Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1491/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 (Müdafiə Nazirliyi Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin rəisi ədliyyə polkovniki) iştirakları ilə, İddiaçı (xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş, ünvan 1 mən. 96 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan – Bakı şəhəri, Yasamal ray., A.Şərifzadə küç., ev 58, mən. 8) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrə dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli, 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (1993-1997-ci illərdə kursant kimi, 1997-xx.xx.2018-ci illərdə zabit kimi). 2005-ci il tarixdən xx xxx 2018-ci il tarixədək N (indiki 159№-li) hərbi hissədə xidmət etmişdir. Səhhəti şöbə rəisinin funksional vəzifə borcunu tam həcmdə yerinə yetirməyə imkan vermədiyinə görə o, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 №-li əmri ilə səhhəti ilə əlaqədar olaraq N №-li hərbi hissədə şöbə rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissəyə aşağı pul təminatlı vəzifəyə təyin edilmişdir. Belə ki, iddiaçı 1998-ci ilin sentyabr ayında “Sağ ağ ciyərin aşağı payının ocaqlı vərəmi, infiltrasiya fazasında KB(-)’’ diaqnozu ilə, 1999-cu il yanvar ayında, 1999-cu ilin iyul ayında 2 №-li Mərdəkan Vərəm əleyhinə sanatoriyada, 1999-cu ilin iyun ayında isə N №-li hərbi hissədə müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli müvafiq qərarı ilə “hərbi xidmətə cuzi məhdudiyyətlə yararlı” hesab edilmişdir. 2013-cü ilin may ayında ona “Qalxanvari vəzin düyünlü uru, hipotireoz” diaqnozu təyin edilmişdir. Lakin N №-li hərbi hissədə şöbə rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissədə aşağı pul təminatlı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 №-li əmrində səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilməyi öz əksini tapmamışdır. Hesab edir ki, adıçəkilən əmrdə müvafiq dəyişiklik edilməli və onun səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilməsi qeyd edilməlidir. N №-li hərbi hissədən N №li hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 №-li əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması üçün göstəriş verilməsi xahişi ilə o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2019-cu il tarixli məktubla imtina cavabı verilmişdir. Verilmiş imtina cavabını qanunsuz və əsassız hesab edir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia müddəti keçdiyindən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadı ilə (.(hakim F.Mədətli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrə dəyişiklik edilməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nə İPM-nin tələblərinə, nə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarının tələblərinə heç bir əhəmiyyət verməyərək qanunsuz, əsassız və ədalətsiz qərardad qəbul etmişdir ki, həmin qərardad da apellyasiya instansiya məhkəməsində ləğv olunmalıdır.Cavabdeh tərəfindən məhkəməyə nə inzibati akt, nə də onunla tanış olmasına dair əmrlərlə tanış olma kitabından çıxarışı məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq, o, mübahisələndirilən əmrin 2018-ci ilə aid olduğunu, əmrdə “xəstəliyinə görə” sözlərinin daxil edilmədiyini, bunun ona sonradan məlum olduğunu, əmrin ona təqdim edilmədiyini, sadəcə olaraq, ona xəstəliyinə görə başqa yerə təyin olunduğunun bildirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.Əlavə olaraq, o, əmrin iddiaçıya elan olunduğunu, təhvil təslim olunduğunu və bundan sonra iddiaçının başqa hərbi hissəyə göndərildiyini bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaət səhvdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərardadında qeyd etmişdir ki, “göründüyü kimi iddiaçı “Region” X1 1-ci şöbənin rəisi vəzifəsində xidmət keçmiş, xx xxx 2018-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən digər hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün vəsatət qaldırılmışdır. İddiaçı başqa xidmət yerinə təyin olunmasına dair təyinat vərəqəsini xx.xx.2018-ci il tarixdə qəbul edərək, buna dair göndərilən xidmət sənədlərinin uçotu jurnalında imzası ilə təsdiq etmişdir. Lakin buna baxmayaraq xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, başqa hərbi hissəyə keçməsinə dair əmrə müvafiq dəyişikliyin edilməsini tələb etmişdir. Bununla da əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana xx.xx.2019-cu il tarixdə (hakim M.Hacıbəyova) xx.xx.2019 (hakim M.Hacıbəyova) və xx.xx.2019-cu il (hakim M.Hacıbəyova) tarixlərdə məktublar ünvanlanaraq, iddiaçıya Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 nömrəli əmrinin iddiaçıya təqdim edilməsinə (rəsmi elan edilməsinə) dair sübutun məhkəməyə təqdim edilməsi tələb edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən əmrin xx.xx.2018-ci il tarixdə elan edilməsi və imza etməklə təyinat vərəqəsinin qəbul edilməsi barədə müvafiq jurnaldan təsdiq edilmiş çıxarış məhkəyəmə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə Hakim F.Mədətli tərəfindən sorğu ünvanlanaraq xx.xx.2018-ci il tarixli 0244 nömrəli əmrin təsdiq olunmuş surəti və əmrin iddiaçıya təqdim edilməsi(rəsmi elan olunması) barədə sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən cavabdeh orqana təkrar sorğu ünvanlanmışdır.(hakim F.Mədətli) Sorğuda xx.xx.2018-ci il tarixli 0244 nömrəli əmrin təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh orqan tərəfindən məhkəmənin sonuncu sorğusuna cavab daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş uçot jurnalından çıxarışdan iddiaçının xx.xx.2018-ci il tarixdə 2 sənəd – forma 6 nömrəli ailə tərkibi haqqında arayışı və xidmət yerinə təyin olunduğuna dair təyinat vərəqəsinin qəbul edildiyi müəyyən edilsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 nömrəli əmrinin iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə cavabdeh orqana sorğu ünvanlanmasına baxmayaraq, cavabdeh orqan tərəfindən mübahisələndirilən əmrin surəti məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə mübahisələndirilən - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 nömrəli əmri iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan sənədlərin təqdim olunmasına zərurət olduğu qənaətinə gəlsə də, göndərmiş olduğu sorğulara cavab tam şəkildə daxil olmadan və mübahisələndirilən inzibati akt iş materiallarına əlavə edilmədən əsassız olaraq iddia tələbinin mümkün sayılmaması barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən inzibati aktın və iddiaçının həmin aktla tanış olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi birinci instansiya məhkəməsi tərəfindən inzibati icraat zamanı yol verilmiş prosessual pozuntu kimi qiymətləndirilir və yuxarıda qeyd edilmiş hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Odur ki, işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə yanlışdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual normaların pozulması ilə qəbul edilməsi barədə dəlili ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli, 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi üzrə inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1491/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1491/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver