakin əri digər payçını tapa bilmədiyindən, bölgünü notariat qaydasında qarşılıqlı razılaşma ilə təsdiq etdirə bilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi bölgü sxemindən və mülklə bağlı indiyə kimi tərtib olunmuş Texniki Pasportlardan görünür ki, X20 məxsus tikili hissəsinin ayrıca giriş-çıxışı vardır. Bölgü sxemindən görünür ki, yalnız 30.3 kv. metrlik tikili hissəsindən başqa bütün digər tikililər (əsas və yardımçı) iddiaçının sahiblik və istifadəsindədir. 2023-cü ilin sentyabr ayında iddiaçının əri sağ ikən cavabdeh orqana yazılı ərizə ilə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxeminə əsasən onlara aid olan hissəsinin - evin iddiaçıya məxsus əsas və köməkçi tikililərinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca qeydiyyatının aparılmasına və bunun hüquqi/texniki sənədlərdə əks olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin əri 2023-cü ilin 16 oktyabrında vəfat etdiyi üçün işləri tamamlaya bilməmişdir. Daha sonra vərəsəlik rəsmiləşdirilməsi işlərini apardıqları üçün məhkəmə müraciət edə bilməmişdirlər. Qeyd edilir ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli ərizəsi iddiaçıya ərinin vəfatından sonra gəlib çatmışdır. Ərizədə bildirilmişdir ki, "müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından müraciətinizdə qeyd olunan məsələ ilə bağlı digər payçının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafıqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir." İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina dəlili əsassızdır. Belə ki, onun pay hissəsi ilə bağlı sərəncam vermək fikri yoxdur. Yalnız yaşadıqları tikili hissələrinin Çıxarış və texniki sənədlərdə əks olunmasını istəyir. Bununla bağlı cavabdeh orqanın formalaşmış inzibati praktikası vardır. Belə ki, hər bir payçı daşınmaz əmlakın dövlər reyestri orqanına müraciət edərək öz tikili hissəsinin çıxarışa daxil edilməsini tələb edə bilər və bunun qarşılığında da onun hissələri daşınmaz əmlakın dövlət reyestri orqanının mütəxəssisləri tərəfindən yerində/naturada faktiki müayinə olunaraq müvafiq qeydlər edilir, daha sonra bunlar reyestr baza məlumatlarına işlənir və müraciət edən şəxsin hüquqi və texniki sənədlərində əks etdirilməklə ona təqdim olunur.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş bölgü sxemi notariat qaydasında təsdiqlənməmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılarkən məlum olmuşdur ki, texniki pasportda “A” tikilisi kimi qeyd olunan tikilinin bir hissəsi yaşayış, digər hissəsi qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Həmçinin “C”, “D”, “E” tikililəri də qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, iddiaçı pay hissəsi ilə bağlı sərəncam veriməsini tələb etmir. Yalnız, yaşadığı tikili hissələrinin çıxarış və texniki sənədlərlə əks olunmasını tələb edir. Cavabdeh orqanın tərtib etdiyi bölgü sxemindən və texniki pasportlardan göründüyü kimi X20 məxsus tikili hissəsinin ayrıca giriş-çıxışı vardır. Belə ki, iddiaçı öz yaşayış sahəsinə həm B.Səfəroğlu küçəsi, həm də Qədirli küçələri tərəfindən girişi vardır. İndiyə kimi birgə mülkiyyət yalnız sənəd üzərində olmuşdur. İddiaçının ayrıca sanitar qovşağı, fərdi köməkçi sahələri vardır. Digər payçıya aid otaqların da giriş-çıxış qapısı ayrıcadır və birbaşa həyətə və ya küçəyə açılır. Yəni, iddiaçı bölgü aparılmasını deyil, ona məxsus tikili hissələrinin texniki pasport və çıxarışda əks etdirilməsini tələb edir.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə iclasının təxirə salınması ilə bağlı hər hansı bir üzurlu səbəb göstərməmişdir. Ona görədə məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
23. Belə ki, birinci instansiya məhkəməsində verilən iddia tələbindən görünür ki, iddiaçı Yasamal rayonu, B.Səfəroğlu küçəsi/Qədirli küçəsi, ev 16/73 (keçmiş Şors - 1-ci Razyezdnoy 16/73) ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxeminə əsasən ona aid olan (təkbaşına sahiblik və istifadəsində olan) 2/3 hissəsinin - evin həmin hissəyə uyğun ona məxsus əsas və köməkçi tikililərinin (evin X20 məxsus tikili hissəsi - xx.xx.2022- ci il tarixli 04/7500 inventar nömrəli texniki pasportda “A" literi ilə işarələnmiş tikilinin "11" rəqəmi ilə işarələnmiş sahəsi 7,5 kv.m. olan otağı və "12" rəqəmi ilə işarələnmiş sahəsi 13,7 kv.m. olan otağı - cəmi 21,2 kv.m.-dən ibarət yaşayış sahəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca qeydiyyatın aparılması və bunun hüquqi texniki sənədlərdə əks olunması, buna dair iddiaçıya yeni çıxarışın və texniki pasportun verilməsini tələb edir.
24. İddiaçının dəlili isə ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi üzrəində əri X13 və digər payçı X19 paylı mülkiyyət hüququ vardır. Lakin, X19 payı formaldır. Belə ki, 380.2 kv.m.-dən ibarət yaşayış və yardımçı sahəsi (221.7+158.5=380.2), həmçinin 244.2 kv.m.-dən ibarət həyətyanı tikili və qurğuları X20 məxsus kiçik bir hissə istisna olmaqla, faktiki olaraq həmişə iddiaçının ailəsinin sahibliyində və sərəncamında olmuşdur, hazırda da belədir.
25. Cavabdeh orqan isə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Hazırda isə digər payçı X19 belə bir razılığı mövcud deyildir.
26. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Bakı şəhəri, B.Səfəroğlu küçəsindəki saylı 16/73 fərdi yaşayış evi mülkiyyət hüququ ilə X9, X10 və X14 məxsus olmuşdur. İddiaçının mərhum əri X13 nənəsi X17 həmin evin 2/3 hissəsini notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında X4 və X8 almışdır. Yəni X15 həmin evin özünə aid olan hissəsini satmadığına görə fərdi yaşayış evinin 1/3 hissəsi üzərində onun mülkiyyət hüququ saxlanılmışdır. Sonradan həmin hüquqlar Yasamal rayon Məhkəməsinin 01 fevral 2015-ci il tarixli qətnaməsi əsasında DƏDRXD-də qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. 26 fevral 2000-ci ildə X17 vəfat etmiş və onun qeyd olunan fərdi yaşayış evinin 2/3 hissəsində olan payı övladı X18 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş və mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir.13 fevral 2014cü ildə X24 fərdi yaşayış evinin 2/3 hissədə mülkiyyət hüququ tanınmış paynı övladı X16 bağışlamış və sonuncunun adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. xx.xx.2023-cü ildə X21 vəfat etdiyinə görə üzərində 2/3 hissəsində mülkiyyət hüququ tanınmış fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, fərdi yaşayış evinin 2/3 hissəsinə ayrıca mülkiyyət hüququna dair çıxarış verilsin və həmin çıxarışda onun adı 2/3 hissəyə münasibətdə tam payçı kimi göstərilsin. İddiasını onunla əsaslandırmışdır ki, X15 1/3 hissəsinin onun sahibliyində olan fərdi yaşayış evinə hər hansı bir aidiyyatı yoxdur və Anaxanımın olduğu yer məlum deyil.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni qeyd olunan maddi hüquq normaları ilə əsaslandırır.
28. Belə ki, Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
29. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
30. Qanunvericiliyin normalarına əsasında məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi təqdim etdiyi bölgü sxemi yalnız iddiaçının iradəsini əks etdirməklə onun verdiyi məlumatlar əsasında tərtib edilmiş, digər payçının razılığı alınmamış və notariat qaydasında təsdiqlənməmişdir. Nəzərə alınmallıdır ki, X6 fırdi yaşayış evində olan 1/3 hissəsinə Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda qeyd olunan bölgü sxemi ümumi paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.