Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1491/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1983-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. TSEK-Müayinələr: - xx.xx.2018-ci il tarixində onurğanın ostexondrozu. Onurğanın yayılmış osteoxondrozu. Davamlı köksük ağrı sindromu ilə L4-L5 və L5-Sq fəgərə arası disklərin sol tərəfli yırtıqlarının xaric edilməsi. Cərahiyyə əməliyyatından sonrakı vəziyyət. Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (2.3.3. əlin və ya pəncənin iflici. bir ətrafın nəzərəçarpan parezi G83.0, G83.2) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. başqa rubrikalarda təsnif olunmayan ağrı. Xroniki ağrı sindromu. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Qulaqcıqarası çəpərin qüsuru, AUQ. Qulaqçıqarası çəpər defektinin korreksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2021-ci il). LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Onurğanın osteoxondrozu. Ürək çatışmamazlığı. Xroniki üzərk çatışmazlığı. LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, remisiya dövrü, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri. LVEF-60% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Oynaqların kontrakturası. Kəskin ağrı. Bel-oma kələfinin zədələnməsi. Birincili ikitərəfli qonartroz. Yeriş və hərəkət pozğunluqları diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
3. “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışa əsasən İddiaçı F43.1 postravmatik stress pozuntusu diaqnozu müəyyən edilmişdir (daxil olma tarixi – xx.xx.2021, çıxma tarixi – xx.xx.2021)
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Xüsusi Həkim Ekspertizası Komissiyasının “Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Xüsusi Həkim Ekspertiza Komissiyasının Qərarına” əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 2011-2017-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğın mühafizə xidmətində xidmətdə olmuş, xəstəliyi ilə əlaqədar >i imətkeçməsinə xitam verilmiş 1983-cü il təvəllüdlü vətəndaş İddiaçı xidmət dövründə keçirdiyi və xx.xx.2016- xx.xx.2016 və xx.xx.2017-xx.xx.2017- cı il tarixlərində Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalında müvafiq olaraq stasionar müalicə aldığı “İkitərəfli vertebrogen lümboişialgiya, kəskin ağrı sindromu ilə. Nevrotik reaksiyalar, vegetativ əlamətlərlə, somatogen mənşəli” və “Vertebrogen torako-lumboişialgiya, kəskin ağrı sindromu ilə. L4 və L5 fəqərələrinin hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət”, Respublika Neyrocərrahlıq Xəstəxanasında xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində stasionar müalicə aldığı “Bel fəqərələrinin osteoxondrozu. L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqları. Cərrahi əməliyyatdan sonrakı vəziyyət" və xx.xx.20107-ci il tarixində ambulator müalicə aldığı “Bel və döş fəqərələrinin osteoxondrozu. L4-L5vəL5-S1 fəqərəarası yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol pəncənin açıcılarının parezi. Th7-Th8 və Th8-Th9 fəqərəarası disklərin yırtığı”, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində isə Azərbaycan Tibb Universitetinin X8 Nevrologiya kafedrasında Səhiyyə Nazirliyinin Baş nevroloqu, professor Ş.İ.Mahalov tərəfindən müayinədən sonra qoyulmuş və “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri”, xx.xx.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb xidməti Xüsusi həkim ekspertiza komissiyasında şəhadətləndirilərkən təyin edilmiş “Onurğa sütununun yayılmış osteoxondrozu, polidiskozu, Thy-Ths və Th8-Th9 fəqərəarası disklərin yırtıqları, L5-S1 fəqərəarası diskin residiv yırtığı, L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyaları. L4 və L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarası disklərin yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2017) sonrakı vəziyyət. Xroniki bel-oma radikulopatiyası, natamam remissiya mərhələsində, funksiyaların mülayim dərəcədə pozulması ilə. Xroniki B virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyasının cüzi dərəcədə pozulması ilə. Neyrosirkulyator distoniya, kardial tip”, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə aldığı “Diskogen radikulopatiya, L4-L5 və L5-S1 fəqərəarası disk yırtıqlarının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sol aşağı ətrafın monoparezi. Onurğanın osteoxondrozu. Ensefalopatiya. Nevrozabənzər sindrom ifadəli asteno-nevrotik hal” və xx.xx.2021 -ci il tarixlərində Respublika Neyrocərrahlıq Xəstəxanasında müalicə aldığı “Boyun-bel-oma osteoxondrozu. C3-C4, C4- C5, L4-L5 və L5-S5 fəqərəarası disklərin protruziyaları. Keçirilmiş L4-L5 və L5-Sı fəqərəarası disklərin soltərəfli yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət” (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubu və 2 nömrəli göndərişi, Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalının 5586 və 3642 nömrəli xəstəlik tarixindən çıxarış epikrizləri, Respublika Neyrocərrahlıq Xəstəxanasının 441 və 4278 nömrəli stasionar kartından çıxarış, Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyasının xx.xx.2017-ci il tarixli 01693 nömrəli xəstəlik haqqında şəhadətnaməsi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının çıxarış epikrizi, 5874 nömrəli tibb kitabçasında olan qeydlər və XHEK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Xəstəlikdir, xidmət dövründə alınmışdır” və xidmətdən buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixlərində Bakı Sağlamlıq Mərkəzində stasionar müalicə aldığı “Qulaqcıqarası çəpərin qüsuru. Sol mədəcik çatışmazlığı, ll-lll funksional sinif. Digər ikincili ağciyər hipertenziyası” və bununla əlaqədar xx.xx.2021-ci il tarixində icra olunan “Qulaqcıqarası çəpərin qüsurunun ləğvi” cərrahi əməliyyatı, xx.xx.2021-ci il tarixində Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 müayinədən sonra qoyulmuş “Anadangəlmə ürək qüsuru. Qulaqcıqarası çəpər defektinin korreksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2021). Mitral çatışmazlıq, İİ dərəcə, Trikuspidal çatışmazlıq, İ dərəcə. Xroniki ürək çatışmazlığı, İİ (ikinci) funksional sinif, xx.xx.2021-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığı “Posttravmatik stress pozuntusu” (Bakı Sağlamlıq Mərkəzinin L0088062-Y210000987 nömrəli epikrizi, Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli müayinə vərəqi, Respublika Psixiatriya Xəstəxanasının çıxarış epikrizi və XHEK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Ümumi xəstəlikdir”.
5. “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, 1494 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F06.2
6. “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, 4312 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, şizofreniyayabənzər epizodlar, tez tez qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0
7. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) zahirən narahatdır. Ətrafa qarşı şübhəlidir. Ünsiyyətə həyəcanlı halda daxil olur. Bildirir ki, “gözümün qabağına 2 metr hündürlüyündə qaraltı gəlir, deyirlər ki, sən necə rahat yaşayırsan, qardaşların həlak olub”. Əhval-ruhiyyə fonu qeyri-stabildir. Emosional labildir. Təfəkkürü torpiddir. Tənqidi münasibəti natamamdır. Şöbədə olan zaman Ketilept, Karbamazepin, Deprazin qəbul edib. - (Əsas diaqnoz) F06.2 üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi şizofreniyaya bənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) - (Yanaşı xəstəliklər) M24.5 oynaqların kontrakturası; R52.0 kəskin ağrı, digər rubrikalarda təsnif olunmayan ağrı, G54.1 bel-oma kələfinin zədələnməsi, bel-oma kələfinin zədələnməsi; R26.8 hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş və hərəkət pozğunluqları; Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, digər cərrahi əməliyyatdan sonrakı hallar; G40 epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə); M17.0 birincili ikitərəfli qonaqtroz, birincili ikitərəfli qonaqtroz - Həkim müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə F06.2 üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) müəyyən edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə əlilliyinin yenidən təyin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
9. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən – sonuncu müayinə tarixindən sağlamlıq imkanlarının pozulmasının fazi dərəcəsinin (əlillik dərəcəsinin) öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı FHN-nin hərbi hissəsində 2011- 2016-cı illərdə xidmət etmiş və 2016-cı il tarixdə hərbi xidmət zamanı xəsarət almışdır. Fövqaladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № 01693 saylı şəhadətnaməyə əsasən Bel fəqərələrinin osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqların xaric edilməsi əməliyyatı keçirmişdir. İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarərtmə Birliyi Respublika Neyrocərrahiyə X11 X12 Tibbi Kartından № 279 saylı epikriz çıxarışına əsasən fəqərəarası diskin sol paramedian-lateral foraminal yırtığı, sinir kökcüyünün sıxılması müşahidə olunmuşdur. İddiaçı 2022-ci il tarixdə Cəbrayıl Füzüli istiqaməti uğrunda gedən ağır döyüşlər zamanı ağır xəsarətlər almış, qapalı kəllə beyin, diz qapaqlarından yaralanmışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli müayinəsinə əsasən oynaq daxilində və suprapatellar bursaya uzanan mayə yığıntısı, medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya, lateral meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya, femurun orta hissəsində subxondral sümükdə 2-3 mm ölçüdə osteoxondral zədələnmə, dizin ön hissəsində dəri, dərialtı yumşaq toxumalarda ödem müəyyən olunmuşdur. Əlilliklə bağlı sosial arayışa əsasən iddiaçıya xx.xx.2018-ci il tarixindən İİİ dərəcəli əlliyik müəyyən olunmuşdur. 2023-cü ilin noyabr ayında növbəti müayinə tarixi təyin olunmuşdur. İddiaçı müayinədən 3 dəfə keçsə də, hər dəfə diaqnoz əlillik əlamətinin təyin edilməməsi səbəbindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri tamailə qanuna ziddir və əsassızdır.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinələrinin də həyata keçirilməsi ilə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göndərişdə tibb müəssisəsinin həkim komissiyası tərəfindən vətəndaşa əlillik təyin edilməsi üçün müəyyən olunan diaqnozlar F06.2-Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Üzvi Şizofreniyaya bənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə ( ayda 7-8 dəfə), yanaşı xəstəlik isə M24.5, R52.0, G54.1 Z98.8, ağırlaşma kimi isə G40 XBT kodu olan xəstəliklər müəyyən edilsə də, TSEK tərəfindən əyani qiymətləndirmə zamanı adıçəkilən xəstəlikləri təsdiqləyən instrumental müayinə nəticələrinə əsasən əlillik səviyyəsində patofunksional dəyişiklik müəyyən edilməmişdir. Həmçinin göndətişdə qeyd olunan əsas və əlavə xəsdəliklərin XBT kodları da hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında əlillik təyin olunmasına əsas verən xəsdəliklərin arasında qeyd olunmamışdır. Ar NK-in Əlilliyin qiymətləndirilməsi qaydaları haqqında 16 yanvar 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digət simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2021-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (“Respublika Psixiatriya Xəstəxanası” X19, 2 nömrəli X6, Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
14. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu (F06.2)) 3 ildən artıq müddətdir (2021-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir.
15. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
23. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.8-ci bəndinə əsasən digər polinevropatiyalar, 13.5.1-ci bəndinə isə boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosialekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlarəsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
27. “İnzibati icraat haqqında” Qanunun:
2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Əvvəla Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən – sonuncu müayinə tarixindən sağlamlıq imkanlarının pozulmasının fazi dərəcəsinin (əlillik dərəcəsinin) müəyyən edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasından ibarətdir.
37. İşin faktiki hallarından görünür ki, İddiaçı münasibətdə TSEK-Müayinə sənədlərinə əsasən xx.xx.2018-ci il tarixində onurğanın ostexondrozu. Onurğanın yayılmış osteoxondrozu. Davamlı köksük ağrı sindromu ilə L4-L5 və L5-Sq fəgərə arası disklərin sol tərəfli yırtıqlarının xaric edilməsi. Cərahiyyə əməliyyatından sonrakı vəziyyət. Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (2.3.3. əlin və ya pəncənin iflici. bir ətrafın nəzərəçarpan parezi G83.0, G83.2) təyin edilmişdir.
38. “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1494 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F06.2
39. “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4312 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, şizofreniyayabənzər epizodlar, tez tez qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0
40. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır.
41. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır.
42. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1) Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir.
44. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
45. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (Qaydanın 2.1, 2.4-ci, 2.9-cu bəndləri).
46. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı verilən qərardan narazı olduğu üçün əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
47. xx.xx.2022-ci il tarixində bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. başqa rubrikalarda təsnif olunmayan ağrı. Xroniki ağrı sindromu. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir.
48. xx.xx.2022-ci il tarixində digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Qulaqcıqarası çəpərin qüsuru, AUQ. Qulaqçıqarası çəpər defektinin korreksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2021-ci il). LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
49. xx.xx.2023-cü il tarixində. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Onurğanın osteoxondrozu. Ürək çatışmamazlığı. Xroniki üzərk çatışmazlığı. LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
50. xx.xx.2023-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, remisiya dövrü, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri. LVEF-60% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
51. xx.xx.2024-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Oynaqların kontrakturası. Kəskin ağrı. Bel-oma kələfinin zədələnməsi. Birincili ikitərəfli qonartroz. Yeriş və hərəkət pozğunluqları diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
52. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2021-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (“Respublika Psixiatriya Xəstəxanası” X19, 2 nömrəli X6, Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
53. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu (F06.2)) 3 ildən artıq müddətdir (2021-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir.
54. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
55. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1491/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.
56. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T614/2025 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Bakı 2 nömrəli X9’nda tərtib edilmiş xx.xx.2024-ci il tarixli, N00206333QKJ nömrəli göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar). Ağırlaşmalar: F07.2-postkontuzion sindrom, üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar), F06.2-üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar), F06.7-yüngül koqnitiv pozuntu, üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar), F48.0- nevrasteniya, üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar). Yanaşı xəstəliklər: G44.2-gərginlik tipli baş ağrısı, gərginliklə bağlı müxtəlif tipli baş ağrıları, S06.3baş beyinin ocaqlı travması, S06.0-baş beyin silkələnməsi, T90.5-kəllədaxili travmaların nəticələri” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir.
57. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
58. Bununla yanaşı, kollegiya nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
59. Məhkəmə kollegiyası, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
60. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır.
61. Lakin, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi (F06.2) səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (Forma 88) müəyyən edilməsinə (həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (beyin MRT, bir saatlıq EEQ monitarizasiyası) əsaslanmışdır). Həmin instrumental müayinənin nəticəsi məhkəmə icraatı zamanı digər tibb müəssisələri tərəfindən də (“Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə; 2 nömrəli X5 xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2024-xx.xx.2024- cü il tarixlərdə; Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş xəstəlik tarixləri (ambulator kitabları) ilə) təsdiqlənmişdir.
62. Beləliklə, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
63. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən (20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyaya əsasən): 7.6.2-ci bəndində “üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu” F06.2 diaqnozu öz əksini tapmaqdadır.
64. Göründüyü kimi diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarında öz əksini tapdığından və ağırlaşmalar iş materiallarına əsasən müəyyən edildiyindən iddia tələbi əsaslıdır.
65. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
66. Beləliklə, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
67. Göründüyü kimi cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
69. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
70. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
71. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.