Məhkəmə qərarları › İş №2-1(103)-1495/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1495/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1495/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsinə qarşı “onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci ilə qədər müavin vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona İİ qrup əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsinə qarşı “onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci ilə qədər müavin vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona İİ qrup əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Zaqatala rayonunda doğulmuş və hazırda Bakı şəhərində yaşayır. Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı MV 079856 saylı xx.xx.2009-cu il tarixli müharibə veteranı vəsiqəsi verilmişdir. HZ ******* saylı xx.xx.1984-cü il tarixli hərbi biletə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi hərbi xidmətdə olmuşdur. X8 Komissiyasında sonuncu müayinəyə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə İİ dərəcəli əlillik verilmişdir. İddiaçının İT-İ seriyalı **********8441 saylı əmək kitabçasına əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi müxtəlif vəzifələrdə, o cümlədən xx xxxxxx 1995-ci ildən xx xxxxxx 2001-ci ilədək “Aqroservis” TTTT xidmət müəssisəsində müavin vəzifəsində işləmişdir. İddiaçı onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci ilə qədər müavin vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Suraxanı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış xx/xx-2723 saylı xx.xx.2018-ci il və xx/xx-2723 saylı xx.xx.2019-ci il tarixli imtina məktublarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Rspublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapıtalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Lakin təqdim edilmiş sənədlərə uyğun olaraq xx.xx.2006-cı il tarixədək hesablanmış sığorta stajının əlilliyə görə pensiya təyinatına imkan vermədiyi müəyyən edilmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işlədiyi dövrün yerində qarşılıqlı yoxlanılması və həmin dövrlərin əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmadığı üçün həmin müddət sığorta stajına daxil edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci ilə qədər müavin vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona İİ qrup əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci ildə anadan olmuş, ona xx.xx.2018-ci il tarixdə Əmək və X6 Nazirliyi yanında X8 Komissiyası tərəfidən İİ dərəcəli əlillik verilmişdir. O, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işləmişdir. Ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmşdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapıtalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ərizə təmin edilməmişdir. Cavabdehin etirazları: İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh inzibati orqanın nümayəndəsi iştirak etməmiş və məhkəməyə yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə İİ qrup əlilliyə görə əmək poensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ərizənin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə qərarı qanunsuz və ədalətsız olduğundan ləğv edilməlidir. İddiaçı ona pensiya təyin olunması barədə müraciət etsə də, aparılmış araşdırmalar nəticəsində həmin şəxsin sosial sığorta stajının olmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. İddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2018-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 12 il 4 ay sığorta stajı və fərdi hesabın sığota hissəsində 12905.97 manat pensiya kapitalı tələb olunur. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun nə 12 il 4 ay sığorta stajı, nə də 12905.7 manat pensiya kapitalı olmuşdur. İddiaçının fərdi hesabında 2006-cı ilin yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından və iş stajı 2006-cı ilə qədər mövcud olduğundan, ona münasibətdə pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesablanır. İddiaçının cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməklə haqlı olaraq imtina edilən “Aqroservis” TTTT xidmətində çalışdığı iddia edilən 6 ay müddət daxil edilsə belə, yenə də 1165.19 manat pensiya kapitalı yaranır ki, bu da tələb olunan 12905.97 manata çatmır. Lakin məhkəmə tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığı ümumiyyətlə araşdırılmamış və tələb olunan sığorta stajı müddətinə düzgün qiymət verilməmişdir. Həmçinin iş materiallarında əmək kitabçasında olan qeydlərdən başqa iddiaçının qeyd edilən illərdə “Aqroeservis” TTTT xidməti müəssisəsində çalışmasını təsdiq edən hər hansı sübut yoxdur. Bu da əmək kitabçasında olan həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2398/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin gəldiyi nəticə: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-833/20 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2398/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayəti və ona əlavədə göstərilən dəlilləri qəbul etməyərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2018-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Ona İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Birinci şərtlə bağlı olaraq cavabdehin bildirdiyi kimi, iddiaçının 12 il 04 ay sığorta stajı ((əlillik dərəcəsi verilərkən tamam olan 52 yaş - əmək qabiliyyətli yaş dövrü 15 yaş = 37) x 4 ay = 148 ay = 12 il 4 ay) mövcud olmalıdır. İddiaçı tərəfindən bununla bağlı hərbi bilet və əmək kitabçası təqdim edilmişdir. HZ ******* seriyalı hərbi biletə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının məlumatlarına görə iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi müxtəlif vəzifələrdə, o cümlədən xx xxxxxx 1995-ci ildən xx xxxxxx 2001-ci ilədək “Aqroservis” TTTT xidmət müəssisəsində müavin vəzifəsində işləmişdir. Cavabdeh iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmasından imtina edərək bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, həmin dövrün yerində qarşılıqlı yoxlanılması və həmin dövr üzrə əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, həmin dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə Kollegiyası iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək “Aqroservis” TTTT xidməti müəssisəsində müavin vəzifəsində işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmalı olduğu ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 833/20 saylı xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Aqroservis” TTTT xidməti müəssisəsinin nə vaxt qeydiyyata alınması, əvvəllər başqa ad ilə fəaliyyət göstərib göstərilməməsi, digər hüquqi şəxsin hüquqi varisi olub-olmaması, digər hüquqi şəxslə birləşib-birləşməməsi, ləğv edilib-edilməməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə sorğu verilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********243000 saylı xx.xx.2018-ci il tarixli məktubunda müstəqil “Orxan” Kooperativinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınması, həmçinin idarədə olan reyestrdə “Arabaçı” Kooperativi və “Aqroservis” TTTT xidməti müəssisəsi adlı kommersiya hüquqi şəxslər barədə heç bir məlumatın aşkar edilmədiyi və müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumatın (dövlət qeydiyyat nömrəsi və VÖEN) verilməsi xahiş edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən məsələnin araşdırılması davam etdirilməmiş və Dövlət Arxivinə sorğu verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya instansiyası qaydasında yenidən baxılarkən məhkəmə tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə “Aqroservis” TTTT xidməti müəsisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən 5/1462 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Aqroservis” TTTT xidməti müəsisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında xx xxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixə kimi “Aqroservis” TTTT xidməti müəssisəsində müavin işlədiyi qeyd edilsə də, cavabdeh inzibati orqan həmin müəsssisənin həqiqətən mövcud olduğu və iddiaçının orada işləməsi faktını şübhə altına alaraq həmin dövrü iddiaçının sığorta stajına daxil etməkdən imtina edir. Halbuki qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186-cı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası; və s.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx xxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən bildirilmiş qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığına görə əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması və buna görə də, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh həqiqətən qarşılıqlı yoxlama apardığına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə icraatı zamanı aparılan yoxlamalar isə cavabdehin imtinasına əsasən həqiqətən qeyd etdiyi halların aşkar olunmasına dəlalət etmir. Digər tərəfdən, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiqi baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərt, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Odur ki, hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi araşdırılmış və həmin şərtin ödənilmədiyi müəyyən olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Hazırki işdə iddiaçının 2001-ci ilə qədər əmək fəaliyyətinin olduğunu nəzərə alaraq Kollegiya qeyd edir ki, onun fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından və iş stajı 2006-cı ilə qədər olduğundan iddiaçının pensiya kapitalı Qanunun 27.1-ci maddəsinə əsasən hesablanır. İş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 12905,97 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış kapital (iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kimi hərbi xidmətdə olduğu dövr, xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi müxtəlif vəzifələrdə, o cümlədən xx xxxxxx 1995-ci ildən xx xxxxxx 2001-ci ilədək “Aqroservis” TTTT xidmət müəssisəsində müavin vəzifəsində işlədiyi dövr də nəzərə alınmaqla) 11165,19 manat təşkil edir. Göründüyü kimi, iddiaçının pensiya kapitalının məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən 1740,78 manat (tələb olunan 12905,97 manat – hesablanmış 11165,19 manat = 1740,78 manat) azdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmadan iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 yanında Dövlət X5 Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2265/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibat Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar