Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1494/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “aksiz vergisi məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsi, bununla bağlı rəyin verilməsi və vəkil xərcinin tutulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin və 2000 manat məbləğində vəkil qonorarının, ümumilikdə 16055 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin avans hesabına qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması və hazırki iş üzrə xidmətlər üçün ödənilmiş 2000 (iki min) manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 120 saylı və 121 saylı Xüsusi icazələrinə əsasən, İddiaçı MMC-yə müvafiq olaraq dövriyyəsinə nəzarət edilən güclü təsiredən dərman preparatlarının və zəhərli maddələrinin topdan dövriyyəsinə icazə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və Dağ X24 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə güclü təsiredən və onların külli miqdarının siyahısında olan maddələrin, o cümlədən 500 litr etil spirti (sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol) Azərbaycana gətirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə güclü təsiredən və zəhərli maddələrin idxalına həyata keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli xüsusi icazəsinə əsasən, İddiaçı MMC-yə güclü təsiredən və zəhərli maddələrin idxalına icazə verilmişdir. İddiaçı MMC ilə Almaniyanın “Merck KGaA” şirkəti arasında bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanolabsoluteforanalysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi ≥ 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etilspirti”) Azərbaycan Respublikasına idxal edilmişdir. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd (x2,5 litr=2700 litr) “sintetik etil spirti”ilə bağlı xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X22 cavabdeh Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və qısa YGB əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yanında “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə- 30,40 manat və ********* saylı qəbzlə- 5,80 manat (ƏDV), ümumilikdə isə 36,20 manat ödənilmişdir. İdxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün tərəflərindən cavabdehə DİN-nin xx.xx.2019-ci il tarixli 120 və 121 saylı xüsusi icazələrini, ARFHN SİTG və DMN Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli və DİN-nin xx.xx.2021-ci il tarixli razılıq məktublarını, habelə Baş Nazirin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubunu təqdim etmişlər. Lakin cavabdeh idxal etdikləri “sintetik etil spirti”ni qida məhsulu kimi qəbul etmiş və bunun üçün aksiz vergisi tələb etmişdir. Cavabdehin bu tələbi ilə razı olmadıqları üçün cavabdehə müraciət etsələr də, nəticəsi olmamışdır. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spirti”ilə bağlı xx.xx.2021-ci il tarixli **********3442 nömrəli YGB tərtib edilərək cavabdehin müvəqqəti saxlanc anbarına təhvil verilmişdir. Bunun üçün cavabdehə ********* saylı qəbzlə- 410,62 manat əməliyyat haqqı, “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə- 270,41 manat, ********* saylı qəbzlə- 49 manat (ƏDV) və ********* saylı qəbzlə 400,60 manat əməliyyat haqqı, ümumilikdə isə 720,01 manat ödənilmişdir. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spirti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli YGB tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Lakin cavabdeh Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubu ilə 500 litr “sintetik etil spirti”nin gətirilməsinə icazə verildiyi səbəbindən yalnız 200 ədəd (x 2,5 litr = 500 litr) “sintetik etil spirti”nin buraxılmasına icazə vermişdir. Anbarda qalan 880 ədəd “sintetik etil spirti”nin buraxılması üçün dəfələrlə cavabdehə etdikləri müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh “sintetik etilspirti”nin 880 ədədini “Güclü təsiredən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aid etmiş və zəhərli maddə kimi rəsmi icazə tələb etmişdir. Belə ki, DGK-nin X10 İdarəsinin məktubu ilə bildirilmişdir ki, İddiaçı MMC-nin ekspertizaya təqdim etdiyi “100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi ≥ 99.9% olan, laborator məqsədlər üçün istifadə olunan denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aiddir. X10 İdarəsi tərəfindən “sintetik etil spirti”nə ********** nömrəli idxal kodu verilmişdir. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi xx.xx.2021-ci il tarixli icazə məktubu ilə buraxıldığından və anbarda qalan 880 ədədi yeni icazə məktubu tələb edildiyi üçün tərəflərindən cavabdehə əsassız ödədikləri 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılmasını xahiş etmişlər. Çoxsaylı müraciətlər nəticəsində ödədikləri 14055 manat aksiz vergisindən cəmi 11440 manat - buraxılmamış 880 ədəd “sintetik etil spirti” üçün aksiz vergisi məbləği onların VAİS hesablarına geri qaytarılmış, 2615 manat - buraxılmış 200 ədəd “sintetik etil spirti” üçün ödədikləri aksiz vergisi isə geri qaytarılmamışdır. Nəticədə, ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spirti”ilə bağlı **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB tərtib edilərək anbarda qalan 880 ədəd “sintetik etil spirti” cavabdeh tərəfindən buraxılmışdır. Həmin YGB-lə VAİS hesabılarına geri qaytarılan 11440 manat aksiz vergisi cavabdeh tərəfindən aksiz vergisi ödənişi kimi hesablarından silinmişdir. Aksiz vergisinin silinməsi həmin YGB-nin 47-ci qrafasında (növ № 30) göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın 8 saylı əlavəsinə əsasən, 30 kodlu ödəniş növü “Aksiz vergi”sinə aid edilmişdir. Bundan başqa, DGK-nın rəsmi internet səhifəsində olan gömrük bəyannaməsinin detalları və təsnifatının cədvəlinə əsasən, 30 kodu - Aksizlərə aid edilmişdir. Beləliklə, idxal olunan 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdeh tərəfindən qanunsuz olaraq aksiz vergisi tələb edilmiş, tərəfilərindən 1080 ədəd üçün 14055 manat məbləğində aksiz vergisi ödənilmiş, lakin 500 litr üçün icazə məktubu olduğundan cavabdeh cəmi 200 ədəd “sintetik etil spirti”ni buraxılmış qalan 880 ədəd “sintetik etil spirti”nə dair icazə məktubu olmadığı üçün buraxmamışdır. Baş Nazirin 1-ci müavinin icazə məktublarının olmasına baxmayaraq, cavabdeh 200 ədəd “sintetik etil spirti” üçün 2615 manat, 880 ədəd “sintetik etil spirti” üçün 11440 manat aksiz vergisini iddiaçıdan tutmuşdur. Nəticədə, cavabdeh idxal etdikləri 1080 ədəd “sintetik etil spirti”ni zəhərli maddə kimi qəbul edərək onların buraxılmasını Baş Nazirin 1-ci müavininin icazəsi əsasında rəsmiləşdirsə də, idxal olunan “sintetik etil spirti”nə qida məhsulu kimi qanunsuz olaraq 14055 manat aksiz vergisini onlardan almışdır. Əsassız silinmiş 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılması üçün cavabdehə ünvanladıqları xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələr nəticəsiz qalmışdır. DGK-nə ünvanladıqları xx.xx.2022-ci il tarixli ərizələrinə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, 11440 manat aksiz vergisi İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixində İddiaçı MMC-nin VAİSdəki avans hesabına bərpa olunmuş və **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGBnin rəsmiləşdirilməsi zamanı istifadə olunmuşdur. Hesab olunur ki, ********** saylı invoysla idxal olunan və Baş Nazirinin 1-ci müavinin xx.xx.2021 və xx.xx.2022-ci il tarixli icazə məktubları ilə buraxılan 1080 ədəd “sintetik etil spirtin”in **********6584 nömrəli xx.xx.2021ci il tarixli və **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB əsasında onlardan 14055 manat məbləğində aksiz vergisinin tutulması qanunsuz olmuşdur, çünki idxal olunan 1080 ədəd “sintetik etil spirti”spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığından ona aksiz vergisinin ödənilməsi tələb olunmur. Bu səbəbdən də cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən VAİS hesabımızdan əsassız və qanunsuz silinmiş 14055 manat məbləğində aksiz vergisi onların VAİS hesablarına geri qaytarılmalıdır. Beləliklə, işin faktiki halları və hüquq normaları ilə müəyyən olunur ki, idxal olunan 1080 ədəd “sintetik etil spirti” (100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi ≥ 99.9% olan, laborator məqsədlər üçün istifadə olunan (spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış) denaturasiya olunmamış etil spirti (CAS 64-17-5), “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 20 nömrəli qərarında nəzərdə tutulmuş aksiz vergisinə cəlb olunmayan mallara aid edilməmişdir. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında”Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsində 13-cü sıra nömrəsində əks olunmuş “zəhərli maddələr”siyahısına aid edilmişdir. Məhz bu səbəbdən, 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi Baş Nazirinin 1ci müavininin xx.xx.2021-ci il tarixli icazə məktubuna əsasən, 880 ədədi isə Baş Nazirinin 1-cimüavininin xx.xx.2022-ci il tarixli icazə məktubu əsasında rəsmiləşdirilmiş və buraxılmışdır. Belə olan təqdirdə 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə ödənilmiş 14055 manat məbləğində aksiz vergisi məbləği iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, əsassız alınmış aksiz vergisi məbləğinin geri qaytarılması üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə etdikləri müraciətlər nəticəsiz qaldığı üçün məcburiyyət qarşında qalaraq, vəkil ilə müqavilə bağlamışlar və vəkilə 2000 manat məbləğində qonorar ödəmişlər. Hesab edirlər ki, vəkilə ödənilmiş məbləğ də cavabdeh tərəfindən onlara qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-2481/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın qismən, yəni iddia tələbinin “ödənilmiş 2000 manat vəkil qonorarı məbləğinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsinə münasibətdə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilərək “ödənilmiş 2000 manat vəkil qonorarı məbləğinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edildiyi hissədə ləğv edilməsi və İddiaçı iddiasının təmin edildiyi hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı aksiz vergisi məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ödənilmiş 2000 manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı aksiz vergisi məbləğinin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin İddiaçı MMCyə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərarını “vəkil qonorarı məbləğinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində əsassız sayır, hesab edir ki, qərar həmin hissədə ləğv edilməli və iddia “ödənilmiş 2000 manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissədə təmin edilməlidir. Apellyator (iddiaçı) İddiaçı MMC-nin hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün və keyfiyyətli hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil ilə xx.xx.2022-ci il tarixli 23/RH-22 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” Müqavilə bağlanılmış, Vəkil Bürosu tərəfindən xx.xx.2022-ci il tarixində E-qaimə göndərilmiş və xx.xx.2022-ci il tarixli “Ödəniş tapşırığı”na əsasən 2000 manat məbləğində vəkilə qonorar ödənilmişdir. Cavabdehin hərəkətləri nəticəsində İddiaçı MMC məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmiş və bunun üçün vəkil ilə müqavilə bağlayaraq, vəkil qonorarını rəsmi qaydada Vəkil Bürosuna ödəmişdir. İşə baxan birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “hazırki iş üzrə xidmətlər üçün ödənilmiş 2000 manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən vəkil xidmətinə görə ödənilmiş pul məbləği ilə bağlı ödəniş tapşırığı və elektron qaimə əlavə edilsə də, həmin ödənişin həyata keçirilməsi üçün əsas olmuş “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə əlavə edilməmiş, bununla da həmin müqaviləyə əsasən vəkil tərəfindən iddiaçıya hansı xidmətlərin göstərilməsi, ödənilmiş məbləğin hansı məhkəmə instansiyaları üçün nəzərdə tutulması müəyyən edilə bilməmişdir.” Məhkəmə icraatı dövründə işə baxan birinci instansiyası məhkəməsi “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə tələb etməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, işə baxan məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu idi. Nəticədə, prosess iştirakçısı olaraq, təqdim edilmiş vəkil qonorarın ödənilməsini əks etdirən e-qaimə və ödəniş qəbzi ilə kifayətlənmişlər. Zərurət olduğu təqdirdə “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə məhkəməyə təqdim olunardı. Lakin məhkəmə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləni istəməmiş, iddianın qalan hissədə rədd olunmasının əsası kimi həmin müqavilənin olmamasını göstərmişdir. Bu səbəbdən də, hazırkı apellyasiya şikayətinə “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə əlavə olunur. Hesab edir ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC prosessual xərclər baxımından maddi zərər çəkib və bu dəymiş zərər inzibati orqan tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və 2000 manat vəkil qonorarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbini qismən təmin etmiş, 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilmiş və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi həmin qərarın iddianın təmin edildiyi hissəsi ilə razı deyil və hesab edir ki, qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunduğu üçün ləğv olunmalıdır: Belə ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İddiaçı artıq ödədiyini iddia etdiyi 14055 manat aksiz vergisinin qaytarılması barədə həmin qaydalara əlavə olunmuş ərizə forması ilə gömrük orqanına müraciət etməmişdir. İddiaçı təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olmayan xx.xx.2022ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ********** saylı invoys üzrə buraxılmış mallar üçün tərtib edilmiş **********6584 nömrəli gömrük bəyannaməsi üzrə 2600 manat məbləğin aksiz vergisi kimi rəsmiləşdirildiyini, yerdə qalan və istifdə olunmayan 11440 manat məbləğin aksiz vergisi üzrə şəxsi vərəqələrinə bərpa olunmasına göstəriş verilməsini istəmişdir. Halbuki, iddia ərizəsinə verilmiş dəqiqləşmə və bunun əsasında məhkəmənin qəbul etdiyi qərar ilkin müraciətdən tamamilə fərqli olmuş, ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi qəbul edilmişdir. Bu hal formalaşmış məhkəmə təcrübəsi ilə də ziddiyyət təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən idxal olunan mallara dair invoysda 19-cu mal mövqeyi üzrə təsnifat kodu 22071000 kimi göstərilmişdir. İddiaçı tərəfindən idxal olunan mallara dair X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində ********** nömrəli invoysun 19-cu mövqeyi üzrə idxal olunan “100983 Supelco Ethanol absolute for analysis” adlı laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi 100% olan etil spirti (CAS 64-17-5) Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nın “Zəhərli maddələr” siyahısına aid edilərək eyni zamanda XİF MN üzrə təsnifat kodu 2207 10 000 0 kimi müəyyən edilmişdir. X10 İdarəsi tərəfindən verilmiş 14.01,2022-ci il tarixli, 2200-015/0xx-xx/000220 saylı ekspert rəyində İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli invoysun 19-cu mövqeyi üzrə idxal olunan yükün “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100 % olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələrinin 22-ci qrupu “Alkaqollu və alkaqolsuz içkilər və sirkə” adlanır. Həmin qrupa aid olunmuş idxal edilən malın təsnifat kodu isə aşağıdakı kimidir: 2207 - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar: 2207 10 000 0- spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti. Göründüyü kimi, malın mənşə ölkəsində və X10 İdarəsi tərəfindən verilmiş ekspert rəylərində göstərilmiş təsnifat kodlarının eyniliyi və həmin kodun alkaqollu içkilərə aid olması sübuta ehtiyacı olmayan faktdır. Halbuki, iddiaçı malların gömrük rəsmiləşdirilməsi aparılan zaman müvafiq ekspert rəylərinə uyğun olaraq tələb olunan icazəni müvafiq dövlət qurumundan almış və eyni zamanda idxal olunan mala görə ödənilməli olan aksiz vergisini də qanunvericiliyə uyğun olaraq ödəmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən malın invoys sənədinə uyğun olaraq gömrük ödənişləri ödənilmiş, bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsaslanaraq hesab edir ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “Aksiz vergisi məbləğinin geri qaytarılması tələbinə dair” iddiası qismən təmin edilmiş, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)- 2481/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və İddiaçı MMC-nin iddia ərizəsinin təmin edildiyi hissədə rədd edilməsini xahiş etmişdir. Aşağıdakılara görə cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinə etiraz edir, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün şikayət olunan hissədə təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-2481/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh gömrük orqanı apellyasiya şikayətini onunla əsaslandırmağa çalışmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1 saylı Əlavəyə uyğun olmayan xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ********** saylı invoys üzrə buraxılmış mallar üçün tərtib edilmiş **********6584 nömrəli gömrük bəyannaməsi üzrə 2600 manat məbləğin aksiz vergisi kimi rəsmiləşdirildiyini, yerdə qalan və istifadə olunmayan 11440 manat məbləğin aksiz vergisi üzrə şəxsi vərəqələrinə bərpa olunmasına göstəriş verilməsini istəmişdir. Halbuki, iddia ərizəsinə verilmiş dəqiqləşmə və bunun əsasında məhkəmənin qəbul etdiyi qərar ilkin müraciətdən tamamilə fərqli olmuş, ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi qəbul edilmişdir. Bu hal, formalaşmış məhkəmə təcrübəsi ilə də ziddiyyət təşkil edir.Cavabdeh gömrük orqanının yuxarıda qeyd olunan dəlili ilə bağlı bildirmək istəyirik ki, İddiaçı MMC inzibati orqanına ərizə ilə müraciət etmişdir. Ərizənin Qaydaların 1 saylı Əlavəsinə zidd olaraq tərtib edilməsi dəlili əsassız və qanunsuzdur. Cavabdeh inzibati orqana edilən müraciətdə “********** saylı xx.xx.2021-ci tarixli invoysla idxal olunan 1080 ədəd “ 100983.2500 Supelco Ethanol absolute for analysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi >99.9% olan etil spirti (CAS 64-17-5) üçün xx.xx.2021-ci il tarixində **********6584 nömrəli Yük gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-nin şəxsi vərəqəsinə qaytarılması” cavabdeh Bakı Baş Gömrük İdarəsindən xahiş edilmişdir. Cavabdeh inzibati orqana qarşı iddia ərizəsində “********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin və 2000 (iki min) manat məbləğində vəkil qonorarının, ümumilikdə 16055 (on altı min əlli beş) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin avans hesabına qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” Bakı İnzibati Məhkəməsindən xahiş edilmişdir. Məhkəməyə təqdim edilən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə “********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə və hazırkı iş üzrə hüquqi xidmətlər üçün ödənilmiş 2000 (iki min) manat məbləğində vəkil qonorarının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi” Bakı İnzibati Məhkəməsindən xahiş edilmişdir. Göründüyü kimi, həm ərizədə, həm iddia ərizəsində, həm də iddia ərizəsinin dəqiqləşdirilməsində iddianın predmeti və əssası dəyişdirilmədən “847546831 saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin qaytarılması” olmuşdur. Bu səbəbdən də cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil əsassızdır. Gömrük orqanının apellyasiya şikayətində göstərdiyi növbəti əsassız dəlil ondan ibarətdir ki, “iddiaçı tərəfindən idxal olunan mallara dair X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2200-015/0xxxx/006983 saylı ekspert rəyində iddiaçı tərəfindən idxal olunan “100983 Supelco Ethanol absolute for analysis” adlı laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi 100% olan etil spirti (CAS 64- 17-5) Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı»nın “Zəhərli maddələr” siyahısına aid edilərək eyni zamanda XİF MN üzrə təsnifat kodu ********** kimi müəyyən edilmişdir. Malın həmin Siyahıda olması aksiz vergisindən azad olması üçün əsas deyil. Cavabdehin qeyd olunan dəlili ilə Məhkəmə Kollegiyasına bildirmək istəyirik ki, cavabdehin məhkəməyə təqdim etdiyi X5 ekspert rəyi ilə idxal olunan “100983.2500 Supelco Ethanol absolute for analysis” markalanma atributlarına görə S/N 100983 tutumu 2.5L. laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi >99.9% olan etil spirti (CAS 64-17-5)” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanununun 2 nömrəli “Zəhərli maddələrin siyahısı”nın 13-cü sıra nömrəsində əks olunmuş “13. Etil spirti sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol)” kimi qeyd edilmişdir. İdxal olunan malın qeyri-qida olması iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə bir daha təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X3 rəyi ilə müəyyən olunur ki, idxal olunan mal reaktiv kimi (ethanol absolute for analysis Emsure ® ACS, İSO, Reag.Ph Eur) istifadə edilir. Beləliklə, idxal olunan reaktiv kimi istifadə olunan, sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış “zəhərli maddə”ni “alkoqollu içki” qida məhsulu kimi qəbul edilməsi yolverilməzdir. Malın zəhərli maddələrin siyahısında olması onun qida məhsulu olmasını istisna edir. Cavabdeh gömrük orqanı apellyasiya şikayətində əsassız olaraq qeyd edir ki, X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2200-015/003- 25/000220 saylı ekspert rəyində iddiaçı tərəfindən idxal olunan “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100% olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17- 5) XİF MN-a görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli gərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"nin 22-ci qrupu “Alkaqollu va alkoqolsuz içkilər və sirkə” adlanır. Malın mənşə ölkəsində va X10 İdarəsi tərəfindən verilmiş ekspert rəylərində göstərilmiş təsnifat kodlarının eyniliyi və həmin kodun alkoqollu içkilərə aid olması sübuta ehtiyaci olmayan faktdir. Cavabdehin növbəti əsassız dəlili ilə Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilən X5 həmin ekspert rəyi ilə idxal olunan “100983.2500 Supelco Ethanol absolute for analysis” markalanma atributlarına görə S/N 100983 tutumu 2.5L. laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi >99.9% olan etil spirti (CAS 64-17-5)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”nin “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “2207. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin “2207 10 000 0. spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” adlı altqrupuna aid edilmişdir. Lakin həmin qərarın “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “qeyd” hissəsinin 3-cü bəndinə əsasən alkoqollu içkilər 2203-2206 və ya 2208 mal mövqelərinə daxil edilir. Yəni 2207 mal mövqeyi alkoqollu içkilər sayılmır. Göründüyü kimi, bu faktı cavabdeh inzibati orqanı öz apellyasiya şikayətində qeyd etməyərək gizlətməyə çalışmışdır. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, çünki qeyd olunan dəlillərə Bakı İnzibati Məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. İşə baxan Bakı İnzibati Məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə iddiaçının idxal etdiyi mallar alkoqollu içki olmayıb, həmin məhsul güclü təsir edən, zəhərli, reaktiv məhsul kimi istifadə edilən məhsul olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən “**********” altqrupuna aid edilən həmin məhsullar “Zəhərli maddələr” siyahısına, eləcə də “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” siyahısına əlavə edilərək, iddiaçıdan həm “Zəhərli” maddə kimi xüsusi lisenziya alınmış, həm də, “alkoqollu içki” kimi qanunsuz və əsassız olaraq aksiz rüsumu tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X11 Mal Nomenklaturası, X16 Dərəcələri və X12 Dərəcələri, Xarici İqtisadi X1 Əsas Şərhetmə Qaydalarında” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun qeyd hissəsinin 3-cü bəndində alkoqollu içkilər 2203-2206 və ya 2208 mal mövqelərinə daxil edilmişdir. “**********. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “2207. Spirtin qatılığı 80 həcm% və ya daha çox olan enaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin adlı altqrupunda müəyyən edilmişdir.” Bütün yuxarıda qeyd olunanlar onu göstərir ki, işə baxan Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən hər hansı maddi və prosessual hüquq normalarını pozmamış, ədalətli, əsaslı və qanuni qərar qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. İddiaçı Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinə etiraz edir, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının şikayət olunan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X10 İdarəsinin müraciətə cavab olaraq Dövlət Gömrük Komitəsinə və iddiaçıya ünvanladığı məktubda qeyd edilir: İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri X23 ünvanlandığı müraciətə X10 İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı Baş Gömrük İdarəsindən xx.xx.2021-ci il tarixli sorğu məktubuna əsasən İddiaçı MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş yükün XİF MN üzrə təsnifat kodunun müəyyən edilməsilə bağlı MGEİ-nə nümunə təqdim edilmişdir. ********** saylı xx.xx.2021-ci il tarixli invoys üzrə təqdim olunmuş nümunə (100983.2500 Supelco Ethanol absolute for analysis”) markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi >99.9% olan etil spirti (CAS 64-17-5) olub XİF MN üzrə 2207 10 000 0 kodu altında sinifləşdirilmişdir. QOST 5962-2013 “Xam qidadan alınan rektifikasiya olunmuş etil spiti” standartı müxtəlif növ dənli bitkilərdən, kartofdan, şəkər çuğundurundan, xam şəkərdən və digər şəkər və nişasta tərkibli qida xammallarından (meyvə istisna olmaqla) alınan və ya xam etil spirtini rektifikasiya etməklə əldə edilən rektifikasiya edilmiş etil spirtinə və QOST P 56389-2015 “Xam qidadan alınan rektifikasiya olunmuş Klassik etil spiti" standartı buğdadan və ya çovdardan və ya onların qarışığından hazırlanmış və spirtli içkilərin istehsalı üçün nəzərdə tutulan qida xammalından rektifikasiya olunmuş etil spirtinə şamil edilir. Etil spirtinin həcm payı 96.0, 96.2 və 96.3%dən az olmayan, “Yüksək dərəcədə təmizlənmiş”, “1-ci növ”, “Lyuks”, “Ekstra”, “Alfa” və “Klassik” spirt növləri üçün susuz spirtə hesablanmış metil spirtinin kütlə payının %-lə miqdarı bu standartlara əsasən 0.003-0.05 aralığında dəyişir. QOST P 51999-2013 “Rektifikasiya və denaturasiya edilmiş sintetik texniki etil spirti” standartı kimyəvi məhsulların, parfümeriya və kosmetik məhsulların, tibbi və əczaçılıq məhsulların hazırlanması üçün nəzərdə tutulan rektifikasiya və denaturasiya edilmiş sintetik texniki etil spirtinə və QOST P 52574-2006 “Texniki və denaturasiya edilmiş sintetik etil spirti” standartı sənayenin müxtəlif sahələrində həlledici kimi istifadə olunan, müxtəlif kimyəvi məhsulların hazırlanması, rektifikasiya və denaturasiya edilmiş spirtlərin istehsalı üçün xammal kimi nəzərdə tutulan texniki və denaturasiya edilmiş sintetik etil spirtinə şamil edilir. Bu normativ dövlət standartlarında etil spirtini denaturasiya etmək üçün denatonium benzoat (CAS 3734-33-6) normalaşır. Lakin qida məqsədləri üçün nəzərdə tutulan etil sprtində bu maddənin normalaşması yol verilməzdir. Malın təhlükəsizlik sənədi (MSDS) və analiz sertifikatındakı nəticələrə əsasən demək olar ki, təkibində metil spirtinin kütlə payı yuxarıda göstərilən normativ sənədlərə görə normaya uyğun olan və tərkibində denatonium benzoat (CAS 3734-33-6) olmayan laboratoriya tədqiqatları üçün istifadəsi nəzərdə tutulan qatılığı ≤99.9 həcm % olan denaturasiya olunmamış etil spirtidir. Lakin İddiaçı MMC tərəfindən alınma üsulu haqda heç bir məlumat verilməmişdir. Spirtli içkilərin hazırlanması üçün yararsız olan sintetik etil spirti, habelə spirtli içkilərin hazırlanması üçün yararlı olan denaturasiya olunmamış etil spirti də hər iki halda XİF MN üzrə 2207 10 000 0 kodu altında sinifləşdirilir. İddiaçı MMC-nin MGEİ-yə təqdim etdiyi “100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi >99.9% olan, laborator məqsədlər üçün istifadə olunan denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ saylı Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 001-33129-1222 nömrəli məktubuna əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X7 və Dağ X24 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən adda və sayda, İddiaçı MMC-nin xx.xx.2022ci il tarixli arayışında qeyd olunmuş dövlət orqanlarının və digər qurumlarının qida, ekologiya və neft laboratoriyalannda kəmiyyət və keyfiyyət analizlərinin aparılması üçün gətirilən güclü təsir edən və zəhərli maddələrin qeyd olunan şərtlər nəzərə alınmaqla İddiaçı MMC tərəfindən idxalına icazə verilir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: **********6584 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3740 manat idxal rüsumu, 11440 manat aksiz vergisi müəssisə tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin VAİS-dəki avans hesabına bərpa olunmuşdur. Qeyd olunan avans hesabınıza bərpa olunmuş vəsait xx.xx.2022-ci il tarixində **********4641 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilmə prosesində istifadə olunmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsi X10 İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli inoysun 19-cu mövqeyi üzrə idxal olunan yük “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi ≤ 100% olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü tarixli məktubla təqdim edilmiş rəydə qeyd edilir: İddiaçı MMC şirkətinə məxsus 1 (bir) ədəd “Etil spirti // etil spirti" nümunəsinin Azərbaycan X3n Abşeron Regional Sınaq Laboratoriyasında fiziki-kimyəvi (Etil spirtin həcm payı) göstəricilər üzrə müayinələri həyata keçirilmişdir. Müayinələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğu müəyyən edilmiş və protokolda bu nəticə “faktiki" olaraq göstərilmişdir. Beləliklə, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də qablaşdırılmasında əks olunan məlumatlar bu məhsulun reaktiv kimi (ethanol absolute for analysis EMSURE® ACS,İSO,Reag. Ph Eur) istifadə edildiyini göstərir. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsi: 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq. 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.3. X11 mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları: 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.3. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda, onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər: 5.3.1. gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s.); 5.3.2. gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər (malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.). 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdardarının, habelə zərərli maddələrin Siyahısı”nın 2 nömrəli Əlavəsində Zəhərli maddələrin Siyahısında 13-cü sırada, etil spirti - sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri qida xammalından hazırlanmış (hidrolizə, sulfitlə, həmçinin etol) kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 Mal Nomenklaturası, X16 Dərəcələri və X17 X14 X1 Əsas Şərhetmə” Qaydaları: 22-ci qrup: Alkoqollu və alkoqolsuz içkilər və sirkə, XİF MN üzrə kod: 2207, Mal mövqelərinin adları - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar; alt qrupu: XİF MN üzrə kod: 2207 10 000 0, Mal mövqelərinin adları -– spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti. Məhkəmə kollegiyası iddia tələbi və bununla bağlı iddiaçı tərəfindən cavabdehə müraciətlə əlaqədar qeyd edir ki, iddiaçının hüquqi marağı ödədiyi aksiz vergisi məbləğinin qaytarılmasıdır, iddiaçı iddia tələbi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə yazılı etiraz ərizələrini (o cümlədən etiraza əlavə) təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan tələblə cavabdehə müraciət edilmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən idxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 120 və 121 saylı xüsusi icazələri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X15 Agentliyindən xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xx.xx.2021-ci il tarixli razılıq məktubları, habelə Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubları alınmış və ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanol avsolute for analysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi > 99.9% olan etil spirti (CAS 64-17-5) iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X22 təqdim edilmiş və həmin bəyannaməyə əsasında 36.20 manat gömrük ödənişi edilmişdir. Cavabdeh tərəfindən iddiaçının malları gömrük nəzarətindən buraxılmamışdır. İddiaçı tərəfindən həmin idxal olunan mallarla bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli X25 tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan 200 ədədi Azərbaycan Respublikasının Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə sənədində qeyd edilmiş miqdara uyğun olaraq buraxılmış, ödədikləri 14055 manat aksiz vergisindən cəmi 11440 manat buraxılmamış 880 ədəd “sintetik etil spirti” üçün aksiz vergisi məbləği iddiaçının hesabına geri qaytarılmış, 2615 manat - buraxılmış 200 ədəd “sintetik etil spirti” üçün ödədikləri aksiz vergisi isə geri qaytarılmamışdır. Qalan 1080 ədəd maldan yerdə qalan 880 ədədi xx.xx.2022-ci il tarixli **********4641 nömrəli X22 tərtib edilərək gömrük orqanına təqdim edildikdən sonra buraxılmış, iddiaçının hesabına geri qaytarılan 11440 manat aksiz vergisi cavabdeh tərəfindən aksiz vergisi ödənişi kimi hesabından silinmişdir. Beləliklə, idxal olunan “sintetik etil spirti” üçün 14055 manat aksiz vergisi ödənilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, İddiaçı MMC şirkətinə məxsus 1 (bir) ədəd “Etil spirti // etil spirti" nümunəsinin Azərbaycan X3n Abşeron Regional Sınaq Laboratoriyasında fiziki-kimyəvi (Etil spirtin həcm payı) göstəricilər üzrə müayinələri həyata keçirilmiş, müayinələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğu müəyyən edilmiş və protokolda bu nəticə “faktiki" olaraq göstərilmişdir, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də qablaşdırılmasında əks olunan məlumatlar bu məhsulun reaktiv kimi (ethanol absolute for analysis EMSURE® ACS,İSO,Reag. Ph Eur) istifadə edildiyini göstərir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə iddiaçının idxal etdiyi mallar alkoqollu içki olmayıb, həmin məhsul güclü təsir edən, zəhərli, reaktiv məhsul kimi istifadə edilən məhsul olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən “2207 10 000 0” altqrupuna aid edilən həmin məhsullar “Zəhərli maddələr” siyahısına, eləcə də “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” siyahısına əlavə edilərək, iddiaçıdan həm “Zəhərli” maddə kimi xüsusi lisenziya alınmış, həm də “alkoqollu içki” kimi qanunsuz və əsassız olaraq aksiz vergisi tutmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini «********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi» hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli ********** saylı ödəniş tapşırığı, elektron qaimə, vəkil Nümayəndə ilə iddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 23/RH22 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, vəkil Nümayəndə əsassız tutulmuş aksiz vergisinin geri qaytarılması tələbinə dair inzibati iş üzrə hüquqi yardım göstərməyi, İddiaçı MMC isə hüquqi yardıma görə 2.000 manat məbləğində haqq ödəməyi öhdəsinə götürmüşdür və vəsait ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə işin mürəkkəbliyi və s. nəzərə alınmaqla, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilməli olan məbləğ olaraq 500 manat ağlabatan məbləğ hesab edilir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilən 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilən 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı qismən - iddia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Vəkilə hüquqi müdafiə ilə bağlı ödənilən 500 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçınə ödənilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1494/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1494/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver