Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1495/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 adına sənədləşləşdirilməsinə dair cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2001-ci il tarixli 72 nömrəli sərəncamının etibarsız sayılmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2001-ci il tarixli 72 nömrəli Sərəncamı ilə fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin X1 adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaq sahəsinin faktiki olaraq, SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə zonası daxilində yerləşməsi səbəbindən cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2001-ci il tarixli 72 nömrəli sərəncamı bu günədək icra edilməmiş, torpaq sahəsi üçüncü şəxs X1 adına sənədləşdirilməmişdir. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinin faktiki olaraq qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmasına zəmin yaradır. Yuxarıda göstərilənlərə əsasən hesab edilmişdir ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye tayinatlı torpaq sahələrinə aid olduğu üçün, X2 ayrılması qanunsuzdur və bu səbəbdən, torpaq sahəsinin ayrılması barədə sərəncam etibarsız sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə zonası daxilində yerləşməsi səbəbindən 1 saylı Bakı Ərazi İdarəsi qeydiyyatdan imtina etmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye tayinatlı torpaq sahələrinə aid olduğu üçün, vətəndaş K.Məmmədova ayrılması qanunsuzdur. Sərəncamın icrası mümkün olmadığına, mülkiyyət hüququ qeydiyyata alınmadığına görə iddia, müəyyən etmə və ya tanınma haqqında iddia növündə qaldırılmışdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə, və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması, və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə, və ya tanınma haqqında iddia vasitəsi ilə Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2001-ci il tarixli 72 nömrəli sərəncamının etibarsız hesab edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia, subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir, Birincisi qeyd olunmalıdır ki, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərədə tutulurdu ki, 243-5-ci maddəsi nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Eyni zamanda, 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin isə 19-cu maddəsi nəzərdə isə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 373.1-ci maddəsinin tələbi onu da nəzərdə tutur ki, ümumi iddia müddəti on il təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də qüvvədə olan qanunvericiliklə müəyyən olunan bütün iddia müddətlərini ötürmüş, 22 il keçdikdən sonra yalnız, cavabdeh yerli icra hakimiyətinin üçüncü şəxs barəsində olan əlverişli inzibati aktının - 18 yanvar 2001-ci il tarixli 72 nömrəli sərəncamının qanunsuz olduğunu mübahisələndirərək etibarsızlığının tanınmasını, hüquqi müəyyənlik prinsipinə zidd olaraq məhkəmədən tələb etmişdir. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərdə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında» qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimlədiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddia müddəti buraxıldığı halda, iddiaçının cavabdehin sərəncamının etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması barədə qərardadını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda iddiaçının apellyasiya şikayətinin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1495/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1495/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver