Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1494/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı qərarın və əmrin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(112)-1540/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Allahverdiyev İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(112)-1540/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmışdır (hakim P.Hüseynov). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, həmin qərardad maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, qərardadda qeyd edilr ki, “iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları 02.04.2020, 01.07.2020, 12.08.2020, 30.10.2020-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhəmə bildirişlərinin göndərilməsinə baxmayaraq iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır” iddiaçı şikayətdə bildirmişdir ki, o, qərardadda qeyd olunanların əksi olaraq bütün məhkəımə hazırlıq iclaslarında iştirak etmiş, hər iclasdan sonra növbəti iclasın vaxtı üçün verilən bildirişlərə imza etmiş, bütün məhkəmə hazırlıq iclaslarında vəkili Arzu Nəsirli ilə bərabər iştirak etmişəmdir. 08.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında üzürlü səbəbdən (atasının səhhəti ilə bağlı) iştirak edə bilməyəcəyi barədə teleqram vurmuşdur. Son iclasda iştirak etməməyisinin səbəbi isə iddiaçıya məhkəmə hazırlıq iclasının keçiriləcəyi vaxt və yerlə bağlı bildirişin verilməməsi ilə bağlı olmuşdur. İddiaçı apellyasiya şikayətində birinci instanisya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Allahverdiyev İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməsi nəticəsinə gəlir. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları 02.04.2020, 01.07.2020, 12.08.2020, 08.10.2020 və 30.10.2020-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. İddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir, 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır və ona görə birinsi instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materialları ilə müəyyn edilir ki, xüsusi karantin rejimindən sonra məhkəmə hazırlıq iclası 08.10.2020-ci il tarixə saat 16:00 təyin edilmişdir, iddiaçıya məhkəmə və SMS bildirişləri göndərilmişdir. İddiaçı məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası 30.10.2020-ci il tarixə, saat 17:00 təxirə salınmışdır.İddiaçıya məhkəmə bildiriş göndərilsədə, bildirişin rəsmi qaydada ona çatdırılmasına dair heç bir sübüt yoxdur. İPM-nin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. AR İPM-nin İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilıə nəzərdə tutulmuş prosesssual prinsiplərinə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məəcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 134.1..4cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərini rəsmi qaydada verməlidir. Eyni zamanda, məhkəmə bildirişində iddiaçı məhkəmə iclasına gəlmədiyi halda işə onun iştirakı olmadan baxılmasının və iş üzrə qərarın qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olmalıdır. Yuxarıda qeyd edilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(112)-1540/2020 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1494/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1494/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver