Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1494/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 3-cü şəxs X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9267/2022 saylı qərarından 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X5 göstərilməklə ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2015-ci iltarixində verilmiş seriya RX ******* qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan 1 onun xüsui mülkiyyətindədir. Sözügedən mənzili bağışlamaq istədikdə mənzildə vətəndaş X3 pasport qeydiyyatında olduğunu öyrənmişdir. Yuxarıda qeyd etdiyi şəxs xeyli vaxtdır ki, həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır. Bu da, mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə 3-cü şəxsin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onun mənzilinə formal qeydiyyatına son vermək üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixində müraciətinə imtina etmiş və məhkəməyə müraicət etməsini izah etmişdir. Nəticədə o, da məhkəməyə müraicət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9267/2022 saylı qərarı ilə iddia təmin edilərək 3-cü şəxs X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9267/2022 saylı qərarından 3-cü şəxs X5 apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs X5 məhkəməyə məlumat ünvanlayaraq hazırda heç bir şikayətinin qalmadığını bildirmiş, ünvan 1 ünvanından könüllü olaraq qeydiyyatdan çıxdığından və bu barədə sənədlər təqdim etdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehiştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası 3-cü şəxs X2 məhkəməyə məlumat ünvanlayaraq məhkəmə baxışı zamanı heç bir şikayətinin qalmadığını bildirməsini , ünvan 1 ünvanından könüllü olaraq qeydiyyatdan çıxdığından və bu barədə sənədlər təqdim etdiyindən mübahisə qalmadığını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmur.
Məhkəmə qərarları › İş №2-1(103)-1494/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1494/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver