Məhkəmə qərarları › İş №2-1(103)-1496/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1496/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1496/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndələri X4 və X2, Üçüncü şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) “birdəfəlik pul müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (hazırki Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X6 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona, yəni İddiaçı ödənilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1023/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı əsasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməyə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırki Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsl Cavabdeh2 MMC ilə əvəz edilmiş, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquqi statusu cavabdehdən 3-cü şəxsə dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. 10 iyul 2018-ci il tarixdə oğlu X1 regional “ASAN xidmət” mərkəzində 20 il müddətinə, yəni 10.07.2038ci il tarixədək müddətə onun, yəni İddiaçı adına etibarnamə vermişdir. O, da həmin tarixdən oğlunun verdiyi etibarnamə əsasında ona həvalə edilmiş səlahiyyətləri həyata keçirmişdir. Covid-19 koronavirusu ilə əlaqədar Respublika ərazisində karantin rejimi tətbiq edilmişdir. Bununla əlaqədar ölkədə olan işsizlərə dövlət tərəfindən birdəfəlik 190 manat məbləğində müavinətlərin ödənilməsi qərara alınmışdır. Həmin müavinətin ödənilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdur. Oğlu da bununla əlaqədar mesaj göndərmiş və işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik 190 manat müavinət ona təyin edilmişdir. Həmin müavinətin aprel ayı üçün ödənilməsi Cavabdeh2 MMC-yə və onun filialarına həvalə edilmiş, may ayı üçün ödənilməsi isə banklara həvalə edilmişdir. Oğlu hazırda Respublika ərazisində olmadığı üçün onun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməni» götürərək, həmin müavinəti almaq üçün Cavabdeh2 MMC-nin Lənkəran rayon Poçt Filialına və həmin filialın Boladi kənd şöbəsinə müraciət etmiş, etibarnaməsi olmasına baxmayaraq ona həmin müavinətin verilməsindən imtina edilmişdir. Bundan sonra həmin müavinət may ayı üçün bank vasitəsi ilə ödəniləndə o, yenidən oğlunun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməsini götürərək banka getmiş və həmin sənədləri təqdim edərək, oğluna təyin edilmiş 190 manat müavinət pulunu etibarnamə əsasında almışdır. Bundan sonra o, oğluna təyin edilmiş 190 manat müavinət pulunun aprel ayı üçün nəzərdə tutulmuş hissəsini aimaq üçün rəsmi qaydada ərizə formasında Cavabdeh2 MMC-nin Lənkəran rayon Poçt Filialına müraciət etmişdir. Rəsmi qaydada müraciət etsə də, Cavabdeh2 MMC-nin Lənkəran rayon Poçt Filialı oğluna bir işsiz kimi təyin edilmiş 190 manat müavinət pulunu ona ödəməkdən imtina edərək bu barədə məktub da təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh2 MMCdən daxil olan sxem-004 25.04.2020-ci il tarixli teleqrammaya əsasən işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətlər 190 manat etibarnamə vasitəsilə digər şəxslərə ödəniş etmək qəti qadağandır, vəsait ancaq təyin edilən şəxsin özünə ödənilməlidir. Cavabdeh2 MMC-nin Lənkəran rayon Poçt Filialı oğluna bir işsiz kimi təyin edilmiş 190 manat müavinət pulunu ona ödəməkdən imtina etdiyi üçün o, bu barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəl Texnologiyalar Nazirinə müraciət etmişdir. Oradan da ona bu barədə imtina edilmişdir. O, 190 manat müavinət pulunu mayiyun ayları üzrə bank vasitəsi ilə almış və heç bir problem də olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 11 noyabr 2021-ci il qərarı (hakim F.Mədətli) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1496/2022 saylı 16.03.2022-ci il qərardadı ilə Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyi inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosessində iştirak etmədiyinə görə, iddiaçının izahatına, onun tərəfindən təqdim olunan sübutlara münasibət bildirilməmişdir. Məhkəmə prosesində üzrlü səbəbdən iştirak etmədiyiklərinə görə, işin halları, tam, obyektiv və hərtəfli araşdırılmamışdır. İddiaçı birdəfəlik ödəmənin verilməməsinə səbəb etibarnamə əsasında Poçt Filialına yaxınlaşması və oğluna işsiz kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin etibarnamə əsasında ona ödənilməsini tələb etməsi olmuşdur. Belə ki, X16 Sosial Müdafiəsi Nazirliyinin 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinə ünvanlandığı məktubunda qeyd edilmişdir ki, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 4.1.8 və 5.12.1-ci maddələrinə əsasən Azərbaycan Republikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları məşğul şəxs sayılırlar və onlara birdəfəlik ödəmə həyata keçirilə bilməz. Bu kateqoriyadan olan şəxslər “e-sosial”-az portalı tərəfindən elektron qaydada müraciət edərək sui-istifadə hallarına yol vermiş və birdəfəlik ödəmələr təyin edildikdən sonra müvafiq vəsait etibarnamə əsasında nağdlaşdırılmışdır. Bundan əlavə müraciətlərin təhlili göstərmişdir ki, birdəfəlik ödəmə üçün müraciətlərin qəbulunun “e-sosial.az” portalı üzərindən aparılması əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd göstərmişlər. Beləliklə, X16 Sosial Müdafiə Nazirliyi birdəfəlik ödəmənin ünvanlılığının təmin olunması məqsədi ilə vəsaitin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsinin dayandırılması barədə Cavabdeh2 MMC-yə Azərbaycan Respublikası, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq göstəriş verilmiş və bu müraciətə əsasən 190 manat birdəfəlik ödəmənin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsi “Azərpoçt MMC”-də dayandırılmışdır. Azərbaycan Respublikası X16 Sosial Müdafiə Nazirliyinin 31 avqust 2021-ci il tarixində Azərpoçt MMC-yə ünvanlanan məktubun məzmununda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən işsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmələrin icrasını təmin etmək məqsədilə Azərpoçt MMC-nin hesabına vəsait köçürülmüş və 01,05.2021-ci il tarixinə tərtib edilmiş qarşlıqlı üzləşdirmə aktına əsasən, 190 manatla bağlı xərclənməmiş vəsaitin məbləği müəyyən olunmuşdur. Qeyd olunan məktubda xərclənməmiş vəsaitin dövlət büdcəsinə qaytarılması üçün Azərpoçt MMC- dən müvafiq tədbirlər görülməyi xahiş olunmuşdur. Göstərilənlərdən aydın olur ki, birinci halda X16 Sosial müdafiə Nazirliyinin Azərbaycan Respublikası, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış məktubuna əsasən Azərpoçt MMC-də vəsaitin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsi dayandırılmış, ikinci halda isə yenidən həmin orqanın məktubuna əsasən Azərpoçt MMC-də 190 manatla bağlı xərclənməmiş vəsaitin dövlət büdcəsinə qaytarılması üçün müvafiq tədbirlər görülmüşdür. Hal-hazırda Azərpoçt MMC-in hesabında 190 manatla bağlı vəsait olmadığından və bununla bağlı etibarnamə əsasında nağdlaşdırmanın həyata keçirilməsi dayandırılıdığından birdəfəlik ödəmənin İddiaçı ödənilməsi qeyri-mümkün hesab olunur. Hər iki halda icra olunan hərəkətlər X16 Sosial Müdafiəsi Nazirliyin müvafiq məktubuna əsasən həyata keçirilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı, X16 Sosial Müdafiə Nazirliyinə müraciət etməli, göstərilən məhkəmə qərarı isə ləğv olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd olunması xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri mübahisənin həllini məhkəmənin mülahizəsinə həvalə etdiklərini bildirdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı oğluna verilməli olan 190 manat birdəfəlik sosial yardımın etibarnamə əsasında ona verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 1-2-11/5718-20 saylı 17.09.2020-ci il tarixli məktubda 190 manat birdəfəlik ödəmənin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsinin Cavabdeh2 MMC-də dayandırıldığı göstərilmiş və sözügedən yardımın alınması üçün onun aidiyyatı üzrə X16 Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tovsiyə olunmuşdur. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, oğluna işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi barədə öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının X16 Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının X16 Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası X16 Sosial Müdafiə Nazirliyinin 31 avqust 2021-ci il tarixli və 07.09.2021-ci il tarixli məktublarına əsasən 190 manatla bağlı xərclənməmiş vəsaitin dövlət büdcəsinə qaytarılması üçün Cavabdeh2 MMC-dən müvafiq tədbirlər görülməyi xahiş olunmuş və 22 sentyabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən ******* manat 83 qəpik pul vəsaiti Cavabdeh2 MMC-nin Poçt filialı tərəfindən Bakı şəhər maliyyə idarəsinin hesabına qaytarılmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi, hazırki iddianın predmetini işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi təşkil edir. Belə olan halda bu cür iddialara qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyinin iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası X16 Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, nə qədərki iş materialları ilə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardım göstərilməsi öz təsdiqini tapmamış, iddiaçı da kollegiyanın iclasında belə bir hüquqi yardımın ona göstərilmədiyini bildirmişdir, belə olan halda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş qeyd edilən və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar