Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1495/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxs DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tərinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh AR Cavabdeh1nə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tərinat üzrə Mərkəzi Filialı və AR Daxili İşlər Nazirliyi) “əlavənin yenidən hesablanması və məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-1106/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi, Fövqəladə hallar orqanları işçilərinə verilən müalicə, məzuniyyət və maddi yardım haqqı iddiaçının orta aylıq əmək haqqında nəzərə alınmaqla pensiyasının yenidən hesablanması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, ildə bir dəfə, orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinətin verilməsi vəzifəsinin həmin İdarəyə həvalə edilməsi, sonrakı dövr üçün pensiya məbləğində yaranmış fərqin birgə birdəfəlik ödənilməsi (həm 25 faiz xidmət illərinə görə əlavənin pul təminatımda nəzərə alınmaqla hesablanmış fərq, həm orta aylıq əmək haqqının hesablanması zamanı müalicə, məzuniyyət və maddi yardım haqqının nəzərə alınması ilə yaranmış fərq, həm də ildə bir dəfə orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinətin yaranmış fərqi) vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının vəsatəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin prosessual hüquqi statusu 3-cü şəxsə dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-1106/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-1106/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı fövqəladə hallar orqanlarında xidmət keçməmişdir və onun barəsində hər hansı məlumat Nazirlikdə mövcud deyildir. İddiaçı 8 avqust 2005-ci ildə X5n təxris olunmuşdur. Azərbaycan Respublikası Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 saylı Sərəncamına əsasən yaradılmışdır. Göründüyü kimi Nazirlik iddiaçının təxris edilməsindən xeyli sonra yaradılmışdır. İddiaçı Nazirlikdə xidmət etməmiş və Nazirliyin fəaliyyət istiqamətləri üzrə heç bir fəaliyyət həyata keçirməmişdir. İddiaçı haqqında hər hansı məlumatın FHN-də olmaması onun DİN təqaüdçüsü hesab edilməsini bir daha təsdiq edir. İddiaçı X5 xidmətə qəbul edilmiş, həmin orqandan da təqaüdə buraxılmışdır. İddiaçı barəsində məlumat vərəqi Daxili İşlər Nazirliyi Tərəfindən pensiya təyin edən orqana təqdim edilmişdir ki, bu bir daha həmin şəxsin DİN-in pensiyaçısı olduğunu sübut edir. Məhkəmə baxışı zamanı AR FHN-nin cavabdeh qismində cəlb edilməsi haqqında vəsatətin təmin edilməsindən sonra tərəfimizdən FHN-nin iddiada qaldırılmış məsələ üzrə səlahiyyətli qurum olmadığı dəfərlərlə bildirilmiş, Nazirliyin cavabdeh kimi qoyulmasının ləğv edilməsi haqqında şifahi vəsatət verilsə də, bu vəsastət məhkəmə tərəfindən qəbul edilməmişdir. Vəsatətdən imtina edilməsi nə məhkəmə iclasında nə də Qərarda əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tərinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, iddianın təmin olunacağı təqdirdə iddiaçıya cavabdeh tərəfindən ünvanlanacaq məlumat vərəqəsinə uyğun pensiya təyin olunanacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs AR Daxili İşlər Nazirliyi (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxs DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tərinat üzrə Mərkəzi Filialının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - AA ******* № li, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanan məktubda qeyd etmişdir ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, məhkəmənin qərarına əsasən, “Əmək pensiyaları haqqında ’’Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edildiyi 01.10.2012-ci il tarixdən etibarən ona 3-cü tarif dərəcəsi yanığınsöndürən kimi iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının vəzifə maaşı- 200,00 manat, rütbə maaşı - 102,00 manat, xidmət illərinə görə 15 faiz əlavə - 45,30 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat və məharət dərəcəsinə görə 10 faiz əlavə 20,00 manat olmaqla cəmi təminat xərcliyi 431,30 manat təşkil edir. 27 il xidmətə görə ona təminat xərcliyinin 80 faizi, yəni 345,04 manat məbləğində pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq (pensiyaların artımı ilə bağlı) son sərəncamına əsasən 01.09.2013-cu il tarixdən iddiaçının vəzifə maaşı - 220,00 manat, rütbə maaşı -102,00 manat, xidmət illərinə görə 15 faiz əlavə - 48,30 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat və məharət dərəcəsinə görə 10 faiz əlavə - 22,00 manat olmaqla cəmi təminat xərcliyi 456,30 manat təşkil edir. 27 il xidmətə görə ona təminat xərcliyinin 80 faizi, yəni 365,04 manat məbləğində pensiya hesablanmışdır. Eyni zamanda bildirmişlər ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ona 01.10.2012-ci il tarixdən 31.12.2014-cü il tarixədək yaranan 2.665,45 manat pensiya artım fərqi 01.12.2014-cü il tarixdən başlayaraq 31.12.2016-ci il tarixədək 25 ay ərzində hər ay pensiyasının üzərinə 106,61 manat əlavə olunmaqla 471,65 manat ödənilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan 27 yanvar 2020-ci il tarixli 27-3COƏ-3120 saylı məktubdan görünür ki, iddiaçının pensiya təminatı ilə bağlı ərizəsi Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsi tərəfindən araşdırılaraq İddiaçı bildirilmişdir ki, arxiv pensiya işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, BDYTİ-nin Sumqayıt şəhəri DYTİ-nin 16-HYH yanğınsöndürəni vəzifəsindən 08.08.2005-ci il tarixindən «ştat ixtisarına görə» X5n xaric edilmişdir. Sumqayıt şəhəri DYTİ-nin tərtib etdiyi Hesablama Vərəqinə əsasən pensiya təyini üçün xidmət müddətinin DİO-da təqvimi hesablama ilə 12 il, 6 ay, 8 gün, mülki iş stajının 15 il, 3 ay, 13 gün, cəmi 27 il, 9 ay, 21 gün təşkil etmişdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 27 il iş stajı nəzərə alınaraq müvafiq təminat xərcliyinin 57 faizi (Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında nəzərə alınmaqla) hesabı ilə ona pensiya təyin edilmiş və 31.12.2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən aldığları məlumata əsasən onlar tərəfindən ödənilən pensiya təminatı: vəzifə maaşı - 378 manat, rütbə maaşı - 117 manat, xidmət illərinə görə 20 faiz ələvə - 99 manat, məharət dərəcəsinə görə 10 faiz əlavə - 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat, cəmi 695,80 manat məbləğində pul təminatından, «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»na (Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) görə 556,64 manat təşkil edir. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi barədə bildiririk ki, X5 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması DİN-in 04.08.2004-cü il tarixli 337 nömrəli əmri ilə elan edilmiş «DİO əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçun xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2004-cü il tarixli 98 nömrəli Qərarı əsasında hesablanmışdır Qərarın 2-ci bəndinə əsasən X5 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinə «X5 işə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti» hesablanır. Fasiləsiz xidmət illərinə görə verilən haqqın hesablanması üçün nəzərə alınan X5 iddiaçının xidmət müddəti 12 il, 6 ay, 8 gün təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında» 20 aprel 2000-ci il tarixli 73 saylı Qərarına əsasən fasiləsiz xidmət illərinə görə verilən haqqın 10 ildən 15 ilədək müddətə görə 20 faiz müəyyən edildiyi üçün, 12 il, 6 ay, 8 gün xidmət müddəti nəzərə alınaraq təminat xərcliyində fasiləsiz xidmət illərinə görə verilən haqq 20 faiz məbləğində hesablanmışdır. Həmçinin bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirir. Pensiya təminatı, pensiya faizi və maaş artımlarına müvafiq pensiya artımları barədə aidiyyatı üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsi tövsiyə edilmişdir. - Bakı İnzibati Məhkəməsinin müvafmq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məhkəməyə daxil olmuş 06.02.2021-ci il raixli 022/26-1770 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər X3 İdarəsinin 08 avqust 2005-ci il tarixli 90ş/h nömrəli əmrinə əsasən X5 xidmətdən xaric edilmişdir. İddiaçı X5 xidməti müddəti: təqvimi hesablama ilə - 12 il, 06 ay, 08 gün, mülki əmək stajı - 15 il, 03 ay, 13 gün, ümumi əmək stajı - 27 il, 09 ay, 21 gün təşkil etmişdir. Fasiləsiz xidmət illərinə görə verilən haqqın hesablanası ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2004-cü il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na əsasən İddiaçı mülki iş stajının onun fasiləsiz xidmət illərinə hesablanması mümkün deyildir. Əlavə olaraq bidrilmişdir ki, 2006-cı ildə İddiaçı arxiv işi aidiyyəti üzrə yeni yaradılmış Cavabdeh1nə təhvil verilmişdir. - Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin Pensiya işinə əlavə edilmiş “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən iddiaçı 15 il 3 ay 13 gün təqvimi xidmət ili mülki iş stajı, 12 il 6 ay 8 gün təqvimi xidmət ili X5, cəmi 27 il 09 ay 21 gün xidmət ili ilə, 08.08.2005-ci ildə baş serjant rütbəsi ilə ştat ixtisarına görə tərxis edilmiş, həmin tarixdən ona yaşa görə pensiya təyin edilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan DİN seriyalı, 991335 saylı məlumat vərəqindən görünür ki, Əyybova Almaz Paşa qızı 08.08.2005-ci il tarixdə BDYTİ-nin Sumqayıt şəhəri DYTİ-nin 16-HYH yanğınsöndürəni vəzifəsindən «ştat ixtisarına görə tərxis olunmuşdur. Pensiya təyin olunarkən onun vəzifə maaşı, 200,00 manat rütbə maaşı 102,00 manat, xidmət illərinə görə əlavə, 15 % əlavə - 45,30 manat, ərzaq payı əvəzində kompensasiya, 64,00 manat məharət dərəcəsinə görə 10 % əlavə - 20 manat olmaqla, cəmi təminat xərcliyi 431, 30 manatdan ibarət olmuşdur. Lakin sonradan iddiaçının müraciəti əsasında təminat xərcliyi 01 noyabr 2019-cu il tarixdən 20 % olmaqla hesablanmağa başlanmışdırdir. - İddiaçıya məxsus diplomun surətindən görünür ki, iddiaçı 1978-ci il tarixdə Lenin adına X9 ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1983-cü ildə orada riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli Qərarını, “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 04 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması” Qaydalarının 2.1, 2.2, 2.4-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın 1, 2, 6-cı bəndlərini, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3, 4-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 04 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3.1, 3.2, 3.3-cü bəndlərini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 % göstərilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Cavabdeh1 yaradılmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 İdarəsi, X7 Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin İzotop xüsusi kombinatı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan X1 və Müdiriyyətin anbarları Azərbaycan Respublikası Cavabdeh1 tabeliyinə verilmişdir. Həmçinin iş üzrə müəyyn edilir ki, iddiaçının arxiv şəxsi işi də cavabdeh Nazirlikdədir. Belə olan halda X6 İdarəsinə münasibətdə Azərbaycan Respublikası Cavabdeh1 Daxili İşlər Nazirliyinin hüquqi varisi olduğundan pensiya hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi ona həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-1106/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1495/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1495/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver